Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2946/2020 25.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təbii X1nın pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii X1nın pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni (qaz sayğacından kənar) istifadəyə görə itirilmiş təbii qazın dəyəri qismində hesablanmış 3511,40 manat məbləğində dəymiş zərərin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3541,40 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 03/4263 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu: istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı X2 Departamenti tərəfindən **********03530 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbili qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbil X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 167,30 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 3445,10 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan öncə istehlakçının Birliyə 66,30 manat borcu var idi. Cəmi Birliyə 3511,40 manat məbləğində İddiaçı İB-yə maddi zərər dəymişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 03/4263 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03530 sayla qeydiyyata alınmış abonent koduna xx.xx.2020-ci il tarixə 3504,60 manat borc hesablanmışdır. İş materiallarında olan təbii X1nın pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə halı aşkar olunmaqla xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 167,30 manat təbii X1nın pozulması ilə bağlı cərimə hesablanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün müddət üçün hesabat aparılaraq təbii qazın itkisi hesablanmışdır. Lakin qeyd edilən aktlar arasında mövcud olan gün fərqləri üzrə hesabat 30 gün aparılmalı olduğu halda hesabatlar müxtəlif gün fərqləri ilə hesablanmışdır ki, bu da istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox, 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3, 1.5x10x30=150 m3, 1.4x18x30=756), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3, 1.5x10x30=150 m3, 1.4x18x30=756), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün yox 30 günlük hesabat aparılmaqla (1.2x4x30=144 m3, 1.5x4x30=180 m3) təbii qazın itkisi ilə bağlı cərimə borcu hesablanmalı idi. Həmçinin İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesabatlar digər eyni mövsümlü hesabatlardan fərqli olaraq PQ4-ün maksimal qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat yox 24 saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 10 saat yox, 24 saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 18 saat yox, 24 saat hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x17=122,4 m3, 1.5x10x17=255 m3, 1.4x18x17=428,4) hesabat üzrə 80,74 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat olmaqla, cəmi 1128,14 manat, həmçinin 66,30 manat cari borc olmaqla ümumilikdə 1194,44 manat İddiaçı İB-nin xerinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 20 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1194,44 manat və 10 manat məbləğində dövlət rüsumu, cəmi 1204,44 (bir min iki yüz dörd manat 44 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2946/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2946/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver