Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-306/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” X5 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5098,41 manat əsas, 28,90 manat faiz, cəmi 5127,31 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olunduğundan iddiaçı tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat ofisinə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Notariat ofisinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X3 hüquqi varisi kimi X3 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə “xxxx” KB ASC-yə 5098,41 manat əsas, 28,90 manat faiz, cəmi 5127,31 manat borcu yaranmışdır. Borclu-vərəsələr mərhum X3 vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılaraq, tələbin maliyyə arayışı həcmində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki,X4 onun əridir. İman xx xxxx 2019-cu il tarixdə ölmüşdür. İmanın bankdan kredit almasından, banka borcunun olmasından məlumatı olmamışdır. Özü tibb bacısı işləyir, onkoloji xəstədir, maddi vəziyyəti çətindir. Mərhum ərindən miras kimi avtomobil qalmışdır, həmin miras əmlakı qanuni nümayəndə kimi, oğullarının adından özu imzalamaqla qəbul edərək, avtomobili 10.000 manat satıb, yas mərasimlərinə xərcləmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 2227sMDK/18 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə X4 ilə “xxxx” KB ASC-nin Mərdəkan filialı arasında illik 26% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 016106 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X1r. Onların hər birinin X2 miras qalmış “Nissan Sunny” minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/3 hissədə payı vardır. Məhkəmə baxışı zamanı təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X3 həmin tarixə banka 4527,31 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu, cəmi 4527,31 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilən borc həcmində təmin edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki. X4 xx.xx.2018-ci il tarixli 2227sMDK/18 saylı kredit müqaviləsinə əsasən “xxxx” KB ASC-nin Mərdəkan filialından illik 26% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüş, lakin X4 xx xxxx 2019-cu il tarixdə ölmüşdür, xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx xxxx 2019-cu il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X1r. Onların hər birinin X2 miras qalmış “Nissan Sunny” minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/3 hissədə payı müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1292.1-ci maddəsinə görə Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1294-cü maddəsinə əsasən payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı və qanuni olduğundan təmin edilməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə isə qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.7-ci himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244-ci maddəsinə əsasən Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx xxxxxx 2003-cü ildə doğulmuş, Cavabdeh2 isə xx xxxxx 2006-cı ildə doğulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə Cavabdeh3 və Cavabdeh2 yetkinlik yaşına çatmayan şəxs olduqlarından tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olnurlar. İş üzrə müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs olduqlarından miras əmlakdan onlara çatan payı onların anası Cavabdeh1 himayəçi kimi qəbul etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki. iddia tələbi üzrə Cavabdeh3 və Cavabdeh2 aid hissədə mülki öhdəliyə görə onların himayəçisi Cavabdeh1 məsuliyyət daşımalı və iddia tələbində göstərilən borc məbləği ona yönəldilməlidir. İş materiallarında olan ********* nömrəli xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh1 4527,31 manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat «xxxx» X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 4527,31 (dörd min beş yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat «xxxx» X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-306/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-306/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver