Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2990/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehiştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən həyətində əkdiyi meyvə ağaclarını sındırıb məhv etdiyi və tikdiyi hasarı sökdüyü üçün ona vurulan ziyan olaraq 1800 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə çəpər qonşusu Cavabdeh gecə həyətində əkdiyi, hər birinin qiyməti 100 manat olmaqla, beşillik 15 ədəd meyvə ağaclarını oğurlayaraq məhv etməklə, ümumilikdə 1500 manat ziyan vurmuşdur. O, cavabdehdən nə səbəbə görə meyvə ağaclarını sındırdığını soruşduqda, cavab bu olmuşdur ki, düz eləmişəm, buradan köçməlisən. O, cavabdehin qanunsuz hərəkətləri barədə DİN-in 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. Bu zaman cavabdhein yaxın qohumu və onunla yaxın münasibətdə olan şəxs şikayətini dayandırmağı xahiş etmiş və ziyanın ödəniləcəyini bildirmişdir. O, şikayəti geri götürmüş və hesab etmişdir ki, daha problem yaranmayacaq. Cavabdeh öz əməllərindən əl çəkməmiş, xx.xx.2020-ci il tarixdə aralarında olan hasarın 4 cərgəsini sökərək həyətinə tökmüş və nəticədə hasar dibində əkdiyi 7 ədəd 5-6 illik hər birinin qiyməti 100 manat olan meyvə ağaclarının budaqlarını sındırmışdır. Hasarın tikilməsinə 100 manat xərcləmişdir. Ümumilikdə, ona yenidən 300 manat ziyan vurmuşdur. O. Yenidən 102 xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. Ona maddi ziyanla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, vurulmuş ziyanın ödənilməsini tələb etsə də, qonşusu olan cavabdeh bundan imtina etmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən həyətində əkdiyi meyvə ağaclarını sındırıb məhv etdiyi və tikdiyi hasarı sökdüyü üçün ona vurulan ziyan olaraq 1800 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o heç vaxt iddiaçıya məxsusəmlaka toxunmamış, zərər verməmişdir. İddia ərizəsində göstərilən halların heç biri baş verməmişdir, tamamilə yalandır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2019-cu il və xx xxxx 2020-ci il tarixli qərarların surətlərindən görünür ki, İddiaçı şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını cavabdeh tərəfindən ona məxsus ağacların sındırılaraq çıxarılması, həmçinin hasarın sökülməsi ilə ona maddi ziyan vurulması ilə əsaslandırmış, cavabdeh iddia tələbini qəbul etməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi : İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2990/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2990/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver