Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3036/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 6 saylı alqısatqı müqaviləsinə əsasən sahibkar İddiaçı 12 ay müddətinə kredit üsulu ilə 984 manat məbləğində Samsung 65K52E69SLDP paltaryuyan Cavabdeh satılmışdır. Borclu Cavabdeh 280 manat ödəniş etmiş 2020-ci il yatnvar ayından ödənişi dayandırmışdır. Alqı-satqı müqaviləsinin şərtlərini pozulması və ödənişlərin vaxtı vaxtında edənilməməsi səbəbindən borcluya şifahi və yazılı xəbərdarlıq edilməklə borcun dərhal ödənilməsi tələb edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri İddiaçı qarşısında tam icra etməyən bu günə qədər iddiaçıya 704 manat əsas borcu, gün hesabı cərimə borcu 100 manat borcu qalmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2880 manat dəyəri olan LG 65UK6450 markalı televizor Cavabdeh satılmışdır. İddiaçıya 2460 manat əsas borcu, gün hesabı cərimə borcu 432 manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 6 saylı nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 984 manat olan Samsung 65K52E69SLDP paltaryuyan satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 8 saylı nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ümumi dəyəri 2880 manat olan Samsung 65K52E69SLDP paltaryuyan satmışdır. İş materiallarında olan İddiaçı tərəfindən borclulara ünvanlanmış xəbərdarlıq və bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli 6 saylı alqı-satqı müqaviləsinə əsasən 984 manat məbləğində Samsung 65K52E69SLDP paltaryuyan və xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2880 manat dəyəri olan LG 65UK6450 markalı televizor Cavabdeh satılmışdır. Borclu müqavilələr üzrə öhdəlikləri yerinə yetirməmiş və hazırda xx.xx.2019-cu il tarixli 6 saylı alqı-satqı müqaviləsinə əsasən704 manat əsas borcu, gün hesabı cərimə borcu 100 manat və xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2460 manat əsas borcu, gün hesabı cərimə borcu 432 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki qanunvericiliyin normalarına və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 6 saylı alqı-satqı müqaviləsinə əsasən 704 manat əsas borcu, gün hesabı cərimə borcu 100 manat və xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2460 manat əsas borcu, gün hesabı cərimə borcu 432 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 6 saylı alqı-satqı müqaviləsinə əsasən 704 manat əsas borcu, gün hesabı cərimə borcu 100 manat, xx.xx.2019-cu il tarixli 8 saylı alqı-satqı müqaviləsinə əsasən 2460 manat əsas borcu, gün hesabı cərimə borcu 432 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3726 (üç min yeddi yüz iyirmi altı) manat alınaraq İddiaçı ödənilsin. Cavabdehlər qətnamənin onlara rəsmi qaydada verilməsindən 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3036/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3036/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver