Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2864/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 1400 manat və 600 manat zərərəvəzi ümumilikdə 2000 manat pulu və 40 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsi barədə qtənamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər tanıdığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi Hissədə müddətdən artıq xidmətdə olan Cavabdeh ondan ailəsi xəstə olduğu üçün ona təcili olaraq 800 manat pul lazım olduğunu və əgər iddiaçının ona borc pul verəcəyi təqdirdə aldığı pulu 1 ay müddətinə qaytaracağını bildirmişdir. İddiaçı onun bu vəziyyətini nəzərə alaraq 2023- ci ilin əvvələrində tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıya pulu 1 ay müddətində qaytaracağına dair öhdəliyi öz üzərinə götürmüşdür. Borc müqaviləsi bağladıqdan sonra iddiaçı ilə cavabdeh, o cümlədən onların tanışı X1 həmin borc müqaviləsinə imza etmişlər. Ondan sonra İddiaçı 800 manat məbləğində pulu Cavabdeh vermişdir. Öhdəlik götürdüyü tarixdə pulu qaytarmadığı üçün İddiaçı məcbur olaraq Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Xəzər rayon məhkəməsi İddiaçı xeyrinə qətnamə çıxarmışdır. Qətnamədən sonra Rail iddiaçının yanına gələrək 400 manat mənə pul ödəmiş və qalan 400 manatı da 1-2 ay ərzində ödəyəcəyini bildirmişdir. İddiaçı onun xahişini nəzərə alaraq İcra şöbəsinə şikayət etməmişdir. 2024cü ilin iyul ayında Rail yenidən iddiaçının yanına gələrək özünün başqalrına da borcunun olduğunu, lakin həmin borcları o cümlədən onun 400 manatını ödəyə bilmədiyini bildirmişdir. Daha sonra Cavabdeh İddiaçı 1400 manat pul verməklə banka olan borcunu bağlanmasını xahiş edərək, bankdan yenidən pul götürməklə iddiaçya olan 1800 manatı o cümlədən başqalrnaa olan borclarmı tam bağlamaq istədiini bildirmişdir. İddiaçı yenədə arlarında olan münasibəti nəzərə alaraq ona 1400 manat pul vermişdir. Tərəflər arasında olan bu söhbət zamanı Cavabdeh səsi öz xahişiylə yazılmışdır. Səs yazısında iddiaçıdan 1400 manat pul almağını ehtiraf etməklə vurulmuş zərər əvəzi 600 manat da mənə əlavə pul ödəyəcəkdir. Ümumilikdə iddiaçıya 2000 manat pul verəcəkdir. Qeyd olunan pul iddiaçı tərəfindən cavabdehə verildikdən 1 ay ərzində pul geri qaytarılmalı idi. Lakin 10 aydan çoxdur ki, cavabdeh pulu qaytarmır və hər dəfə yalan vədlər verməklə iddiaçını aldadır. Odur ki, İddiaçı məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Proses iştirakçılarının izahatı:
3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin, cavabdehin ondan banka olan borcunu bağlaması və yenidən borc götürərək ona olan borcunu ödəməsi üçün 1400 manat məbləğində borc aldığını, lakin cavabdehin aralarında bağlanılan borc müqaviləsinə uyğun olaraq aldığı borc məbləğini bu günədək qaytarmadığını, cavabdehlə arasında bağlanan müqaviləni və iddia ərizəsində qeyd olunan səs yazsıının diskini iş materiallarına əlavə etmədiyini, səs yazısı ilə bağlı diski növbəti məhkəmə iclasına tədim edə biləcəyini, həmçinin cavabdehlə müqavilə bağlanan zaman yanlarında olan şəxsi də növbəti məhkəmə iclasında şahid olaraq gətirə biləcəyini bildirmişdir. İzahat zamanı iddiaçı iddia tələbində cavabdehdən tutulmasını istədiyi 600 manat mıbləğində pula münasibətdə, həmin pul məbləği ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və müvafiqi icra sənədinin olduğunu bildirərək iddia tələbini yalnız 1400 manatlıq hissədə müdafiə etdiyini bildirmişdir.
4. Məhkəmənin sonuncu baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Xəzər Rayon Məhkəməsinin 2(003)-1604/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”)
6. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
7. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
8. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
9. 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
11. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə aralarında yazılı müqavilə bağandığını qeyd edərək, müqaviləyə əsasən iddiaçının 1400 manat məbləğində pulu cavabdehin banka olan borcunu bağlaması üçün verməli olduğunu, cavabdehin isə bunun qarşılığında bir ay ərzində iddiaçıya olan bütün borcunu geri qaytarmalı olduğunu bidlirmişdir. İddiaçı cavabdehlə arasında olan yazılı müqaviləyə uyğun olaraq 1400 manmat məbləğində pulu cavabdehə verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ondan aldığı 1400 manat məbləğində pulu 10 ay müddətdir qaytarmadığını qeyd edir. Bu səbəblə iddiaçı Cavabdeh ona yazılı müqavilə əsasında vermiş olduğu 1400 manatı və cavabdeh tərəfindən ona hələ də ona icra sənədi üzrə ödənilməmiş olan 600 manat pul məbləğini olmaqla, ümumilikdə 2000 manat məbləğində pul vəsaitinin və tərəfindən ödənilmiş 40 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir.
12. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən əvvəla cavabdehlə arasında bağlandığını bildirdiyi müqavilənin mövcud olması sübuta yetirilməldir. Çünki hazırkı mülki iş üzrə tərəflər arasında hüquqların və vəzifələrin əmələ gəlməsi əsası olaraq müqavilənin mövcud olması qeyd olunmuşdur. Belə ki, İddiaçı cavabdehlə arasında yzaılı qaydada bağlanmış müqavilənin olmasını bildirərək, cavabdehin öz öhdəliklərini yerinə yetrimədiyini və bu səbəblə ona cavabdeh tərəfindən maddi zərər vurulduğunu qeyd edir. Lakin mülki iş üzrə iddiaçı tərəfindən cavabdehlə aralarında yazılı müqavilə bağlandığını sübuta yetirən hər hansı sübut iş materiallarına əlavə olunmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətləri və iddia ərizəsinin geri qaytarılması barədə qərardad tərəflər arasında müqavilənin mövcudluğunu sübuta yetirən dəlillər deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında cavabdehlə aralarında müqavilə bağlanmasını təsdiq edən səs yazısı diskini məhkəməyə təqdim edəcəyini və müqavlənin bağlanmasına şahidlik etmiş bir nəfəri məhkəməyə şahid qismində dəvət edəcəyini bildirsə də, keçirilmiş növbəti məhkəmə iclasında izahatında qeyd etdiklərini yerinə yetirməmişdir. Habelə özü də növbəti məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəmə hər hansı məlumat təqdim etməmişdir. Bununla da iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 1400 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.
13. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində həmçinin 600 manat məbləğində pulun cavabdehdən tutulması tələb olunmuşdur. Lakin iddiaçı daha sonra izahatında 600 manat məbləğində pul tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu və həmin qətnamə əsasında icra sənədinin tərtib olunduğunu bildirmişdir. Qeyd olunan səbəblə bağlı o, iddia tələbini cavabdehdən 600 manat məbləğində pulun tutulması hissəsində müdafiə etmədiyini qeyd etmişdir. Mövcud qanunvericiliyə əsasən məhkəmə işdə iştirak edən şəxslıərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Bu səbəblə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 600 manat məbləğində pulun tutulması ilə bağlı iddia tələbindən imtina etdiyindən, iddia tələbi həmin hissədə də rədd edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
15. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyi üçün iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov