Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-285/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X20 və X12 04.11,2000-ci il tarixində qanuni nikaha daxil olublar. Bu nikahdan o, İddiaçı xx.xx.2001-ci il tarixdə və qardaşı X14 xx.xx.2003-cü il tarixdə anadan olmuşlar. xx.xx.2010-cu il tarixdə anaları Nümayəndə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi rayonu məhkəməsinin qəbul etdiyi 2(006)-222/2010 qətnaməyə əsasən valideynləri arasında xx.xx.2000-ci ildə ərimanov rayon VVAQ şöbəsində bağlanmış akt kitabında 562 sayla qeyd edilmiş nigahları ləğv edilmişdir. Həmin vaxtdan etibarən ataları Rusiyada yaşamış, o, qardaşı və anası isə yaşayış sahələri olmadığı üçün ana nənələri X3 mənzilinə sığınmağa məcbur qalmışlar. xx.xx.2016-cı il tarixində ataları X2 vəfat etmişdir. xx.xx.2016-cı il tarixində ata nənələri X16 vəfat etmişdir. Nənəsinin vəfatından sonra o İddiaçı, qardaşı X14, əmisi Cavabdeh və bibisi X17 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə nazirliyinin notariat kontoruna miras qalmış əmlaka dair vərəsəlik işi açılmasına dair müraciət etmişlər. Müraciətləri əsasında xx.xx.2016-cı il tarixində vəfat etmiş X4 miras qalmış əmlaka dair V-189/2016 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2018-ci ildə onlara təqdim olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə “xx.xx.2016-cı il tarixində ölmüş X7 vərəsəsi atası xx.xx.2016-cı il tarixində ölmüş X15 olan nəvələri İddiaçı və X14 olduğu və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi,ev 42A da yerləşən 181 nömrəli mənzildən ibarət olan miras əmlakdan 1/3 hissədə pay almaqları təsdiqlənmişdir. O və qardaşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və onlara aid olan 1/3 pay hissəsinə hüquq sahibi olduğunu təsdiqləyən çıxarışı almışlar və hal-hazırda həmin ünvanda qeydiyyatdadırlar. X1 vəfatından öncə əmisi Cavabdeh xx.xx.2015-ci il tarixində Bank VTB-dən nənəsinin mənzilini girov qoyaraq 30000 (otuz min) manat pul krediti götürmüşdür. O və qardaşı vərəsəlik işinin açılmasına müraciət etdikləri vaxtdan etibarən xx.xx.2021-ci il tarixədək əmisi H.Araz məqsədyönlü şəkildə Bank VTB-yə kredit ödənişlərini dayandırmış və ödəniş etməkdən imtina etdiyi üçün Bank VTB həmin mənzilin hərraca çıxarılmasına və banka olan borcun qaytararılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəməyə qədər əmisi H.Araz Bank VTB-yə olan borcunu ödəyəcəyini və evlərinin hərraca çıxarılmasına imkan verməyəcəyini dəfələrlə ona və qardaşına söz verməsinə baxmayaraq sözünü tutmamışdır, məqsədyönlü şəkildə ödənişləri dayandırması borcun artmasına səbəb olmuşdur və Bank VTB-yə olan qalıq borcu artaraq 18853.54 (on səkkiz min səkkiz yüz əlli üç, 54) manata qədər yüksəlmişdir və bu hərəkəti ilə onları atalarından qalan miras mənzillərini itirmək riski ilə üz-üzə qoymuşdur. Məhkəmədən öncə dəfələrlə əmisi ilə əlaqə yaratmaq istəsələr də telefon nömrəsini dəyişdiyi üçün buna nail ola bilməmişlər. xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya məhkəməsində Bank VTB-nin iddia tələbinə dair məhkəmənin mənzilin hərraca çıxarılması qərarının verilməməsi üçün o, əmisi H.Arazın bank VTB-yə olan borcunu ödəməyə məcbur olub. Həmin mənzilə bibisi və əmisinin payçı olmaqlarına və kreditin əmisinə aid olmasına baxmayaraq, həmin borcun ödənməsinə heç bir cəhd göstərmədilər, məhkəmə proseslərində iştirak etmədilər və məqsədyönlü şəkildə onu və qardaşını bu problemlə çıxılmaz vəziyyətdə qoydular. O, anasının bir neçə qohumundan borc alaraq əmisi Cavabdehm Bank VTB-yə olan kredit borcunu yəni 18622.18(on səkkiz min altı yüz iyirmi iki. 18) manatı ödəmiş. Bu ödənişi həyata keçirmək üçün borc aldığı şəxslərə tez bir zamanda bankdan kredit götürüb borcunu qaytaracağına söz vermişdir. Daha sonra o və qardaşı bir çox banklara kredit üçün müraciət etsələr də, tələbə olduqları üçün imtina cavabı almış və bu səbəbdən anası Nümayəndə adına xx.xx.2021-ci il tarixində Bank BTB-dən 20.000 (iyirmi min) manat kredit götürüb qohumlardan alman borcu qaytarmış və bu günkü günə qədər o və qardaşı çətinliklə hər ay bu kredit üzrə 764 (yeddi yüz altmış dörd) manat ödəməyə məcburlar. xx.xx.2021-ci il tarixindən xx.xx.2023cü il tarixə qədər bu kredit üzrə 5981.74 (beş min doqquz yüz səksən bir. 74) manat faiz ödəmişdir. Ona köməklik məqsədi ilə BTB bankdan ananın bu krediti götürə bilməsi üçün nənəsi X5 öz bağ evini girov qoymuşdur. Əmisi onun borcunu ödəməyindən xəbərdar olsa da sonradan belə bu günkü günə qədər onlarla əlaqə saxlamamış və bu borcu necə qaytaracaqları ilə belə maraqlanmamışdır. Bunun əvəzində borcun mənzilə olan payına yönləndirilməsindən ehtiyat edərək, cavabdeh xx.xx.2022-çi il tarixində mənzilə olan pay hissəsini bacısı X10 bağışlamışdır. O və qardaşı həmişə ananım himayəsində olmuş və nə atasının vəfatından öncə, nə də atalarının vəfatından sonra bibisi və əmisi tərəfindən heç bir maddi və mənəvi dəstək görməmişlər. Hal-hazırda o və qardaşı tələbədir.Təhsil almaqla yanaşı çətin olsa belə işləmək və həmin bank kreditini ödəmək məcburiyyətindədirlər. Qardaşı işdə yıxılaraq diz nahiyəsindən ciddi travma alıb travma səbəbindən şiddətli ağrıları olur, bəzən günlərlə səhərə qədər yatmır, əziyyət çəkir və əməliyyata ehtiyacı var. Əməliyyat üçün tələb olunan (9600 dollar) yəni 16320 (on altı min üç yüz iyirmi manat) vəsaiti hal hazırkı vəziyyətdə ödəyə bilmirlər. Səhhətlərində problemlər olduğu üçün (o, bronxial astma, qardaşı isə dəmrov xəstəsidir) hər ay bu kreditin ödənilməsi ilə keçirdikləri stresslər sağlamlıqlarına mənfi təsir göstərir və normal təhsil almaqlarına maneələr törədir. Odur ki, o, X6 Cavabdeh əvəzinə Bank VTB yə olan kredit borcuna ödədiyi 18622.18 manat məbləğin, Bank VTB yə olan Cavabdeh kredit borcunu ödəmək üçün bank BTB dən anası Nümayəndə adına götürdükləri 20000 manat kredit üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixədək ödədiyi 5981.74 manat faizlərin və xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh Oktay oğlundan tutulma həyata keçiriləcək günə qədər bu kredit uzrə ödəyəcəyi faizlərin, bu krediti rəsmiləşdirmək üçün çəkilən 621.40 manat məbləğində bank xərclərini, rüsumların və iş üzrə ödədiyi dövlət rüsumunun Cavabdeh tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh əvəzinə Bank VTB-yə olan kredit borcuna ödədiyi 18622,18 manat məbləğdə pul vəsaitinin, mənəvi ziyanın əvəzi olaraq 10000,0 manat məbləğində pulun və məhkəmədə ödədiyi 166,0 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin etiraz ərizəsindəki xüsusatları qeyd edərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh qeyd olunan əmlakda 1/3 payı vardır. Ona görə də cavabdeh payına uyğun olaraq iddiaçıya 6000,0 manat ödəməyə hazırdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsinə ümumilikdə etiraz edir və aşağıdakı əsaslara görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası, yəni qardaşı X15 xx.xx.2016-cı il tarixdə Rusiyada vəfat etmiş, iddiaçının ata nənəsi, yəni onun anası isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra iddiaçı, iddiaçının qardaşı, o və bacısı Rübabə Əliyevanın müraciətinə əsasən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində miras qalmış əmlaka dair V-189/2016 saylı vərəsəlik işi açılmışdır. Vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42A-da yerləşən 181 nömrəli mənzilə iddiaçı və onunla birgə qardaşının, o və bacısı Rübabə Əliyevanın hər birinə 1/3 hissədə pay hüququ tanınmışdır. Ana ölməmişdən qabaq xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank VTB (Azərbaycan)” ASC-dən 30.000 manat məbləğində kredit götürmüş, həmin kreditin təminatı olaraq adına olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42A-da yerləşən 181 nömrəli mənzil xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən likvid dəyəri 180.000 manat müəyyən edilərək bankın xeyrinə yüklü edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, guya o, anası vəfat etdikdən sonra iddiaçının vərəsəliklə bağlı müraciətindən sonra xx.xx.2021-ci il tarixədək ödənişləri məqsədyönlü şəkildə dayandırmış, nəticədə borc artmış, guya onları çıxılmaz vəziyyətdə, problemlə üz-üzə qoymuş və bank borcun ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərək açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsində mənzilin hərraca çıxarılmasına dair məhkəmə qətnaməsinin qəbul edilməməsi üçün xx.xx.2021-ci il tarixdə banka olan borcu iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 10.000 manat mənəvi ziyanını ödənilməsi məhkəmədən xahiş olunur. Bu tələb isə onun banka olan borcu ödənildiyinə görə iddiaçının qardaşınını səhhətində (iş yerində yıxılaraq diz nahiyəsindən ciddi travma almışdır) olan ciddi problemlə əlaqələndirmişdir. Qeyd edir ki, sözügedən mənzil anasının adına qeydiyyata alınsa da, faktiki olaraq bacısının mülkiyyətidir. Belə ki, bacısı X18 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti, məhəllə 3078a-da istifadədə olan 0,15861 ha torpaq sahəsində yerləşən 65 nömrəli, 17 mərtəbəli binada 152 kv.m sahəsi olan 3 otaqlı mənzili sataraq xx.xx.2009-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən anasının adına Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42A-da yerləşən 181 nömrəli mənzili almışdır. Yəni miras əmlak anasının adına olsa da, faktiki bacısının mülkiyyəti olmuşdur. Çünki anası ümumiyyətlə işləməmiş, ata rəhmətə getdikdən sonra onun pensiyasını almışdır. 2009-cu ildə 57 yaşlı pensiyaçı xanımın 120-130 min manat dəyərində mənzil ala bilmək iqtidarında olması ağlabatan deyildir. Həmçinin, anası X16 uzun müddət böyrək çatışmazlığından əziyyət çəkmiş, mütəmadi olaraq dialez müalicə qəbul etmiş, əməliyyat nəticəsində sol böyrəyi götürülsə də, xəstəliyi sağalmamışdır. Kredit də məhz anasına böyrək köçürülməsi ilə əlaqədar götürülmüşdür. Belə ki, kredit götürülən vaxt anası 63 yaşında olmuş və həmin yaşda insanlara banklar tərəfindən kredit ayrılmaması hamıya məlumdur. Ona görə də kredit onun adıma rəsmiləşdirilmiş, lakin aylıq ödənişləri anası aldığı pensiya hesabına ödəmişdir. Anası rəhmətə getdikdən sonra iddiaçının anası Aynur Vəliyeva bu borc barədə bildirilmiş, lakin sonuncu borcun ona aidiyyəti olmadığını qeyd etmişdir. Onun isə himayəsində 2 övladı və həyat yoldaşı var, aylıq məvacibi onların təminatına zorla yetir. Krediti ödəmək iqtidarında olmadığı üçün ödənişləri davam etdirə bilməmiş, nəticədə bank məhkəməyə müraciət etmişdir. Onun kredit borcuna görə digər vərəsəsinin guya narahatçılıq keçirərək ödəniş etməsi, ümumiyyətlə isə narahatçılıq keçirməsi məntiqsizdir. Belə ki, ipoteka müqaviləsindən də görünür ki, yüklü edilmiş əmlakın likvid dəyəri 180.000 manat müəyyən edilmiş, həmin əmlaka mənim 1/3 hissədə pay hüququ tanınmışdır. Borc tərəfindən ödənilməsə belə, açıq hərracda satıldıqdan sonra onun payına aid hissədə həmin məbləğ banka ödəniləcək, digər vərəsələrin payı və ya dəyəri olduğu kimi qalacaqdır. Əksinə, iddiaçı əvəzinə borcu ödəməklə onu pis vəziyyətə salmış və hazırda buna görə əlavə 10.000 manat mənəvi zərər də tələb edir. İddianın mənəvi zərərlə bağlı hissəsi isə iddiaçının qardaşının iş yerində diz nahiyəsindən ciddi travma alması ilə əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən işçilər sığortalanmalı və iş yerində dəymiş ziyana, yəni istehsalat qəzası zamanı almış travmaya görə işəgötürən bütün xərcləri ödəməlidir. Hazırda ondan istehsalatda baş vermiş travmaya görə mənəvi zərər tələb edilməsi də qanunvericiliyə ziddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi ev 42a mənzil 181 X8, X14 və İddiaçı, Cavabdeh 1/3 hissədə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 159426-CNS-19285 saylı Girovlu istehlak krediti müqaviləsinin surətindən görünür ki, Bank VTB ASC tərəfindən Cavabdeh illik 29 faiz ödəməklə 30000,0 manat kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-156/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə yaranmış 15773,64 manat əsas, 2760,70 manat faiz, 319,20 manat cərimə, cəmi 18853,54 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı Bank VTB Azərbaycan ASC-yə ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində cavabdehlər Cavabdeh, X8, İddiaçı və X9 paylı mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin paylarına uyğun olaraq mülkiyyətçilərinə qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilin ilkin satış qiymətinin 228000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzili açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh, X18, İddiaçı və X14 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 3085/2021 saylı qərardadı ilə müəyyən edilmişdir ki, Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi iddiadan imtina edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2015ci il tarixli 159426-CNS-19285 saylı girovlu ipoteka krediti müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC-yə olan borcunu ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmiş, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan kredit borcu üzrə xx.xx.2021-ci il tarixdə 17000,0 manat, xx.xx.2021-ci il tarixdə 1622,18 manat, cəmi 18622,18 manat ödəniş həyata keçirilmişdir. İş materiallarına X11 dair ambulator kitabçadan çıxarışlar əlavə edilmişdir. İş materialları və hər iki tərəfin məhkəmə iclasında izahatları ilə müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzili X8 (Cavabdeh tərəfindən bağışlanmış pay da daxil olmaqla), İddiaçı və X9 paylı mülkiyyətindədir. Həmin əmlak Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edildikdən sonra İddiaçı tərəfindən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan 18622,18 manat kredit borcu ödənilmişdir. İddiaçı hazırda həmin pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iddiaçının iddiasının hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274.1-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Beləliklə, İddiaçı tərəfindən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan 18622,18 manat kredit borcunun ödənildiyi hər iki tərəfin izahatı və iş materialları ilə təsdiq olunmuşdur. Cavabdeh iddiaya etiraz edərək, kredit borcunun anası tərəfindən formal olaraq onun adına götürülməsi, ipoteka predmeti olan əmlakın anasının adına olsa da faktiki olaraq bacısına məxsus olması, iddiaçı tərəfindən borcun ödənilməsi zərurətinin olmaması kimi arqumentlər irəli sürsə də, öz etirazını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilin paylı mülkiyyətçisi olan İddiaçı borclu Cavabdeh yerinə kreditoru təmin etmiş, borcu tələb etmək hüququ ona keçmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 42a saylı evin 181 saylı mənzilin paylı mülkiyyətçisi olan İddiaçı kredit borcunu təmin etdiyindən və kredit üzrə tələb hüququ ona keçdiyindən, ödəmiş olduğu 18622,18 manat pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyanın əvəzi olaraq 10000,0 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və işin hallarına uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 166,0 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia 18622,18 manat pulun tutulması hissəsində təmin olunduğundan, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun 105,0 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 61,0 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18622,18 manat və 105,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 61,0 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18622,18 manat və ödənilmiş dövlət rüsumuna görə 105,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 61,0 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-285/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-285/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver