Məhkəmə qərarları › İş №2(003)-290/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-290/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-290/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii X6 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7464,05 manat məbləğində dəymiş ziyan, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 7494,05 manat pulun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı X9 Departamenti tərəfindən **********50000 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1602A**********122 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə dəfələrlə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” 22.04.2016-cı il tarixli, ******* saylı akt əsasında 328,60 manat, 23.05.2016-cı il tarixli, 090669 saylı akt əsasında 59,50 manat, 08.06.2016-cı il tarixli, 090690 saylı akt əsasında 30,70 manat, 07.09.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, 46.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 126,90 manat, 18.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 84,20 manat, 25.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 644,80 manat, 08.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 132,80 manat, 17.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 350.60 manat, 09.10.2017-ci il tarixli, ******* saylı akt əsasında 430 manat, 17.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 960 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 233,20 manat, 19.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat, 22.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 28,80 manat, 22.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 20.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 24.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, ,28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu 11 tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə əvvəlki dövrlərlə birlikdə cavabdehin 01.02.2020-ci il tarixə cəmi borcu 7464,05 manat olmuşdur. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hesablanmış 7464,05 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı İB-nin iddia ərizəsində qeyd edilənlər tamamilə əsassızdır. Belə ki İddiaçı İB iddia ərizəsində bidirmişdir ki, guya o istifadəsinə verilmiş sayğacdan kənar özbaşına qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Qaz xəttinə baxış keçirilərkən qaz xəttinə dəfələrlə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Bu barədə aktlar tərtib edilmişdir. Qeyd edir ki, qazdan qeyri-qanuni istifadəyə görə onun borcu yaranmamış, nə də ki, sayğaca müdaxilə edilməmiş, əlavə kənar xətt qoşulmamışdır. Qaz xətdən ümumiyyətlə qeyri-qanuni istifadə etməmişdir. Lakin İddiaçı İB qaz xəttinə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi ilkin iddia üzrə İddiaçı” İB-nin üzərinə düşür. İddiaçı İB zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağı sübuta yetirməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X4 qarşılıqlı iddiaya uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən edilməli qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X9 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 05.09.2017-ci il tarixli T-16761 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan aktların surətlərindən görünür ki, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı 22.04.2016-cı il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 3286 m3 dəyəri 328,60 manat, 23.05.2016-cı il tarixli, 090669 saylı akt üzrə itirilmiş qazın miqdarı 595 m3 dəyəri 59,50 manat, 08.06.2016-cı il tarixli, 090690 saylı akt üzrə itirilmiş qazın miqdarı 307 m3 dəyəri 30,70 manat, 07.09.2016-cı il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1728 m3 dəyəri 172,80 manat, 26.10.2016-cı il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1269 m3 dəyəri 126,90 manat, 18.11.2016-cı il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 842 m3 dəyəri 84,20 manat, 25.01.2017-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 3224 m3 dəyəri 322,40 manat, 08.02.2017-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 664 m3 dəyəri 66,40 manat, 17.03.2017-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1753 m3 dəyəri 175,30 manat, 11.10.2017-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2150 m3 dəyəri 215 manat, 17.01.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 4800 m3 dəyəri 480 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1166 m3 dəyəri 116,60 manat, 19.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat, 22.05.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 144 m3 dəyəri 14,40 manat, 22.06.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 972 m3 dəyəri 97,20 manat, 23.07.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, 24.08.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1332 m3 dəyəri 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, 30.12.2019cu il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 2952 m3 dəyəri 295,20 manat dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İş materiallarında olan yerli baxış keçirilməsi ilə bağlı tərtib edilmiş aktdan görünür ki, iddia ərizəsinə əlavə edilmiş şəkildə öz əksini tapmış qeyri-qanuni şəbəkəyə qoşulma olduğu iddia edilən ünvanın yerli baxış zamanı baxış keçirilən ünvanların eyni ünvan olduğu aşkar edilmişdir. Eyni zamanda baxış zamanı qeyri-qanuni xəttin ləğv edildiyi aşkar edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X6»nın 3.1.7-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «X6»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X9 Departamenti ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısı barədə 05.09.2017ci il tarixli T-16761 saylı müqavilə bağlanılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən qeyri-qanuni qaz xəttinə qoşulmuş və bunun nətcəsi olaraq, abonentə aktlar tərtib edilmiş nəticədə abonentə 7464,05 manat borc hesablanmışdır, lakin məhkəməyə təqdim edilmiş aktlar üzrə məhkəmə tədqiqi nəticəsində tərtib edilmiş aktlar üzrə hesablanmış borcun 3956,80 manat olduğu aşkar edilmişdir. Borc üzrə tələb olunan 3508,05 manata dair sübut aşkar edilməmişdir. Bundan əlavə ilk iddia tələbindən ilk iddia üzrə cavabdehdən 19.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat borcun tutulması tələb edilsə də, mülki işin materiallarında həmin akt aşkar edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş olan yerli baxış zamanı iddia ərizəsinə əlavə edilmiş şəkildə öz əksini tapmış qeyri-qanuni şəbəkəyə qoşulma olduğu iddia edilən ünvanın yerli baxış zamanı baxış keçirilən ünvanların eyni ünvan olduğu aşkar edilmişdir. Eyni zamanda baxış zamanı qeyri-qanuni xəttin ləğv edildiyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, işin fakitiki hallarında aşkar olunur ki, ilk iddia üzrə cavabdeh tərəfindən təbii qaza qeyri-qanuni olaraq qoşulması halı mövcud olmuşdur. Həmin hala sübut olaraq iddiaçı tərəfindən fotoşəkil iddia ərizəsinə əlavə edilmişdir. Lakin ilk iddia üzrə iddiaçı “Azərqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunmuş şəkil bütün aktlar üzrə istinad edilməsi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi yalnız bir akta (hazırkı halda ilk tərtib edilən) münasibətdə əsaslı hesab edilməli və ilk iddia üzrə cavabdehdən 22.04.2016-cı il tarixli, ******* saylı akt üzrə (itirilmiş qazın miqdarı 3286 m3 dəyəri) 328,60 manat tutulmalıdır. İlk iddia üzrə iddiaçının tələb etmiş olduğu 23.05.2016-cı il tarixli, 090669 saylı akta, 08.06.2016-cı il tarixli, 090690 saylı akta, 07.09.2016-cı il tarixli, ******* saylı akta, 26.10.2016cı il tarixli, ******* saylı akta, 18.11.2016-cı il tarixli, ******* saylı akta, 25.01.2017-ci il tarixli, ******* saylı akta, 08.02.2017-ci il tarixli, ******* saylı akta, 17.03.2017-ci il tarixli, ******* saylı akta, 11.10.2017-ci il tarixli, ******* saylı akta, 17.01.2018-ci il tarixli, ******* saylı akta, 22.02.2018-ci il tarixli, ******* saylı akta, 22.05.2018-ci il tarixli, ******* saylı akta, 22.06.2018-ci il tarixli, ******* saylı akta, 23.07.2018-ci il tarixli, ******* saylı akta, 24.08.2018-ci il tarixli, ******* saylı akta, 31.10.2018-ci il tarixli, ******* saylı akta, 30.11.2018-ci il tarixli, ******* saylı akta, 28.12.2018-ci il tarixli, ******* saylı akta, 31.01.2019-cu il tarixli, ******* saylı akta, 28.02.2019cu il tarixli, ******* saylı akta, 29.03.2019-cu il tarixli, ******* saylı akta, 30.04.2019-cu il tarixli, ******* saylı akta, 30.05.2019-cu il tarixli, ******* saylı akta, 28.06.2019-cu il tarixli, ******* saylı akta, 31.07.2019-cu il tarixli, ******* saylı akta, 30.08.2019-cu il tarixli, ******* saylı akta, 30.09.2019-cu il tarixli, ******* saylı akta, 30.10.2019-cu il tarixli, ******* saylı akta, 29.11.2019cu il tarixli, ******* saylı akta, 30.12.2019-cu il tarixli, ******* saylı akta münasibətdə məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh tərəfindən fotoşəkillə sübuta yetirilə hal üzrə olan akt istisan olmaqla və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İlk iddia üzrə iddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də ilk iddia üzrə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırkı halda sayğaca qeyri-qanuni qoşulma hallarının olmasını sübutetmə yüklülüyü ilk iddia üzrə İddiaçı üzərinə düşür. Lakin bu halların mövcudluğu İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Sübuta yetrilimiş olan hal isə yalnız ilk qoşulma kimi qəbul edilib qiymətləndirilə bilər. Həmçinin ilk iddia üzrə iddiaçı cavadehdən ümumilikdə 7464,05 manat borcun tutulmalı olduğunu iddia etsə də, məhkəmə təqdim edilmiş aktlar üzrə 3508,05 manat borc olduğu müəyyən edilir. Yəni ilk iddia üzrə iddiaçı 3508,05 manat borcun hansı əsaslarla yarandığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının əsassız olaraq hesablanmış 7464,05 manat məbləğində borcun silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin fakitki hallarında və məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş edilmiş olan aktlar üzrə və həmin aktlar üzrə aparılmış olan hesabatlar üzrə borc 3956,80 manatdır. Məhkəməyə təqdim edilmiş fotoşəkil və aparılmış yerli baxış zamanı fotoşəkilin eyni ünvana aid olduğu əyani olaraq sübuta yetirilmişdir. Lakin qeyd edildiyi kimi, bu hal aşkar olunması ilə bağlı «X6»nın tələblərinə uyğun olaraq akt tərtib olunmaqla hesabat yalnız aşkar olunmuş vaxt üzrə aparılmalı və müvafiq akt tərtib edilməklə hesabat aparılmalıdır. Yerli baxış zamanı hazırkı dövr üzrə qeyri-qanuni xəttin ləğv edildiyi aşkar edilmişdir. Həmin halın mövcudluğu və ya davamlı olmasını sübutetmə yüklülüyü isə qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı bu hallara dair mötəbər sübutlar məhkəmə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli və İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 7135,45 manat borc silinməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 7464,05 manat məbləğində dəymiş ziyanın tutulması barədə ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdehdən 22.04.2016-cı il tarixli, ******* saylı akt üzrə (itirilmiş qazın miqdarı 3286 m3) 328,60 manat tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməli, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 7135,45 manat borc silinməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı ilk iddia üzrə iddiaçının özünə aid edilməli, 5 manat dövlət rüsumu isə ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə (22.04.2016-cı il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın miqdarı 3286 m3 dəyəri) hesablanmış 328,60 manat pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməlidir. İlk iddia qalan hissədə rədd edilsin. Qaşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən əsassız olaraq hesablanmış 7135,45 manat borc silinsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı ilk iddia üzrə iddiaçının özünə aid edilsin, 5 manat dövlət rüsumu isə ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar