Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3122/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İByə 897,80 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 927,80 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində sürücü Cavabdeh ünvan 1 ünvanında idarə etdiyi VAZ-2121 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmişdir. Qəza nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan SAP ******* nömrəli QSQO tipli qaz tənzimləyicisi yararsız vəziyyətə düşmüş, qaz tənzimləyicinin atıcı-bağlayıcı klapanı qırılmış, 15 dəqiqə müddət ərzində təbii qaz havaya axmış, nəticədə cavabdeh tərəfindən İddiaçı İB-yə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD əməkdaşı tərəfindən X1 Xidmətinə xəbər verilmiş, Xəzər Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmiş və DİN-in 102 xidmətinə məlumat verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD rəisi tərəfindən əlavə olaraq Bakı şəhəri Xəzər RPİ-yə məktublar göndərilmiş, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə 897,80 manat məbləğində maddi zərərin (11,95 manat itirilmiş təbii qazın dəyəri və 885,85 manat qaz xəttinin təmir-bərpa xərci) dəymiş olduğuna dair geniş məlumat verilmişdir. Verilmiş məlumatla bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tədbiq edilməsi barədə TP ******* nömrəli Qərar qəbul edilmiş və qərarın surəti məlumat üçün SOCAR İddiaçı İB-nın BRQİDyə göndərilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə əlavə olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən yol-nəqliyyat haqqında arayış (Forma-4) xx.xx.2022-ci il tarixdə 055-16051-1222 saylı çıxış məktubu ilə Xəzər RPİ-dən "Paşa Sığorta” ASC-yə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh Allahverdi oğlu xx.xx.2022-ci il tarixdə saat 23:20-də Binə qəsəbəsində Vaz 2121 markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bununla da İXM 327.2-ci maddasində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialarında olan yol nəqliyyat hadisəsi zamanı və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində sürücü Cavabdeh ünvan 1 ünvanında idarə etdiyi VAZ-2121 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmişdir. Qəza nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan SAP ******* nömrəli QSQO tipli qaz tənzimləyicisi yararsız vəziyyətə düşmüş, qaz tənzimləyicinin atıcıbağlayıcı klapanı qırılmışdır. İş materiallarında olan qiymət cədvəlindən görünür ki, törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə 897,80 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respubliasının Mülki Məcəlləinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı İB-yə 791,50 manat məbləğində ödənilməmiş təbii qaz sərfiyyat borcun, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə son məbləğin 927,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 897,80 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 927,80 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3122/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3122/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver