Məhkəmə qərarları › İş №2(003)-2824/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2824/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2824/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 74,32 ABŞ dolları borc və 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh 77,32 ABŞ dolları borcun və 100 manat dövlət rüsumunun tutularaq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin əmr ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) ilə Cavabdeh arasında “Ödəniş kartların alınmasına və istifadəsinə dair” 20 aprel 2018-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart borcluya təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus kart hesabı üzrə xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixində RRN **********56 nömrəli əməliyyat (“card to card”) aparılarkan bu əməliyyatı aparan bank tərəfindən əməliyyatın təsdiqinə (“presentment”) dair Banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat üzrə artıq ödənilən vəsait Bank tərəfindən geri çəkilmişdir. Bununla əlaqədar olaraq Banka 74.32 (yetmiş dörd ABŞ dolları, 32 sent) ABŞ dolları həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh Bankın hesabına 74.32 (yetmiş dörd ABŞ dolları, 32 sent) ABŞ dolları məbləğində əsassız varlanmışdır. Göründüyü kimi, borclu ilə Bank arasında olan 20 aprel 2018-ci il tarixli, ******************** saylı Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 22 fevral 2022-ci il tarixli 17/08-582 saylı pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun, Müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 74.32 (yetmiş dörd ABŞ dolları, 32 sent) ABŞ dolları təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, onunla "Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) arasında “Ödəniş kartların alınmasına və istifadəsinə dair” müqavilə bağlanmışdır. Bank tərəfindən müvafiq kart ona təhvil verilmiş və onun istifadəsində olmuşdur. Kartdan karta pul köçürməsi edən zaman bankın təsdiqinə dair məlumatın təqdim edilməli olduğundan xəbəri olmamışdır. Bankın əməkdaşları ona hansı səbəbdən pul borcunun yaranmasını izah etməmişlər. Köçürmə edən zaman həmin məbləğdə pulun kartında overdraft olaraq qalmasını müəyyən etməmişdir. İddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə iclasın onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -20 aprel 2018-ci il tarixli, ******************** saylı müqavilənin 4.1.3-cü bəndinə əsasən ödəniş kartları üzrə yaranmış borcları və bank tərəfindən müəyyən edilmiş birdəfəlik komissiya və xidmət haqqlarını (faizləri və digər ödənişləri) vaxtında ödəmək; (Tariflər bankın internet səhifəsində yerləşdirilir). Əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və ya offline terminallarda aparılan əməliyyatlar nəticəsində xüsusi kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq kart istifadəçisinin vəzifəsidir. -"Azər-Türk Bank” ASC tərəfindən verilmiş arayışdan görünür ki, bankın müştərisi olan Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2021-ci il tarixində RRN **********56 saylı əməliyyat aparılarkən əməliyyatın həyata keçirilməsi üçün müvafiq bank tərəfindən əməliyyatın təsdiqinə dair banka məlumat təqdim olunmadığından, qeyd olunan əməliyyat blokdan çıxarılaraq vəsait geri çəkilmişdir. Bununla əlaqədar olaraq banka 74,32 ABŞ dolları həcmində ziyan dəymişdir. -"Azər-Türk Bank” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, bank borcluya məxsus olmayan özünə aid vəsaiti xx.xx.2022-ci il tarixədək tam geri ödənilməsini, əks təqdirdə mülki qanunvericiliyə uyğun olaraq həmin vəsaiti ona məxsus əmlaklar hesabına ödənilməsi üçün hüquq mühafizə orqanları vasitəsilə müvafiq hüquqi tədbirlərin görülməsinə başlanacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsası olmadan iddiaçıya məxsus pul vəsaitini özündə saxladığından iddia ərizəsi əsaslıdır, ona görə də təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizısi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh əsas borca görə 74,32 ABŞ dolları və dövlət rüsumuna görə ödənilmiş 100 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh əsas borca görə 74,32 ABŞ dolları (ödənişin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar