Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-292/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2839,09 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 3169,09 manat pulun məcburi qaydada tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 13.02.2019-cu il tarixli, AKX- 0068014/02-2019 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə"si əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, 1802AZ**********44 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağlda göstərikən aktlar tərtib edilmişdir: 27.02.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 284,40 manat 29.01.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5055 m3 dəyəri 1011 manat, 28.04.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1138 m3 dəyəri 227,60 manat, 24.02.2017-ci il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1042 m3 dəyəri 208.40 manat, 31.01.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1943 m3 dəyəri 388,60 manat, 30.12.2016-cı il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5584 m3 dəyəri 558.40 manat sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2839,09 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barıdı məlumatlandırılmışdır. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq hesablanmış 5055 m3 qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 1138 m3 qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 1042 m3 qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 1943 m3 qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 5584 m3 qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat, qırx qəpik) manat, ümümilikdə 2394 (iki min üç yüz döxsan dörd) manat məbləğində borcun silinməsi üzrə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması zamanı Dövlət Neft şirkəti İddiaçı əməkdaşları tərəfindən qaz sayğacına dair guya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib olunmuşdur. 27.02.2018-ci il tarixində 1422 m3 itirilmiş qazın sərfiyyatına görə 284.40 (iki yüz səksən dörd manat qırx qəpik), 29.01.2018-ci il tarixində 5055 m3 itirilmiş qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 28.04.2018-ci il tarixində 1138 m3 itirilmiş qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 124.02.2017-ci il tarixində 1042 m3 itirilmiş qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 31.01.2017-ci il tarixində 1943 m3 itirilmiş qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 30.12.2016-cı il tarixində 5584 m3 itirilmiş qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 2839.09 (iki min səkkiz yüz otuz manat doqquz qəpik) manat guya tərəfimdən maddi ziyan vurulmuşdur. Yaşadığı ünvanda yerləşdirilmiş qaz sayğacına dair ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən əsassız hesab olunan 2839.09 (iki min səkkiz yüz otuz manat doqquz qəpik) manat borcun silinməsinə dair Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia tələbi üzrə yalnız itirilmiş qazın miqdarı 1422 m3, dəyəri 284,40 (iki yüz səksən dörd manat qırx qəpik) manat məbləğində əsassız borcun silinməsinə dair tələbi Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Lakin digər aktların surəti hətta verilmiş sorğu əsasında məhkəməyə təqdim oluna bilmədiyindən həmin hissədə əsassız borcun silinməsinə dair tələbin məhkəmə tərəfindən təmin edilməsi mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinin 2(011)-3562/2019 saylı, 24 iyun 2019-cu il tarixli qətnaməsindən aidiyyatı qaydada Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət üzrə 10.06.2020-ci il tarixli, 2(103)-4078/2020 saylı qətnamə ilə 27.02.2018-ci il tarixli aktını əsassız hesab edərək borcun silinməsi qənaətinə gəlmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, şikayət üzrə ona məxsus qaz sayğacına dair tərtib olunmuş digər aktların 23.02.2018-ci il tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkildə göstərilən ona məxsus fərdi yaşayış evinin, ekspertin keçirdiyi baxış zamanı təqdim edilən yaşayış evinə, həmin ünvana aid olmadığı müəyyən edilmişdir. Həmçinin sözü gedən qaz sayğacına hər hansı kənar müdaxilə olunmaması həmin qətnamədə öz əksini tapmışdır. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qisimində pulu ödənilmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi iddia ərizəsində irəli sürdüyü maddi ziyanın ümümi məbləği həqiqəti əks etdirmir. Beləki, yuxarıda qeyd olunan aktlara əsasən zərər məbləği 2678.40 (iki min altı yüz yetmiş səkkiz manat qırx qəpik) manat təşkil etdiyi halda bu məbləğ şişirdilərək 2839.09 (iki min səkkiz yüz otuz doqquz manat doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. Halbuki, Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən bu borcun 284.40 (iki yüz səksən dörd manat qırx qəpik) manat həcmində olan hissəsi silinmişdir. Hələ bu az deyilmiş kimi guya onun tərəfindən pozulmuş hüquqların bərpası üçün çəkilmiş 300 (üç yüz) manat xərcin ödəniləsinidə tələb edirlər. Bu tamamilə absurddur və reallığı özündə əks etdirmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə ilk iddia üzrə İddiaçı nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 qarşılıqlı iddiaya uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13.02.2019-cu il tarixli AKX- 00680014/02-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan aktların surətlərindən görünür ki, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı 27.02.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 284,40 manat, 29.01.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5055 m3 dəyəri 1011 manat, 28.04.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1138 m3 dəyəri 227,60 manat, 24.02.2017-ci il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1042 m3 dəyəri 208.40 manat, 31.01.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1943 m3 dəyəri 388,60 manat, 30.12.2016-cı il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5584 m3 dəyəri 558.40 manat dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli 2(011)-3562/2019 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəs, N.Abbasov küçəsindəki döngə 5, ev 28 üzrə Cavabdeh (abonent kodu: **********10030) qaz sərfiyyatına görə hesablanmış 284,50 manat məbləğində borc silinməsi, Bakı şəhən, Xəzər rayonu Binə qəsəbəsi, N Abbasov küçəsindəki döngə 5 ev 26 üzrə X5 ogluna (abonenti kodu **********10030) qaz saygacının dəyərinə gorə hesablanmış 235,88 manat məbləğində borc silinmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4078/2020 nömrəli, 10.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli 2(011)-3562/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli 2(011)-3562/2019 nömrəli qətnaməsindən görünür ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatını nəticəsi olaraq, 10 may 2019-cu il tarixli 8178 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar hər hansı kənar qoşulma hal aşkar edilməmiş, paylayıcı qaz xəttinin üzərində 01 ədəd borucuq aşkar edilsə də, baxışda iştirak edən "İddiaçı İB”-nın nümayəndələri həmin borucuğun sonradan ləğv edimiş əvvəlki qaz xəttinin qoşulma yeri olduğunu bildirmişlər. Həmçınin baxış zamanı mülki iş materiallarında olan 23.02.2018-cı ıl tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkildə göstərilən fərdi yaşayış evinin, baxış zamanı təqdim edilən yaşayış evi olmadığı muəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(003)-292/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı iddiasının təbii qazdan qeyri-qanuni istifadəyə görə 27.02.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 284,40 manat hesablanmış borcun tutulması hissəsində xitam verilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısı” barədə 13.02.2019cu il tarixli AKX-00680014/02-2019 saylı müqavilə bağlanılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.06.2019cu il tarixli 2(011)-3562/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəs, N.Abbasov küçəsindəki döngə 5, ev 28 üzrə Cavabdeh (abonent kodu: **********10030) qaz sərfiyyatına görə hesablanmış 284,50 manat məbləğində borc silinmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mülki iş üzrə ekspertiza təyin edilmiş ekspertiza tədqiqinin nəticəsi olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə sayğacdan kənar hər hansı kənar qoşulma hal aşkar edilməmiş, paylayıcı qaz xəttinin üzərində 01 ədəd borucuq aşkar edilsə də, baxışda iştirak edən "İddiaçı İB”-nın nümayəndələri həmin borucuğun sonradan ləğv edimiş əvvəlki qaz xəttinin qoşulma yeri olduğunu bildirmişlər. Həmçinin baxış zamanı mülki iş materiallarında olan 23.02.2018-cı ıl tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkildə göstərilən fərdi yaşayış evinin, baxış zamanı təqdim edilən yaşayış evi olmadığı muəyyən edilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı 29.01.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5055 m3 dəyəri 1011 manat, 28.04.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1138 m3 dəyəri 227,60 manat, 24.02.2017-ci il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1042 m3 dəyəri 208.40 manat, 31.01.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1943 m3 dəyəri 388,60 manat, 30.12.2016-cı il il tarixli akt üzrə itirilmiş qazın miqdarı 5584 m3 dəyəri 558.40 manat dəymiş ziyanın ödənilməli olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hazırkı halda sayğaca qeyri-qanuni qoşulma hallarının olmasını sübutetmə yüklülüyü ilk iddia üzrə İddiaçı üzərinə düşür. Lakin bu halların mövcudluğu İddiaçı tərəfindən sübuta yetirilməmişdir. Əksinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq təqdim edilmiş fotoşəkillərin göstərilən fərdi yaşayış evinin, baxış zamanı təqdim edilən yaşayış evi olmadığı muəyyən edilmişdir. Həmçinin ilk iddia üzrə iddiaçı cavadehdən ümumilikdə 2839 manat borcun tutulmalı olduğunu iddia etsə də, məhkəmə təqdim edilmiş aktlar üzrə 2678,40 manat borc olduğu müəyyən edilir. Yəni ilk iddia üzrə iddiaçı 160,69 manat borcun hansı əsaslarla yarandığına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2554,59 (mülki iş üzrə hissəvi xitam verilməsi ilə bağlı 284,50 manat çıxılmaqla) manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 2884,59 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməsi barədə ilk iddia rədd edilməli, qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı qanunsuz olaraq hesablanmış 5055 m3 qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 1138 m3 qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 1042 m3 qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 1943 m3 qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 5584 m3 qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat, qırx qəpik) manat, ümümilikdə 2394 (iki min üç yüz döxsan dörd) manat məbləğində borcun silinməsi barədə qarılıqlı iddia təmin edilməlidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, ilk iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2554,59 (mülki iş üzrə hissəvi xitam verilməsi ilə bağlı 284,50 manat çıxılmaqla) manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 2884,59 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, İddiaçı İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməsi barədə ilk iddia rədd edilsin. Qaşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq hesablanmış 5055 m3 qazın sərfiyyatına görə cari 1011 (min on bir) manat, 1138 m3 qazın sərfiyyatına görə cari 227.60 (iki yüz iyirmi yeddi manat, altmış qəpik) manat, 1042 m3 qazın sərfiyyatına görə cari 208 (iki yüz səkkiz) manat, 1943 m3 qazın sərfiyyatına görə cari 388.60 (üç yüz səksən səkkiz manat, altmış qəpik) manat, 5584 m3 qazın sərfiyyatına görə cari 558.40 (beş yüz əlli səkkiz manat, qırx qəpik) manat, ümümilikdə 2394 (iki min üç yüz doxsan dörd) manat məbləğində borc silinsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-292/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-292/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver