Məhkəmə qərarları › İş №2(003)-31/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-31/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-31/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə icraata Cavabdeh4 münasibətdə xitam verilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı QSC ərizə ilə məhkəmə müraciət edərək bildirmişdir ki, bank tərəfindən cavabdehlərə kredit borcundan müəyyən güzəştlər təklif edilmiş və cavabdehlə həmin güzəştlərdən istifadə edərək banka olan kredit borcunu ödəmişlər. Hazırda onların banka xx.xx.2014-cü il tarixli 04R000012325 saylı kredit razılaşması üzrə borcu mövcud deyildir. Odur ki, iddiadan imtina edirlər və imtinanın nəticələri onlara aydındır. Odur ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(003)-31/2023 nömrəli mülki iş üzrə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası barədə ərizəsi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa, işdən görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında təyin olunmuş məhkəmə ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4078 saylı rəyi üzrə ekspertiza xərci 100,0 manat, xx.xx.2021-ci il tarixli qərardadı əsasında təyin olunmuş məhkəmə ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3120 saylı rəyi üzrə 100,0 manat təşkil edir. Həmçinin, “X2” MMC tərəfindən keçirilmiş ekspetizalar üzrə təqdim edilmiş fakturalardan görünür ki, ipoteka ilə yüklü edilmiş 2 əmlakın və 1 avtomobilin qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqının məbləği hər əmlak üzrə 300 manat olmaqla cəmi 900,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci 122.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə hesab edir ki, qanunvericiliklə iddiaçı iddiadan imtina etdikdə digər məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi qaydası konkret olaraq göstərilməsə də, hazırkı vəziyyətdə iddia verildikdən sonra iddia tələbinin cavabdehlər tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etmədiyindən, ekspertiza üzrə çəkilmiş məhkəmə xərcləri qismində 200,0 manat cavabdehlərdən müştərək qaydada tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Həmçinin, ekspertiza üzrə çəkilmiş məhkəmə xərcləri qismində 900,0 manat cavabdehlərdən müştərək qaydada tutularaq, "xxxx" ASC-nin Elmlər filialı, kod 511265, VÖEN **********, Müxbir hesab AZ11NABZ********************, H/h AZ73AZEN********************, “X2” MMC VÖEN ********** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 200,0 manat pul vəsaiti müştərək qaydada tutularaq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına, həmçinin, qiymətləndirmə ekspertizası üzrə çəkilmiş məhkəmə xərcləri qismində 900,0 manat onlardan müştərək qaydada tutularaq, "xxxx" ASC-nin Elmlər filialı, kod 511265, VÖEN **********, Müxbir hesab AZ11NABZ********************, H/h AZ73AZEN********************, “X2” MMC VÖEN ********** hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar