Məhkəmə qərarları › İş №2(003)-292/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-292/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-292/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəzsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 01.10.2019-cu il tarixli, BPM**********29 nömrəli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 2810.20 AZN, olmaqla, cəmi 2810.20 AZN kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 48.10 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mərdəkan şöbəsi ilə X5 arasında bağlanmış 01.10.2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə, 24 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 025265 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X5 31.12.2018-ci il farixində vəfat etmişdir. ünvan 1 ünvanlanmış 31.05.2021-ci 11 tarixli, X/0288121 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh 14.122019-cu il tarixində onun X3 vərəsəsi olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 26.08.2021-ci il tarixində 22-10323/2021 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən 01.10.2019-cu il tarixli, BPM**********29 nömrəli Kredit müqaviləsinə əsasən 13.10.2021-ci il tarixinə cavabdehin əsas borc üzrə 2810,20 AZN olmaqla, cəmi 2810.20 AZN borcu mövcuddur. Eyni zamanda 48.10 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirdi ki, onun mərhum atası əməliyyat xərcləri üçün həqiqətən iddiaçı bankdan kredit götürmüşdür. Lakin, maddi imkanı aşağı olduğundan mərhum atası banka olan borcunu tam ödəyə bilməmişdir və rəhmətə getmişdir. Hazırda cavabdeh işləmir, kirayə yaşayır və bu səbəbdən də borcu ödəməyə imkanının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında 01.10.2019-cu il tarixli BMP**********29 saylı “kredit müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 35 ay müddətinə 3000,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X5 01.11.2019-cu il tarixdən 01.09.2022-ci il tarixədək iddiaçı Banka 3000,0 manat əsas borc, 1198,82 manat faiz borcu olmaqla, cəmi 4198,82 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 banka 2810,2 manat əsas borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair 26.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12.10.2019-cu il tarixində tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 25 saylı notariat kontoru tərəfindən veriliş 31.05.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri 25 saylı notariat ofisində qeyd olunan şəxsin adına vərəsəlik işi açılmış və vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh (30.09.1985-ci il, Azərbaycan, Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan ) olduğu müəyyən edilmişdir. 14.12.2019-cu il tarixdə vərəsə Cavabdeh 1/1 pay üzrə daşınar əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X5 arasında bağlanmış 01.10.2019-cu il tarixli BMP**********29 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 35 ay müddətinə 3000,0 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 2810,2 AZN məbləğində borcu qalmışdır. X1 12.10.2019-cu il tarixdə vəfat etmiş və oğlu Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X3 oğlu Cavabdeh X3 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh X2 qalmış əmlakı miras kimi qəbul etmişdir. X3 oğlu Cavabdeh Mirələkbərov Mirqədir öldüyü zaman onun mülkiyyətində olmuş daşınar əmlaka vərəslik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 oğlunun Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2810,2 (iki min səkkiz yüz on manat, iyirmi qəpik) manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 48,1 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar