Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2991/2020 10.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, avto qəza nəticəsində cavabdeh tərəfindən onun avtomobilinin təmiri üçün 3510 manat, dövlət rüsumu üçün 20 manat, evakuator üçün xərclədiyi 50 manat və avtomobili tam təmir olunana qədər hər gün üçün 25 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Maştağa qəsəbəsi ilə üzü şəhər istiqamətində hərəkət edərkən “Palma market”in qarşısındakı işıqforu keçən kimi sağdakı sexlərdən birindən Qazel markalı 99.RB.624 dövlət nömrə nişanlı avtomobil qəflətən və çox surətlə arxaarxaya hərəkət edərək mənim idarə etdiyim mercedes markalı **-NR-*** dövlət nömrə nişanlı avtomobillə böyük zərbə ilə toqquşmuşdur. Zərbənin təsiri nəticəsində avtomobili deformasiyaya uğramış və yararsız hala düşmüşdür. Onun arxasıyca gələn DYP xidmətinin əməkdaşı ona və digər avtomobilin sürücüsünə yaxınlaşaraq onların sənədlərini almış, sonra həmin DYP əməkdaşı bir DYP inspektorunu hadisə yerinə çağırmışdır. O, Sabunçu rayon DYP şöbəsinə dəvət olunarkən orda ona məlum olub ki, maşınına xəsarət yetirən Qazel markalı avtomobilin sürücüsü Cavabdeh adına heç bir siğorta şirkətinin müqaviləsi yoxdur. Həmçinin maşının əsl sahibinin verdiyi etibarnaməyə də xitam verilib. O, dəfələrlə avtomobilinə dəymiş zərər, və ya avtomobilinin tam təmir olunması üçün Sabunçu rayon DYP şöbəsinə müraciət etsə də, ona heç bir köməklik göstərilməmişdir. Bu səbəbdən də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sabunçu rayon DYP şöbəsinin göndərişinə əsasən, getdiyi Zabrat Kürdəxanı yolunda olan avto servisində onun avtomobilinin tam yararlı hala gətirilməsi üçün 3510 (üç min beş yüz on ) manat hesablanmışdır. Həmçinin maşının evakuasiya edilməsi 50 man xərci çıxıb. Avtomobilndən taksi kimi istifadə edərək gündəlik 20-25 man çörək pulu əldə edirdi. Hal-hazırda əlavə başqa yerdən heç bir yerdən gəlirim olmadığı üçün çox acınacaqlı vəziyyətdədir. Qeyd olunanlara əsasən, avto qəza nəticəsində cavabdeh tərəfindən onun avtomobilinin təmiri üçün 3510 manat, dövlət rüsumununu ödənilməsi üçün 20 manat, evakuator üçün xərclədiyi 50 manat və avtomobili tam təmir olunana qədər hər günüçün 25 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əlavə etmişdir ki, maşını hal-hazırda etibarnamə ilə başqasına verib, mülkiyyətçisi o deyil. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş DİN DYP-nin X8 Haqqında TP ******* saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh QAZ 33021 yük markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Sabunçu RPİ DYPŞ-də vermiş olduğu izahatında qeyd edilmişdir ki, o, idarə etdiyi QAZ 33021 yük markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə geriyə hərəkət edərkən yolda düzünə hərəkət edən Mercedes markalı avtomobili görməmiş və onu ön hissədən vurmuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ 33021 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Eyni zamanda, iş materiallarına X3, Cavabdeh və İddiaçı məxsus sürücülük vəsiqəsinin surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin idarə edilməsinə dair xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Benz 200D minik markalı **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, avtomobilə dəymiş zərərin bərpası üçün çəkiləcək xərclərin məbləği 3510 manat müəyyən edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi X4 mülkiyyətində olan Mercedes Benz 200D minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərclərin cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Göründüyü kimi, Mercedes Benz 200D minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Bu səbəbdən də, iddiaçı Cavabdeh həmin avtomobilə dəymiş zərəri tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, iddiaçı evakuator üçün verdiyi 50 manat, avtomobil tam təmir olunana qədər hər gün üçün 25 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbini cavabdeh tərəfindən ona maddi zərər vurulmasına dair hissədə əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə tədqim edə bilməmişdir. Həmçinin, məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2991/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2991/2020
10.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver