Məhkəmə qərarları › İş №2(003)-2949/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2949/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2949/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 103,0 manat, Cavabdeh2 774,0 manat məbləğində borc pulun, hər ikisindən taksiyə verdiyi 30,0 manat pulun və ödədiyi 30,0 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Mərdəkan qəsəbəsində mağaza işlədir, orada müxtəlif çeşiddə mallar satılır. O, həmin malları camaata həm nağd həm də nisyə satır, çünki camaatın nağd almağa imkanı olmayanda xahiş eliyəndə, onları tanıdığına görə nisyə mal verir. İddiaçının yerliləri olan cavabdehlər, yəni Kürdəmirdən olan bacılar Xoşqədəm və Gülnarə onun yanına gəlib, tanışlıq verdilər və qız köçürəcəklərini bildirərək ondan cehizlik nisyə mallar istədilər. Cavabdehlər dükanda ona söz verdilər ki, borclarını vaxtlı vaxtında qaytaracaqlar, yəni danışdıqlarına görə hər ay 80,0 ya da 100,0 manat miqdarında borclarından gətirib verəcəklər. Təxminən 5-6 ay bu qaydada ödəniş etdilər və ondan yenidən nisyə mal götürdülər. Bundan sonra heç bir ödəniş etmədbilər. Keçən ilin aprel ayında iddiaçı onların evinə gedib pulunu tələb edəndə, onun səhərisi günü, yəni aprelin 14-də Cavabdeh2 ona 100,0 manat göndərdi. Bundan sonra Cavabdeh2 774,0 manat borcu qaldı. Yenidən ödəniş etmədiklərinə görə İddiaçı onlara zəng etdikdə telefonuna cavab verilmədi. Təzədən o onların evinə gedib pulunu tələb edəndə onu 102-yə zəng etməklə hədələdilər. Sözləri bu oldu ki, pulları olanda verəcəklər borcu. Bir neçə ay yenə keçdikdən sonra iddiaçı onların anasına qardaşına zəng edib bildirdi, onlar da söz verdilər ki, ödəyəcəklər. Daha sonra idiaçı ərizə yazıb sahə müvəkkilinə müraciət etdi, sahə müvəkkili hər iki cavabdehin yazılı izahatını aldı, həmin izahatda cavabdehlər bildirdilər ki, yaxın zamanda gücləri çatan kimi borcu ödəyəcəklər. Onun bütün cəhdlərinə baxmayaraq bu gunə kimi pulunu qaytarmayıblar. İddiaçı dükanı işlətməklə ailəsini dolandırır. Dükana mal almaq üçün bu pula onun ehtiyacı var. O, neçə dəfə cavabdehlərin qapısına getmiş və taksiyə 30,0 manat pul vermişdir. Bütün bunları şahidlər təsdiq edə bilərlər. Bugünə kimi cavabdehlər borcunu ödəməyib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh1 103,0 manat borcun və ödədiyi 30,0 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin digər Cavabdeh2 münasibətdə isə baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia tələbi Cavabdeh2 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, onun İddiaçı həqiqətən 103,0 manat məbləğində borcu qalmışdır. Bu barədə yazılı əriəzsini məhkəməyə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədi. Həmçinin hər ay 20,0 manat ödəyəcəyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16.0.2022-ci il tarixli ərizənin sürətindən görünür ki, İddiaçı Cavabdeh1n və Cavabdeh2 ona olan borclarını ödəməmələri barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2022-ci il tarixli arayışının sürətindən görünür ki, tərəflərin izahatı alınmış və borclarını yaxın zamanda ödəyəcəklərini bildirmişlər. Borc tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilib. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi izahatın sürətindən görünür ki, o borcunu qəbul edir və ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, iddia tələbini etiraf edir və 103,0 manat məbləğində iddiaçıya borcu vardır. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin iddiaçıya ümumilikdə 103,0 manat borcu var. Cavabdeh həmin borcu ödəməmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilsə də, o, borcunu ödəməkdən yayınmışdır. İş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh1 103,0 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, yaranan borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 103,0 manat məbləğində pul vəsaiti və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 133,0 (yüz otuz üç manat) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar