Məhkəmə qərarları › İş №2(003)-3084/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3084/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3084/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli 130416-CNS-7981/2 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 13883,69 manat məbləğində əsas borc, 63,03 manat məbləğində faiz borcu, ümumilikdə isə 13946,72 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə 08.07.2019-cu il tarixli 130416-CNS-7981/2 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5928,04 manat məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 08.01.2021-ci il tarixindən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 13883,69 manat məbləğində əsas borc, 63,03 manat məbləğində faiz borcu, ümumilikdə isə 13946,72 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmidir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08.07.2019-cu il tarixli 130416-CNS-7981/2 saylı nağd pul krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında illik 1% ödəmək şərti ilə, 60 ay müddətinə olmaqla 15466 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, 02.06.2021-ci il tarixə Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə 01.08.2019-cu il tarixli nağd pul krediti müqaviləsi üzrə 13883,69 manat məbləğində əsas borcu, 63,03 manat məbləğində faiz borcu olmaqla cəmi 13946,72 manat borcu mövcuddur. İş materiallarında olan pretenziyanın surətindən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 08.07.2019-cu il tarixli 130416-CNS-7981/2 saylı kredit müqaviləsi üzrə 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 13883,69 manat məbləğində əsas borc, 63,03 manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 08.07.2019-cu il tarixli 130416-CNS-7981/2 nömrəli “Nağd pul krediti müqaviləsi” üzrə 02.06.2021-ci il tarixinə Banka borclu olduğu 13883,69 manat məbləğində əsas borc, 63,03 manat məbləğində faiz borcu və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 13977,12 (on üç min doqquz yüz yetmiş yeddi manat 12 qəpik) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar