Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2956/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-2936/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh tərəfin ərizəsini tədqiq edib, mülki işin materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, vəsatət təmin edilməli və mülki işlər bir icraatda birləşdirilməklə bir icraatda baxılmalıdır. Belə ki, işin baxılması zamanı müəyyən edildi ki, hazırki iş üzrə cavabdeh Quliyev X1 Sevil Salman qızına qarşı “fərdi yaşayış evindən çıxarılma” iddia tələbi ilə bağlı digər iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən İddiaçı, onun yetkinlik yaşına çatmayan övladının əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş 2(003)-2936/2023 nömrəsi ilə məhkəmənin icraatındadır və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən görünür ki, həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixində, hazırki iddia ərizəsi isə xx.xx.2023-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair 2(003)-2956/2023 saylı mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evindən çıxarılma” iddia tələbinə dair 2(003)- 2936/2023 saylı mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsini daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, hər iki mülki iş üzrə tərəflər arasında mübahisə predmeti ünvan 1 saylı fərdi yaşayış evi ilə bağlı olduğundan həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Eyni zamanda 2(003)-2936/2023 saylı mülki iş ilkin olaraq icraata qəbul edildiyindən 2(003)- 2956/2023 saylı mülki iş həmin işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair 2(003)-2956/2023 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evindən çıxarılma” iddia tələbinə dair 2(003)-2936/2023 saylı mülki işlə bir icraatda birləşdirilməklə 2(003)-2936/2023 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2956/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2956/2023
25.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver