Məhkəmə qərarları › İş №2(003)-2994/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2994/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2994/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 6653,40 manat məbləğində zərərin, və ödənilmiş 30 manat dövlət rüsumu, olmaqla cəmi 6683,40 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı iB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifad qaydaları”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayn şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsı olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazda oanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 183,50 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 184,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 832,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 387,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 208,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manaf, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 49,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 356,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, cəmi 5928,50 manat məbləğində zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 27,60 manat, əvvəlki illərdən isə 439,20 manat, sayğac üzrə isə 258,10 manat borcu qalmışdır. Məlumat üçün bildirilmişdir ki, cavabdeh 2010-2020-ci illər ərzində 10 ilə təbii qaza cəmi 90 manat pul ödəmişdir. Dəfələrlə qaz təminatı dayandırılmış (bu barədə kəsim aktları tərtib olunmuşdur), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinə də ziyan vurmuşdur). Cavabdehin İddiaçı İB-ə ödənilməli borc məbləği hazırda saldo üzrə ümumi 6653,40 manat təşkil etməkdədir. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə borcun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə qəbul olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra iş üzrə cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İşə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçınə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə 2011-ci ildən 2020-ci ilədək aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2016-ci il tarixində tərtib edilmiş aktları qəbul edir. Belə ki, 2016-ci ilin qış aylarında qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Həmin xətt aşkar edilərək kəsildikdən sonra o, qeyriqanuni xəttdən istifadə etməmişdir. Sonrakı aktlar uydurma aktlardır və onun həmin aktlar barəsində heç vaxt məlumatı olmamışdır. Onun ümumiyyətlə yaşadığı evlə bağlı aktların tərtib edilməsi barədə məlumatı olmamış, iddiaçının əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməmişdir. Həmin aktlar barəsində yalnız iş üzrə qiyabi qətnaməni əldə edəndən sonra məlumatı olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İB BRQSD ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli 03/23672 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00000) görünür ki, cavabdehin hesabına 6653,40 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, həmin borcun 6367,7 manat hissəsi xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış borcdan ibarətdir. 285.7 manat hissəsi (6653,40 - 6367,7) isə istifadə edilmiş lakin dəyəri ödənilməmiş təbii qaz üçün hesablanmış borcdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2011-ci ilin noyabr ayından 2020-ci ilin sentyabr ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin X1nın pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Bundan başqa 2011 ilin noyabr ayında və 2012-ci ilin dekabr ayında akt əsasında hesablanmış 147,60 manat və 291,60 manat məbləğində, cəmi 439,2 manat borcun hansı əsaslarla cavabdehin abonent hesabına hesablanması, həmin borcun nədən yaranması barədə sübutlar məhkəməyə təqdim edilməməklə, həmin borcun yaranmasına səbəb olmuş halların, həmin borcların cavabdehin abonent hesabına əsaslı olaraq hesablanmasını iş materialları ilə də müəyyən edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, 439,2 manat məbləğində borcun cavabdehin abonent hesabına hesablanaraq ondan tələb edilməsi əsassızdır. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatını, onun tərəfindən qəbul edilmiş aktları, yəni 2016-cı ildə tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab edir ki, həmin aktlar əsasında qazın itkisinə görə dəymiş zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan həmin ildə tərtib edilmiş aktlardan və abonent saldosundan görünür ki, 2016-cı ildə tərtib edilmiş aktlar əsasında cavabdehin abonent hesabına cəmi 367,70 manat məbləğində borc hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdeh tərəfindən istifadə edilmiş lakin dəyəri ödənilmiş qaza görə qalıq qalmış 285.7 manat məbləğində pul da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 2016-cı il üçün hesablanmış 367,70 manat və istifadə edilmiş lakin dəyəri ödənilmiş qaza görə qalıq qalmış 285.7 manat, cəmi 653,4 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə 653,4 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 653,4 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 10 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 20 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar