Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2827/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə 2736,60 manat əsas, 532,05 manat faiz, ümumilikdə 3268,65 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 27.01.2020-ci il tarixli 54micMDK/20-EM saylı kredit müqaviləsinə əsasən Məmmədov Rubayıl Firudin oğluna "xxxx" ASC tərəfindən 18 ay müddətinə illik 23% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. 08.06.2021-ci il tarixinə Məmmədov Rubayıl Firudin oğlunun "xxxx" ASC-yə 2736,60 manat əsas, 532,05 manat faiz, ümumilikdə 3268,65 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Məmmədov Rubayıl Firudin oğlu borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlu iddia tələbini müdafiə etmiş və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğluna iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlu işə cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğlunun iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 27.01.2020-ci il tarixli 54micMDK/20-EM kredit müqaviləsindən görünür ki, bankla Məmmədov Rubayıl Firudin oğlu arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC tərəfindən 18 ay müddətinə illik 23% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Rubayıl Firudin oğlunun "xxxx" ASC-yə 27.01.2020-ci il tarixli 64micMDK/20-EM saylı kredit müqaviləsi üzrə 2736,60 manat əsas borc, 532,05 manat faiz borcu, ümumilikdə 3268,25 manat təşkil edir. İş materiallarında olan 27.01.2020-ci il tarixli 54micMDK/20 saylı zaminlik müqaviləsindən görünür ki, 27.01.2020-ci il tarixli 54micMDK/20-EM kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Məmmədov Firudin Camal oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Məmmədov Rubayıl Firudin oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" ASC cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 27.01.2020-ci il tarixdə "xxxx" ASC ilə cavabdeh Məmmədov Rubayıl Firudin oğlu arasında 18 ay müddətinə 3000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC sonuncuya 3000 manat məbləğində kredit verməyi, Məmmədov Rubayıl Firudin oğlu isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı üzərinə götürmüşdür. Lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə müəyyən etdi ki, Məmmədov Firudin Camal oğlu ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsi ilə o, borclu Məmmədov Rubayıl Firudin oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrası ilə bağlı birgə məsuliyyət daşıması ilə bağlı öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğlundan müştərək qaydada 2736,60 manat əsas borc, 532,05 manat faiz borcu olmaqla, ümumilikdə 3268,65 manat "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 08.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Məmmədov Rubayıl Firudin oğlu və Məmmədov Firudin Camal oğlundan müştərək qaydada 2736,60 manat əsas borc, 532,05 manat faiz borcu olmaqla, ümumilikdə 3268,65 manat və 30 (otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər qətnamənin onlara rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2827/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-2827/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver