Məhkəmə qərarları › İş №2(003)-3113/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3113/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3113/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC cavabdeh Bəşirov İlqar Əli oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Bəşirov İlqar Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bəşirov İlqar Əli oğlu ilə bağlanmış 25.12.2019-cu il tarixli 7078rstBANK/19 saylı müqavilə üzrə 2994,23 manat məbləğində əsas, 40,99 manat faiz borcu olmaqla cəmi 3035,22 manat borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Bəşirov İlqar Əli oğlundan tutularaq, "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan 05.08.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı "xxxx" KB ASC ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bəşirov İlqar Əli oğluna qarşı cavabdeh Bəşirov İlqar Əli oğlu ilə bağlanmış 25.12.2019-cu il tarixli 7078rstBANK/19 saylı müqavilə üzrə 2994,23 manat məbləğində əsas, 40,99 manat faiz borcu, borcu olmaqla cəmi 3035,22 manat borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Bəşirov İlqar Əli oğlundan tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar