Məhkəmə qərarları › İş №2(003)-308/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-308/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-308/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT Qapalı Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" BOKT Qapalı Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT Qapalı Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1380.26 (bir min üç yüz səksən manat iyirmi altı qəpik) manat əsas borc, 484.41 (dörd yüz səksən dörd manat qırx bir qəpik) manat faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində 322.30 (üç yüz iyirmi iki manat otuz qəpik) manat cərimə borcu, ümumilikdə 2186.97 (iki min yüz səksən altı manat doxsan yeddi qəpik) manat ümumi borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 1680 (bir min altı yüz səksən manat) manat məbləğində kredit verilmişdir. Borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirməmişdir. Borclunun 17 iyun 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə görə 08.09.2020-ci il tarixə əsas borcu 1380.26 (bir min üç yüz səksən manat iyirmi altı qəpik) manat, faiz borcu 484.41 (dörd yüz səksən dörd manat qırx bir qəpik) manat və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 322.30 (üç yüz iyirmi iki manat otuz qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə ümumi borc 2186.97 (iki min yüz səksən altı manat doxsan yeddi qəpik) manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 17.06.2019-cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" ASC arasında 12 ay müddətinə 1680 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 1680 manat Cavabdeh ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 08.09.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 17.06.2019-cu il tarixli müqaviləyə əsasən olan "xxxx" ASC-yə 1380,26 manat əsas, 806,71 manat faiz borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 1380,26 manat əsas, 484,41 manat faiz borcu tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki,17.06.2019-cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə 1380,26 manat əsas borca münasibətdə cavabdehdən 322,30 manat dəbbə (cərimə) pulu borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği 17.06.2019cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə 32 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC ilə X2 arasında bağlanmış 17.06.2019-cu il tarixli, 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 1380,26 manat məbləğində əsas, 484,41 manat faiz borcu, 32 manat məbləğində cərimə borcu iddiaçı "xxxx" BOKT Qapalı Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdeh tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1380,26 manat məbləğində əsas, 484,41 manat faiz borcu, 32 manat məbləğində cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1926,67 (bir min doqquz yüz iyirmi altı manat 67 qəpik) manat məbləğində pul iddiaçı "xxxx" BOKT Qapalı Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar