Məhkəmə qərarları › İş №2(003)-2883/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2883/2021

12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2883/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 531 manat məbləğində zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi AE 024522 №-li, ”08” fevral 2021-ci il tarixli texniki pasporta əsasən, 1G1ZE5ST0HF217708 №li mühərrik, 1G1ZE5ST0E1F217708 №li kuza və G1ZE5ST0HF217708 №li şassisi olan **- ZO-*** dövlət nömrə nişanlı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 5, mənzil 36-da qeydiyyatda olan Chevrolet Malibu markalı avtomaşın atası X1 məxsusdur. O, həmin nəqliyyat vasitəsini 497914 №-li etibarnamə əsasında idarə edir. 04 aprel 2021-ci ildə təxminən saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 52-nin qarşısında yuxarıda qeyd olunan avtomaşını idarə edərkən onunla yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə, göstərilən ünvanda təxminən 5 kilometr/saat sürətlə hərəkətdə olduğu zaman ondan solda dayanmış vəziyyətdə olan **- UD-*** dövlət nömrə nişanlı, X2 idarə etdiyi Kia Optima markalı avtomaşının arxa sağ qapısının Cavabdeh tərəfindən qəfil açılması və onun idarə etdiyi **-ZO-*** dövlət nömrə nişanlı Chevrolet Malibu markalı avtomaşının sol tərəf ön qapısına dəyməsi zəminində baş vermişdir. Cavabdeh hadisə vaxtı **-UD-*** dövlət nömrə nişanlı Kia Optima markalı avtomaşında sərnişin qismində iştirak etmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilin ön sol qapı şüşəsi parçalanaraq üzərinə dağılmış və ön sol qapı zədələnmişdir. Hadisədən təsirlənən **-UD-*** dövlət nömrə nişanlı Kia Optima markalı avtomaşının sürücüsü X5 avtomobili geriyə doğru etdirərək idarə etdiyi **-ZO-*** dövlət nömrə nişanlı Chevrolet Malibu markalı avtomaşının arxa sol arxa qapı plankası, qapı cəftəsini, arxa sol qanadı və arxa sol qanad və baqaj üzərindəki stopları da zədələmişdir. Hadisə baş verdikdən sonra Daxili İşlər Nazirliyinin 102 nömrəli çağrı mərkəzinə müraciət edilmiş və hadisə yerinə X15 əməkdaşları, eyni zamanda hadisənin törədilməsində iştirak edən X2 idarə etdiyi Kia Optima markalı avtomaşını sığortalayan sığorta şirkətinin əməkdaşı cəlb edilmişdir. X16 tərəfindən Kia Optima markalı avtomaşını idarə edən sürücü X8 barəsində Protokol, sərnişin Cavabdeh haqqında İXP ******* №li X10 Protokol və sərnişin X3 haqqında TP4295321 №li X11 Haqqında Protokol tərtib edilmişdir. **-UD-*** dövlət nömrə nişanlı Kia Optima markalı avtomaşını sığortalayan Paşa Sığorta şirkətinin verdiyi qərarla hadisə zamanı idarə etdiyi **-ZO-*** dövlət nömrə nişanlı Chevrolet Malibu markalı avtomaşına dəymiş zərər çərçivəsində avtomobilin ön sol qapısına dəymiş ümumi zərərə sərnişin Cavabdeh səbəb olduğu əsas gətirilələrək, həmin zərərin qarşılanması xərci sığorta ödənişinə daxil edilməmişdir. İdarə etdiyi avtomobilə dəymiş zərərin sığorta şirkəti tərəfindən hesablanmış ümumi məbləği 900vmanat həcmində müəyyən edilmiş və tərəfinə ödənilmişdir. Sığorta şirkətinin tərtib etdiyi hesabatda avtomobilin sürücüsünün xətası səbəbindən zərər görmüş hissələri kimi arxa sol qanadındakı stop, arxa baqaj qapısındakı sol stop, knopka və arxa qapı plankası olaraq qeyd edilmişdir. Daha sonra “Chevrolet Service” təmir mərkəzinin hesablaması nəticəsində sərnişin Cavabdeh xətası ucbatından idarə etdiyi avtomobilin ön sol qapısına dəymiş zərərin ümumi məbləği 531 manat məbləğində müəyyən edilmişdir. Sənəd və sübutlarla dəymiş zərərin ödənilməsini Cavabdeh qardaşı X6 vasitəsilə ondan tələb etməsinə baxmayaraq, o, qeyd olunan 531 manatı ona ödəməkdən imtina etmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Kia Optima markalı **-UD-*** dövlət nömrə nişanlı avtomaşında olan sərnişin Cavabdeh sürücü X2 göstərişi olmadan qanunsuz olaraq özbaşına verdiyi qərar nəticəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi ilə baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması X15 müvafiq protokolları ilə təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Nərimanov Rayon Yol Polisi idarəsi tərəfindən təsdiqlənmişdir. Cavabdeh X10 iş üzrə inzibati tənbeh edilməsinə dair TP ******* №li.”08" aprel 2021-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına əzik və sınıq tipindən olan ziyan dəymişdir. Chevrolet Service-in tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq onun avtomaşınına Cavabdeh tərəfindən vurulmuş ziyanın təmir işləri 531 manata başa gələcək. Kia Optima markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına bu şəkildə zərər vurlmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon DYPŞ-nın 08.04.2021-ci il tarixli İXP ******* saylı X10 protokoldan görünür ki, Cavabdeh 04.04.2021-ci il tarixində saat 13:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Nərimanov rayon DYPŞ-nın 08.04.2021-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 30 manat miqdarında cərimə edilmişdir. İş materiallarından görünür ki, “Chevrolet Malibu” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 08.02.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AE seriyalı 024522 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X4r. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 497914 saylı etibarnamənin surətindən görünür ki, həmin etibarnamə X7 tərəfindən İddiaçı sürücülük hüququ olduqda idarə etmək və sairə hərəkətlər etmək üçün verilmişdir. İş materiallarında olan 15.06.2021-ci il tarixli Preskurantdan görünür ki, “Chevrolet Malibu” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmiri üçün 531 manat tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdehnun baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün əlavə görülməli işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 531 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları Preyskurantdır. Cavabdeh tərəf isə vurulmuş zərərin aradan qaldırıldığını qeyd etməklə avtomobilə dair əlavə hər hansı xərcin lazım olmadığını bildirir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi 531 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 531 (beş yüz otuz bir) manat məbləğində dəymiş maddi zərər alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar