Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2943/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8280 (səkkiz min səkkiz yüz səksən) manat məbləğində ödəməli olduğu pulun və dövlət rüsumun ödənilməsinə görə 104 (yüz dörd) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə bir-birini uzun müddətdir tanımışıq, ona görə də aralarında etibarlı münasibət yaranmışdır. Cavabdeh övladının xəstə olması ilə bağlı pula ehtiyacı olduğundan ondan 9000 manat borc almış və bunu təsdiq edən xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında aralarında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən əsasən Cavabdeh bu müqavilə ilə ona 9000 manat borcunun olduğunu bəyan və tam etiraf edir, həmçinin həmin məbləği müqavilədə müəyyən edilmiş müddətdə xx.xx.2025-ci il tarixindən başlayaraq 22 ay olmaqla, hər ayın 15-i 400 manat, sonuncu ay isə 200 manat ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin keçən müddət ərzində cavabdeh borc aldığı puldan xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci il də 200 manat, xx.xx.2025-ci il də 50 manat, yenə fevral 2025-ci ildə 100 manat, xx.xx.2025-ci il də 70 manat, xx.xx.2025-ci ildə 50 manat olmaqla cəmi 720 manat məbləğində pul ödəmişdir. Cavabdehə dəfələrlə müqavilədə nəzərdə tutulmuş qaydada borcdan ödəməli olduğunu şifahi formada və telefonda vvhatsapp tətbiqi vasitəsilə mesaflarla bildirmiş, lakin cavabdeh hər dəfə bir bəhanə ilə ödənişləri etməkdən yayınır və müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı 9000 manat borc puldan qalan 8280 manat pulun ondan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borcun etiraf edilməsi müqaviləsinə əsasən Cavabdeh bu müqavilə ilə ona 9000 manat borcunun olduğunu bəyan və tam etiraf edir, həmçinin həmin məbləği müqavilədə müəyyən edilmiş müddətdə xx.xx.2025-ci il tarixindən başlayaraq 22 ay olmaqla, hər ayın 15-i 400 manat, sonuncu ay isə 200 manat ona qaytarmağı öhdəsinə götürmüşdür. xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Vvhatsappa yazışmalarından görünür ki, İddiaçı Cavabdeh borcun ödənilməsini dəfələrlə tələb etmişdir, lakin cavabdeh yayınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış borc müqaviləsi əsasında İddiaçı cavabdehə 9000,0 manat məbləğində pul borc vermişdir. Cavabdeh həmin məbləği müqavilədə müəyyən edilmiş müddətdə xx.xx.2025-ci il tarixindən başlayaraq 22 ay olmaqla, hər ayın 15-i 400 manat, sonuncu ay isə 200 manat ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bugünədək cəmi 720 manat məbləğində pul ödəmişdir. Bu əsasla, cavabdehdən 8280,0 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İşin məhkəmədə baxılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada borc müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində cavabdehə 9000,0 manat pul vəsaiti təqdim edilmişdir. Cavabdeh qismən ödəniş etmiş və hazırda 8280,0 manat məbləğində borcu qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borcun etiraf edilməsi müqaviləsi kimi pulun verilməsinə dair əqd etibarlıdır və iddiaçı həmin əqd əsasında verilmiş pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 104,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 104,0 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdeh 8280,0 manat borc məbləği və 104,0 manat dövlət rüsumu olmaqla, cəmi 8384,0 manat tutularaq İddiaçıə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8280,0 manat borc məbləği və 104,0 manat dövlət rüsumu olmaqla, cəmi 8384,0 (səkkiz min üç yüz səsksən dörd manat) manat tutularaq İddiaçıə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2943/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2943/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver