Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-298/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh oglu ilə birgə nikahdan uşaqları - 21 iyun 2009-cu il təvəllüdlü X6 oglu və 04 may 2011-ci il təvəllüdlü X4 var. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-943/2020 saylı, 05.03.2020 -ci il tarixli qətnaməsi ilə Cavabdeh oglu ilə 15.08.2008-ci il tarixdə qeydə alınmış nikahları pozulmuş və uşaqları 21.06.2009-cu il təvəllüdlü X6 oglu və 04.05.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh oglundan iddiaçının xeyrinə hər ay hər uşaga görə 130,0 (yüz otuz) manat sabit pul məbləgində aliment tutulması qət edilmişdir. Həmin aliment məbləği uşaqlarının saxlanılması üçün hazırki vəziyyətdə azlıq təşkil edir. Uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür -geyimə, yeməyə və qayğıya olan tələbatları da artır. Odur ki, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili və uşagın mənafeyi nəzərə alınaraq alimentin miqdarı artırılmalıdır. Cavabdeh saglam və fəaliyyət qabiliyyətlidir. O, ayaqqabı ustasıdır, həm də avtomobil təmir işləri (rəngsaz) işləri ilə məşgul olmaqla hər ay təqribən 2000-2500 manat qazanc əldə edir, lakin gəlirini gizlədir. Uşaqlarının təminat səviyyəsini yaxşılaşdırmaq üçün cavabdehin lazımı qədər vəsait xərcləməsi zəruridir. Baxmayaraq ki, 29.11.2020-ci il tarixli “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanuna əsasən, 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilib, həmin məbləg də uşagı saxlamaq, ehtiyaclarını ödəmək üçün yetərli deyildir. İddiçı orta təhsillidir, iş yeri tapa bilmir. O yalnız səyyar qaydada ev işləri ilə məşgul olmaqla cüzi qazanc əldə edə bilir. Uşaqlarının orta məktəbdə təhsil alırlar. İddiaçı onları zəruri olan ana qaygısı, nəvazişi əhatəsində çox çətinliklə də olsa saxlayıb böyüdür, onların tərbiyə və təhsili ilə məşgul olur. Cavabdeh bunları etmir, uşaqlarının qaygısı ilə məşgul olmur. Uşaqlarının geyimi, saglamlıgı, normal qidalanması ücün tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları, təhsili, gəzintisi, istirahəti və sair üçün hər ay müvafiq məbləgdə vəsait xərclənmisi tələb olunur. Ona görə də Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 943/2020 saylı, 05.03.2020 -ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 21 iyun 2009-cu il təvəllüdlü X6 oglu və 04 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaga görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızı bildirdi ki, Xəzər rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(003)-943/2020 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 130,0 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Lakin həmin vaxtdan istehlak qiymətlərinin artmasını və uşaqların böyüməsini nəzərə aldıqda 260,0 manat aliment uşaqların saxlanmasına kifayət etmir.Həmçinin bildirdi ki, o, həmin vaxtlar işləyirdi, lakin 17.07.2021-ci il tarixdən onun əmək müqaviləsinə xitam verilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o fəhlədir, ikinci dəfə ailə qurub, hayat yoldaşı hamilədir. 260,0 alimenti çətinliklə ödəyir ödəyir. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(003)- 943/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə Rzayeva (Alimentova) Yeganə Aydın qızı arasında Əzizbəyov rayon qeydiyyat şöbəsində 15.08.2008-ci il tarixdə 707 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulub, tərəflərin birgə nikahından doğulmuş 21.06.2009-cu il təvəllüdlü Alimentov Ayxan Heybət oğlu və 04.05.2011ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları Rzayeva (Alimentova) Yeganə Aydın qızının yanında saxlanılsın. 21.06.2009-cu il təvəllüdlü X3 və 04.05.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.02.2020-ci il tarixdən başlayaraq Cavabdeh Rzayeva (Alimentova) Yeganə Aydın qızının xeyrinə hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(003)- 1836/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh alimentin azaldılması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7425/2020 08.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, 27.07.2020-ci il tarixli 2(003)- 1836/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh, anası Rzayeva (Alimentova) Yeganə Aydın qızı olan 21.06.2009-cu il təvəllüdlü X5 və 04.05.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan əmək kitabçasının sürətindən görünür ki, Rzayeva (Alimentova) Yeganənin əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə 17.07.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim edilmiş **********2 saylı 06.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh (FİN OXYH65U) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi 31 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən 24.01.2022-ci il tarixdə keçirilmiş ultrasəs müayinəsi haqqında vərəqədən görünür ki, cavabdehin arvadı Alimentova Ema 28 həftəlik hamilədir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 15.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 21.06.2009-cu il təvəllüdlü X5 və 04.05.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Xəzər rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(003)-943/2020 saylı qətnaməsi ilə onların arasında olan rəsmi nikah qeydiyyatı pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış və hər uşağa görə 130,0 manat məbləğində aliment tutulmuşdur. İddiaçı əvvəllər işləyib, lakin hal-hazırda işsizdir. Cavabdeh isə ikinci dəfə ailə qurmuşdur və arvadı hamilədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqğını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, həmçinin Yeganə Rzayevanın hazırda işsiz olması, eləcə də uşaqların böyüdüyü nəzərə alındıqda, iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Göründüyü kimi, alimentin tutulması ilə bağlı qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, onun yeni nikaha daxil olmasını və həmin nikahdan arvadının hamilə olmasını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Xəzər rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(003)-943/2020 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, 21.06.2009-cu il təvəllüdlü X5 və 04.05.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 145,0 manat olmaqla cəmi 290,0 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızına verilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Xəzər rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli 2(003)-943/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh iddiaçı Rzayeva (Alimentova) Yeganə Aydın qızının xeyrinə 21.06.2009-cu il təvəllüdlü X3 və 04.05.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 145,0 manat olmaqla, cəmi 290,0 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-298/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-298/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver