Məhkəmə qərarları › İş №2(003)-2924/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2924/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2924/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və vəkili X3, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzr cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şüvəlan qəsəbəsi, Yeni Bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 hektar bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə görə ödədiyi 23.500 manat, ev və həyatyanı sahədə etdiyi yaxşılaşdırma işləri üçün xərclədiyi 9.000 manat məbləğin və həmin dövrdən 2024cü il tarixədək inflyassiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 32.641 manat, Milli Bankın uçot dərəcəsinə görə 11.280 manat, cəmi 76.421 manat və dövlət rüsumu kimi ödədiyi 319,29 manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2018-ci ildən 2023-cü il tarixədək müddət ərzində öz torpaq sahəsi və evindən istifadə edilməsinə görə kirayə pulu qismində 36.000 manat, həmin pul və vəsaitin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 1.800 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 8,5% hissəsi olan 3.060 manat, evə dəymiş zərər qismində 10.000 manat, cəmi 50.860 manat pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərdi ki, 2018-ci ildə bacanağı Cavabdeh şifahi alqı-satqı müqaviləsi ilə 23.500 manat ödəyərək Şüvəlan qəsəbəsi, Yeni bağ sahəsində nömrəsiz ünvanda yerləşən 0,6 ha bağ sahəsi almışdır. Həmin bağ sahəsində yarımçıq inşa olunmuş həyət evi var idi. Yaşadığı müddət ərzində bağ sahəsində 9.000 manat məbləğində yaxşılaşdırma işləri aparmışdır. 2023-cü ildə Cavabdeh onu ailəsi ilə birlikdə evdən çıxartmışdır. Şifahi alqı-satqı müqaviləsi bağlanarkən Rövşən ona başqa evin və torpaq sahəsinin sənədini göstərib həmin torpaq sahəsinə aid olduğunu demişdir. Sonradan bildi ki, həmin sənədlər ona satılan evə aid deyil.15 fevral 2024-cü ilin fevral ayında əmlaklarını götürmək üçün qardaşı ilə həmin ünvana getdikdə aralarında mübahisə yaranmış, Rövşən atası və qardaşı ilə onları döyərək həyətdən qovmuşlar. Cavabdeh onu zorla evindən çıxartmışdır və halhazırda o kirayədə qalır. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X8 əlavə olaraq qeyd etdi ki, iddiaçı əşyalarını götürmək üçün qardaşı ilə həmin ünvana getdikdə Rövşən atası və qardaşı ilə onları döyərək həyətdən qovduğuna görə polis idarəsinə müraciət etmiş, lakin polis idarəsində Rövşənin izahatı alınmış və cinayət işinin başlanmasının rədd olunması barədə qərar vermişdir. xx.xx.2024-cü il tarixli qərarda və izahatda göstərilir ki, 2023-cü ilin oktyabr ayında İqr Rövşənə evdən çıxmaq istədiyini və evə xərclədiyi 23.500 manat pulu ona geri qaytarmağını istəmişdir. Rövşən onunla razılaşıb həmin məbləği 2024-cü ilin iyul ayının sonuna qədər ödəyəcəyini bildirsə də, ödəməmişdir. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, iddianı qəbul etmir, İqrdan sözügedən torpaq sahəsinə görə 23.500 manat deyil, 10.500 manat alınmışdır. İlkin iddia üzrə cavabdeh evi təmir etmiş, təmirə 10.000 manat pul xərcləmişdir. O evi satmamış, müvəqqəti kirayəyə vermişdir. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının şahidi qismində dindirilmiş X12 bildirdi ki, İqrı evində beton və malyar işləri üçün dəvət edib və 1.000 manat əməkhaqqısı olub. 2022-2023-cü illərdə ev yarımtikili olub. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının şahidi qismində dindirilmiş X5 bildirdi ki, təmirdə penoplast, alçıpanın pulunu İqr verib və təmir işini aparıb. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin şahid qismində dindirilmiş X4 bildirdi ki, Rövşənlə 13 ildir ki qonşudur və İqr Rövşənin evində qalırdı. Həmin evi Rövşənin atası tikib və təmir edib. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin şahid qismində dindirilmiş X6 bildirdi ki, Rövşəni tanıyır və İqr Rövşənin evində sifarişlə və əməkhaqqı qarşılığında iş görüb, təxminən 6 il əvvəl tikinti olub. Məhkəmə işdə iştirak şəxslərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən araşdırıb, hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməlidir, qarşılıqlı iddia isə rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi, Cavabdeh ərizəsi əsasında toplanmış HK-1-474, X2 ərizəsi əsasında toplanmış HK-1-475 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayında 2019-cu ilin yanvar ayına nisbətən 138,9 % təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Rövşəndən Şüvəlan qəsəbəsi, Yeni Bağ sahəsində yerləşən nömrəsiz ünvanda olan 0,6 hektar bağ sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə görə ödədiyi 23.500 manat tələb edir, lakin bu borcla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında 10.500 manat məbləğinin hissə hissə ona ödəndiyini etiraf etdiyinə görə, məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli, cavabdehdən 23.500 manat deyil, 10.500 manat borc tutulmalıdır. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, iddiaçı ev və həyatyanı sahədə etdiyi yaxşılaşdırma işləri üçün xərclədiyi 9.000 manat məbləğin və həmin dövrdən 2024cü il tarixədək inflyassiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən 32.641 manat, Milli Bankın uçot dərəcəsinə görə 11.280 manat, cəmi 76.421 manat tələb etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 1912 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 320 manat dövlət rüsumu kimi ödənmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda məhkəmədə müəyyən olundu ki, İddiaçı tərəfindən 320 manat dövlət rüsumu ödənmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın 10.500 manat hissəsində təmin olunmuşdur. Bu hissədə ödənməli dövlət rüsumu isə 120 manat+500 manatın 0,3%-i, yəni 120+1.5 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 319,29 manat deyil, 121,5 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qarşılıqlı iddia ilə bağlı məhkəmədə müəyyən olundu ki, Rövşən İqra evi alqı-satqı məqsədli deyil, kirayə üçün vermişdir. Buna görə də Rövşən İqrdan kirayə haqqı qismində 36.600 manat, əlavə olaraq 5% hissəsi 1.800 manat, bank uçot dərəcəsi 8,5% hissəsi olan 3.600 manat və evə dəymiş zərər olaraq 10.000 manat olmaqla cəmi 50.860 manat pul tələb etmişdir.Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğuna görə qarşılıqlı iddia təmin oluna bilməz və rədd olunmalıdır. Qarşılıqlı iddia ilə bağlı pulların İddiaçı tutulması barədə olan hissəsi də rədd olunmalıdır. Belə ki, bununla bağlı qarşılıqlı iddia üzrə iddiaçı X9 məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 10.500 (on min beş yüz) manat məbləğində borc, 121,5 (yüz iyirmi bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10.621,5 (on min altı yüz iyirmi bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar