Məhkəmə qərarları › İş №2(003)-304/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-304/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-304/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 23.05.2008-ci il təvəllüdlü X7 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manata çatdırılması, 16.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, hər iki uşağa görə ümumilikdə 350 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2007-ci ildə nikah münasibətlərinə daxil olaraq ailə qurmudur. Bigə nikahdan 23.05.2008-ci il təvəllüdlü X7 və 16.08.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh Cvanşir oğlu ilə nikahlarının pozulması, 23.05.2008-ci il təvəllüdlü X4 onun himayəsində qalması və onun saxlanılması üçün 50 manat alimentin tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bir müddət sonra aralarındakı münasibət müsbət nəticə əldə etdiyindən o 23.05.2008-ci il təvəllüdlü X7 üçün alimentin ödənilməsindən notarial qaydada imtian etmiş və bir yerdə yaşamağa davam etmişlər. İkinci övladı doğulduqdan sonra münasibətləri yenidən gərginləşmişdir. 2017-ci ildə tamamilə ayrılmışlar. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə verərək, 16.08.2014-cü il təvəllüdlü X5 onun yanında qalmasına, Cavabdeh 16.08.2014-cü il təvəllüdlü X3 üçün hər ay 175 (bir yüz yetmış beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010cu il tarixli qətnaməsi ilə 23.05.2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08.12.2021-ci il tarixli iclasında Cavabdeh iddia tələbini qəbul edərək, 16.08.2014-cü il təvəllüdlü X5 İddiaçı yanında qalmasına etiraz etmədiyini, ümumilikdə hər iki uşağa görə yetkinlik yaşları tamam olana kimi sabit pul məbləğində hər ay 350 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1607/2010 nömrəli 24.10.2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Əhmədova (Hacıyeva) Mehriban Süleyman qızı ilə Cavabdeh arasında 05.07.2007-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində 613 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 23.05.2008-ci il təvəllüdlü X7 anası Əhmədova (Hacıyeva) Mehriban Süleyman qızının yanında saxlanılması, 23.05.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.09.2010-cu il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləöində 50 (əlli) manat miqdarında alimentin tutularaq Əhmədova (Hacıyeva) Mehriban Süleyman qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16.08.2014-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 08.12.2021-ci il tarixli ərizədə 23.05.2008-ci il təvəllüdlü X7 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 manata çatdırılması və 16.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər hər ay 175 (yüz yetmiş beş) manat olmaqla, hər iki uşağa görə ümumilikdə 350 manat alimentin ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə araşdıması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahlarından olan 23.05.2008-ci il təvəllüdlü X7 anası Əhmədova (Hacıyeva) Mehriban Süleyman qızının yanında saxlanılması, 23.05.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.09.2010-cu il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləöində 50 (əlli) manat miqdarında alimentin tutularaq Əhmədova (Hacıyeva) Mehriban Süleyman qızına ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə müəyyən etdi ki, tərəflər faktiki nikah münasibətlərində olduqları müddətdə 16.08.2014-cü il tarixdə X8 doğulmuşdur. Hazırda iddiaçının tələbi tərəflərin birgə nikahından doğulmuş 16.08.2014-cü il təvəllüdlü X5 onun yanında qalmasına, Cavabdeh 16.08.2014-cü il təvəllüdlü X3 üçün hər ay 175 (bir yüz yetmış beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010-cu il tarixli qətnaməsi ilə 23.05.2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından, cavabdehin məhkəməyə təqdim etmiş olduğu ərizədən 16.08.2014-cü il təvəllüdlü X5 anası İddiaçı himayəsinə verilməsi ilə bağlı ümumi razılıqları vardır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan 16.08.2014cü il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilməlidir. İddiaçının iddia tələbinin 16.08.2014-cü il təvəllüdlü X1 üçün alimentin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə tutulacaq alimentin miqdarı 175 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatandır. Odur ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 175 manat məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 05.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi 05.11.2021-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İddiaçının iddia tələbinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010-cu il tarixl qətnaməsi ilə 23.05.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş artırılaraq 175 manat müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği 175 manat müəyyən edilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 16.08.2014-cü il təvəllüdlü X8 anası İddiaçı himayəsinə verilməli, 16.08.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.11.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, 23.05.2008-ci il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 125 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 2400 manat (125x12=300), (175x12=2100) müəyyən edildilməklə iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16.08.2014-cü il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılsın. 16.08.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05.11.2021ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə (16.08.2014-cü il təvəllüdlü X6 aid hissədə) alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1607/2010 nömrəli 24.10.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 23.05.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar