Məhkəmə qərarları › İş №2(003)-3050/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3050/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3050/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıCavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1961.35 manat əsas, 894.43 manat faiz borcu və 100.14 manat cərimə olmaqla cəmi 2955.92 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxx” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 36 ay müddətinə 2464.15 manat kredit verilmişdir. “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 459 №-li xx xxx 2018-ci il tarixli 004 №-li müqaviləyə xx xxxxxx 2019-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “xxxxxxxx” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxxxx” İKB ASCyə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 09-dək X1 banka xx xxxxxx 2019-ci il tarixli kredit müqaviləsi üzrə 1961.35 AZN əsas borc, 894.43 AZN faiz borcu və 100.14 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2955.92 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor “xxxxxxxx” MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1-0***-******* saylı kredit müqaviləndən görünür ki, həmin müqavilə illik 35 faiz ödəmək şərtilə 36 ay müddətinə 2464.15 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan hüquq sahibi xxxxxxxx MMC ilə hüquq əldə edən “xxxxxx İKB” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli tələbetmə hüquqlarının güzəşt olunmasına dair 0004 saylı müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasənhüquq sahibi kredit müqaviləsindən irəli gələn tələbetmə hüququnu hüquq əldə edənə ötürmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, “xxxxxxxx MMC” tərəfindən Cavabdeh tələbetmə hüquqlarının ötürlüməsi barədə məlumat verilməklə, borcun xxxxxx İKB ASCnin hesabına ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələb sahibi “xxxxxxxx” MMC borclunun razılığı olmadan tələbi “xxxxxx İKB” ASC-yə güzəşt etmək hüququ olduğundan, “xxxxxxxx” MMC-nin tələbi “xxxxxx İKB” ASC-yə hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçdiyindən, “xxxxxx İKB” ASC mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, “xxxxxx İKB” ASC-nin iddia tələbi qeyd edilən hissədə təmin edilərək, 1961.35 manat əsas borc, 894.43 manat faiz borcu, 100.14 manat cərimə, cəmi 2955.92 manat borcun cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin və razılaşmaların vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 3-Y-1-0-518-18 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 1961.35 manat əsas, 894.43 manat faiz, 100.14 manat cərimə olmaqla cəmi 2955.92 manat məbləğində borc alınaraq İddiaçı-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1-0***- ******* saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1961.35 manat əsas, 894.43 manat faiz, 100.14 manat cərimə olmaqla cəmi 2955.92 (iki min doqquz yüz əlli beş manat doxsan iki qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar