Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3061/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 18A ünvanında iddiaçıya qarşı edilmiş qanunsuz hərəkətlərin qadağan edilməsi, daş qarajdan istifadəyə edilmiş maneələrin cavabdehlərə qadağan edilməsi və qarajın açarının iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 18A ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin bir hissəsindən hazırkı iş üzrə cavabdehlər müvəqqəti olaraq yaşamağa icazə verilmiş və hazırda onlar orada ona müəyyən maneələr yaradır, mülkiyyət hüququnu kobud surətdə pozurlar. Belə ki, həyətyanı sahənin özəlləşdirilməsinə maneələr yaradılır, qarajdan istifadəyə icazə vermirlər, yaşadıqları otaqların qarşısını daş hasarla bağlayaraq qanunsuz tikinti işləri etmişdirlər. İş üzrə cavabdeh məhkəmə qətnaməsinə əsasən bir otaqdan istifadə hüququ əldə etmişdir. Buna baxmayaraq cavabdehlər hasarlama işləri aparmış, ona məxsus qarajın qapısını bağlayaraq istifadəsinə maneələr yaradır və bu qəbildən qanunsuz hərəkətlər cavabdehlər tərəfindən davam etdirilir. Hazırda cavabdehlərdən biri qeyd edilən evdə uzun illərdir ki, yaşamır. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, həmin ev iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdehlərə evin bir otağında yaşamaq üçün icazə verilib. Lakin, cavabdehlər otağı böyütmüşlər. Hazırda Fərman mülkiyyəti özəlləşdirmək istəsə də, mütəxəssislər gələn zaman cavabdehlər onlara mane olurlar. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, onların yaşadıqları torpaq sahəsi ilə iddiaçının qeyd etdiyi torpaq sahəsi arasında yüz metr məsafə vardır. İddiaçının qeyd iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək orada göstərmişdir ki, İddiaçı ona və digərlərinə qarşı “maneələrin aradan qaldırılması tələbinə dair” iddiası üzrə mülki iş məhkəmənin icraatındadır və məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Ona və digərlərinə qarşı qaldırılmış bu iddianı qəbul etmir, iddiaya etiraz edir və hesab edir ki, iddiaçının tələbi qanunsuzdur, əsassızdır, şər, böhtan xarakterlidir və təmin olunmamalıdır. İddia ərizəsində qeyd edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 18A saylı fərdi yaşayış evi hazırda İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 144.65 kv.m-dən ibarətdir. Evin yerləşdiyi torpaq sahəsi 0.0173 ha olmaqla dövlət mülkiyyətində olan torpaq sahəsidir və iddiaçıya oradan istifadə etmək hüququ verilmişdir. İddiaçı sözügedən fərdi yaşayış evini onlardan xəbərsiz, özbaşına şəkildə gedib özəlləşdirmişdir. Buna baxmayaraq sözügedən fərdi yaşayış evinin onlara heç bir aiddiyyatı yoxdur. Belə ki, Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh3 uşaqları — 1986-cı il təvəllüdlü Azər və 1994-cü il təvəllüdlü Rəhimə ilə birlikdə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı evə yaşayış hüquqlarının tanınması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və onlar orada yaşamaqla qeydiyyata düşmüşlər. Sözügedən yaşayış sahəsinin hüquq müəyyənedici sənədi olmasa da ev mərhum Quliyev X1 məxsus olmuş və onlar illərdir ki, orada yaşamışlar. Hətta, vərəsəlik işinin açılması və miras əmlakın qəbul edilməsi ilə bağlı tərəflarindən notariat orqanına da müraciət edilmişdir. İddiaçının yaşadığı sahə ayrı olmaqla onların ona heç bir maneçiliyi olmamışdır. Son dövrlər o, öz yaşadığı sahəni gizli yolla özəlləşdirmiş və onun yaşadığı sahəyə 21A ünvanı verilmişdir. İndiki halda iddiaçı öz iddia ərizəsində göstərir ki, guya onun mülkiyyətində olan yaşayış evinin bir hissəsi (1 otaq) müvəqqəti olaraq onlara yaşamaq üçün verilmişdir və guya onlar ona müəyyən maneələr yaradırlar. Halbuki, orada 1 otaq deyil, bütün evdən yaşamaq hüququ onlara müvəqqəti deyil, daimi əsaslarla verilmişdir və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Üstəlik də həmin qətnamədən göründüyü kimi onların istifadə və yaşamaq hüquqları tanınan sahənin ünvanı 21, iddiaçının mülkiyyətində olan sahəsnin ünvanı isə 21A-dır. İddiaçı heç bir əsas olmadan onların yaşadığı sahənin onun mülkiyyətində olmasını iddia edir. İddiaçı özbaşına şəkildə ünvana dair ev dəftərini götürüb reyestrə təqdim etmiş və hansısa yolla ünvanı özəlləşdirmişdir. O, həmin ev dəftəri ilə ünvanı özəlləşdirə bilmir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onlar ona məxsus olan qaraja girməsinə imkan vermirlər və onun mülkiyyətində olan sahədə hasar çəkməklə tikinti işləri aparırlar. Onların yaşadığı sahənin, həmçinin, iddiaçının qeyd etdiyi qarajın iddiaçıya ümumiyyətlə aidiyyatı yoxdur. Ümumiyyətlə iddiaçının iddia etdiyi kimi qaraj adlı bir tikili həmin ünvanda mövcud deyildir. Digər tərəfdən, iddiaçının sözügedən sahələrə hər hansı bir hüquq müəyyənedici sənədi və subyektiv hüququ mövcud deyildir. Məhkəmə tərəfindən məhkəmə-texniki tikinti ekspertizası təyin edilib keçirilməklə qeyd olunanların əsaslı olub-olmaması müəyyən edilə bilər. İniki halda iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəflərindən onun mülkiyyətində olan sahədən hansı qanununsuz hərəkətlərə yol verməkləri və qarajın olması, o cümlədən, qarai üzərində hüququnu təsdiq edən sübutlar təqdim etməli, iddiasının əsası kimi bu halı sübut etməlidir. İşdən görünür ki, iddiaçının ona və digərlərinə qarşı verdiyi iddia ərizəsi əsassız olmaqla, heç bir təsdiqedici sübuta söykənməyən, şablon xarakteri daşıyır. Digər tərəfdən, iddia ərizəsinin mümkünlük məsələsi məhkəmə tərəfindən yoxlanılmalıdır. Çünki, verilən iddia ərizəsi MPM-nin 149-150-ci maddələrinə uyğun tərtib edilməmiş, məhkəməyə işin halları barədə sübutlar, o cümlədən, tərəflərin yaşayış yeri barədə arayışları da məhkəməyə təqdim etməmişdir. Məhkəmə artıq hazırlıq iclasını təyin etdiyindən iddianın baxılmamış saxlanma əsalarının olub-olmamasını yoxlamalıdır. Məhkəmə tərəfindən bu prosessual məsələyə diqqətlə yanaşılmalıdır ki, bu iddiaçı tək onun üçün deyil, bütün cəmiyyət üçün potensial təhlükədir. Heç bir dövlət tərəfindən tanınan və qorunan hüququ olmayan şəxs onlara qarşı əsassız bir iddia qaldırmaqla özünə əsassız bir hüquq qazandırmağa çalışır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini və digər cavabdehlərin verdikləri izahatın onun izahatı kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Elektron notariat” AİS vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, dövlət mülkiyyətində olmaqla istifadə hüququ əsasında verilmiş sahəsi 0,0173 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 18a ünvanında tikilmiş sahəsi 144,65 kv.m olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli). - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır (Qeydiyyatda olan digər şəxslər Cavabdeh3 və Cavabdeh2dır). - Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2- 263/2003 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə Cavabdeh3 uşaqları 1986-cı il təvəllüdlü Azər və 1994-cü il təvəllüdlü Rəhimə ilə birlikdə Bakı şəhəri Şüvəlan qəsəbəsi Sabir küçəsi 21 saylı evə yaşayış hüquqlarının tanınması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK-4575/03 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-263/2003 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(003)-1113/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə İddiaçının Xəzər rayonu Mərdəkan qəsəbəsi Z.Zulkaldayev küçəsi 4 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi torpaq sahəsi və onun üzərində yerləşən əlavə tikilidən istifadəsinə cavabdehlər tərəfindən maneə yaradıldığını bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmiş, həmin halı sübut edə bilməmişdir. Əksinə, iş materiallarından müəyyən edilir ki, cavabdehlər torpaq sahəsində yerləşən evin bir otağına deyil, bütövlükdə evdə yaşamaq hüququ əldə etmişlər. Cavabdehlərin yaşamaq hüququ əldə etdikləri evlə mübahisə predmeti olan boş sahədə tikilmiş tikili arasında xeyli məsafə vardır və cavabdehlərin həmin tikiliyə heç bir maneə yaratmadığı müəyyən edilmişdir. Ümumiyyətlə iddiaçı həmin sahədə qarajın mövcudluğunu təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3061/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3061/2024
03.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver