Məhkəmə qərarları › İş №2(003)-2946/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2946/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2946/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d im : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı, X3, X5, X2 münasibətdə Cavabdeh Məmməd oğlunun mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1284/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırki mülki iş üzrə iddiaçı Məmmədova Cavabdeh Məmməd oğlunun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi döngə 11 ev 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsının xx.xx.2020-ci il tarixli 2(003)-22/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı həmin mübahisəli evə köçürülməsi və süni maneələrin cavabdehlər Cavabdeh Məmməd oğluna və X1 qadağan edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-22/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10603/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 11, 1 saylı evə dair tərəflər arasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə mnmiş məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli ünvanda istifadə hüququnun itirilməsi barədə, həmçinin onun evə köçürülməyə dair tələbinin təmin edilməməsi barədə qtnamələr çıxarılmış və qanuni qüvvəyə minmişdir. Hazırkı iddia həmin evə dair istifadə hüququnun tanınması və evdən istifadə qaydalarının müəyyən edilməsi olmaqla, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli evə istifadə hüququnun itirilməsi müəyyən edildiyindən, yəni artıq istifadə hüququ ilə bağlı məsələ üzrə mübahisə öz həllini tapdığından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququ istisna edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar