Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3153/2021 31.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 4700 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 iyul 2018-ci il tarixində, saat 12:00 radələrində Bakı şəhərində, Nərimanov rayonu, Z.Bünyadov prospektində idarə etdiyi '‘Volkswagen Tiguan-minik’' markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissasindən İddiaçı oğlnun idarə etdiyi "Toyota Prado-minik” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilinin öz hissəsinin çırpılması nəticəsində, avtomobil ondan qabaqda olan avtomobilə də çırpılaraq ön və arxa hissəsindən xeyli xəsarət almışlar. Hadisə baş verən vaxtından az sonra hadisə yerinə, polis əməkdaşları və təcili tibbi yardım heyyəti gəlmişdir. Hadisə nəticəsində, avtomobilə ümumilikdə 13.033 manat ziyan dəymişdir. Bunlarda 9.820 manatı avtomobilin dəmirçi, rəngsaz və digər vizual görünən detallarının təmirinə xərclənmiş, qalan 3.213 manatisə avtomobilin motor və gedişi üçün lazım olan detallarının təmirinə xərclənmişdir. 9.820 manat pul vəsaiti elə ilkin qiymətləndirilmədəki qüsur aktında üzə çıxmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-666/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 2.457 manat və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 2.477 manatın cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh ödənilməsi, tədqiqatının dəyəri 120 manat cavabdeh İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən tərəfindən apelyasiya şikayəti verərək, qətnamənin iddiaçı Cavabdeh iddia tələbinin qismən təmin olunması (vurulmuş maddi zərərin əvəzi kimi 2.457 manat və 20 manat dövlət rüsumu olmaqla, cəmi 2.477 manatın cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh ödənilməsi) hissəsində ləğv edilməsi və iddiaçı Cavabdeh iddia tələblərin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2019-cu il tarixli, 2(103)-11953/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayət təmin edilməyərək, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-666/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı olunun apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. Sözügedə mübahisə bitdikdən sonra o, Cavabdeh müraciət edərək onun da bu məsələdə zərərə düşdüyümü bildirərək, ziyanının ödənilməsini tələb etsə də, o, zərəri ödəməkdən imtina etmişdir. Belə ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən cavabdeh olaraq üzərinə götürdüyü bütün öhdəlikləri ciddi şəkildə pozmuş və əsassız və qanunsuz olaraq məhkəmədə ona qarşı iddia qaldırılmışdır. Cavabdeh ərizəsində yol-naqliyyat hissəsinin 07 iyul 2018-ci il tarixdə baş verməsini düzgün göstərmiş, lakin ondan şikayət etməməsinə dair xahiş etməyi yalnışdır. Həmin tarixdə hadisədən sonra ailə üzvlərini yola salıb, saat 15:30 radələrində onlar Polis İdarəsinə gedərkən Samir şəxsən ondan xahiş etdi ki, onun avtomobilini tez təmir etdirsin. İş üzrə iddiaçı iddiasında əks etmişdir ki, qəza törənən vaxtı onun avtomobilində sərnişin olan azyaşlı uşaqları 12 yaşlı Tağıyev Kamran və 9 yaşlı Tağıyeva Fidan bədən xəsarətləri almışlar. Halbu ki, avtomobil qəzası zamanı heç kim xəsarət almamışdır. Cavabdeh idarə etdiyi buraxılış ili 2012-ci il olan “Volkswagen Tiguan” markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin zədələnmiş hissələrinin təmir-bərpası üçün xırda xərclər nəzərə alınmadan onun tərəfindən 6.221 manat məbləğində pul vəsait xərclənmişdir. Qeyd olunan məbləğin 4.536 manatlı ehtiyat hissələrinə (Samirin tələbi ilə alınmış və onun tərəfindən bəyənilmiş), 700 manat qonşu ölkələrdən gətirilmiş avtomobil hissələrinə (rüsum və çatdırma), 586 manatlı servisdə nəzərə alınmayan ehtiyat hissələrinin dəyəri və ödənilmiş 400 manat cəmi 6.221 manat. Razılaşmaları belə olmuşdur ki, onun avtomobilini təmir etdirsin, sonda sığorta pulu ona verilsin. Ancaq Samir razilaşmaya əsasən nəinki üzərinə götürüldüyü öhdəliyi yerinə yetirmədiyi və sığortadan aldığı məbləği ona vermədiyi halda hətta ondan əsassız olaraq pul tələb edir. Əksinə iş üzrə Cavabdeh ona 4.700 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, avto-qəza hadisəsindən sonra onunla cavabdeh arasında razılıq olmuşdur ki, cavabdehin avtomobilin bütün təmiri ilə bağlı xərcləri o özü çəkəcək, sığorta ödənişi ilə bağlı verilən pulu isə cavabdeh ona verəcəkdir. Bundan sonra cavabdehə məxsus avtomobil təmir üçün servisə verilmişdir. O, avtomoilin təmirinə başlanılması üçün ilkin olaraq servisə 400 manat məbləğində pul beh kimi vermişdir. Daha sonra avtomobilin təmiri üçün müxtəlif avtoehtiyyat hissələri almışdır. Avtomobilin təmiri vaxtı cavabdehə 4200 manat məbləğində sığorta ödənişi olmuş, o da cavabdehi yoxlamaq üçün, ondan həmin puldan 50 manat istəmiş, cavabdeh isə pul verməkdən imtina etmişdir. Bundan sonra o, avtomobilin üzərinə yerləşdirilməmiş 4 ədəd avtoehtiyyat hissələrini avtoservisdən götürmüşdür. Həmin detalların götürməsinin səbəbi isə cavabdehlə aralarında olan razılaşmanın dayandırılması və həmin razılaşmanın yenidən müzakirə etmələrinin istəməsi olmuşdur. Bundan sonra cavabdeh onunla hər hansı bir danışıqlar aparmaqdan imtina etmiş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Onun tərəfindən alınmış və avtomobilin üzərinə quraşdırılmış detalların ümumilikdə qiyməti 1700 manat olmuş, bütün detalların sifarişi ilə bağlı onun tərəfindən əlavə 700 manat xərc çəkilmişdir. Hazırda tərəfindən götürülmüş 4 ədəd detal onda qalmaqla, cavabdeh tərəfindən ona ziyan dəymişdir. Ona dəymiş 4700 manat məbləğində zərərin bir hissəsinin cavabdehə məxsus avtomobilin təmiri ilə bağlı çəkilmiş xərclərdən, digər hissəsinin isə cavabdehə məxsus avtomobilin təmiri ilə bağlı onun tərəfindən alınmış və cavabdehin təqsiri nəticəsində onda qalmış 4 ədəd detalların dəyərindən ibarətdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, onun avtomobilinə iddiaçının təqsiri nəticəsində 13000 manat məbləğində ziyan dəymişdir. Avtomobil təmir üçün avtoservisə təhvil verilmiş və avtomobilin təmiri üçün iddiaçı tərəfindən müəyyən detallar alınmışdır. Avtomobilin təmir işləri görüldüyü vaxtı artıq sığorta pulu verilmişdir. Bu vaxt iddiaçı onunla əlaqə saxlayaraq ondan verilmiş sığorta pulunu istəmişdir. O da pulu verməkdən imtina etmişdir. Belə ki, iddiaçı ilə onun arasında razılaşma olmuşdur ki, onun avtomobili iddiaçı tərəfindən tam təmir olunub ona qaytarıldıqdan sonra avtomobilə dəymiş ziyanla bağlı sığorta şirkəti tərəfindən verilən pulu iddiaçıya verəcək. Bundan sonra iddiaçı könüllü olaraq tərəfindən alınmış detalları servisdən götürmüş və avtomobili təmir etdirməkdən imtina etmişdir. Ona görə də avtomobilinin təmiri ilə özü məşğul olmuş və iddiaçıya qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.04.2019-cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək cavabdehdən 2457 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 11.10.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən ki, iddia tələbini əsassız hesab etməklə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı iddia ərizəsində deyir ki, güya Cavabdeh 07 iyul 2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsini düzgün göstərməmişdir. Bu fikir ümumiyyətlə absurdur, yol-nəqliyyat hadisəsinin, qəzanın baş verdiyi vaxt, həmin yerə polis əməkdaşları gəlmişdir və hadisəni hal şahidlərinin, avtomobillərin qəza vəziyyətində olması vəziyyətini və müşahidə kameraları vasitəsilə müəyyən etmişlər. İddiaçı iddia ərizəsində deyir ki, güya Cavabdeh ondan şikayət etməməsi deməsi yalnışdır. Halbuki, qəza törənən vaxtı Samirin avtomobilində sərnişin olan azyaşlı uşaqları 12 yaşlı X4 və 9 yaşlı X5 bədən xəsarətləri almışlar. Hadisə baş verən vaxtdan az sonra hadisə yerinə, polis əməkdaşları və təcili tibbi yardım heyyəti gəlmişdir. Avtomobili arxadan vuraraq qəza törətmiş sürücü İddiaçı, avtomobili vurulan, Cavabdeh, xahiş etmişdi ki, uşaqların xəsarət almasını izahatında qeyd etməsin, onun işini dahada çətinləşdirməsin, əvəzində isə Fərid, Samirin avtomobilinə dəymiş bütün xərcləri ödəyəcəkdir. Samir də onun xahişini nəzərə alaraq, avtomobildə sərnişin olan uşaqlarının xəsarət almasını izahatında qeyd etməmişdir. İddiaçı, hazırki iddia ərizəsində bir neçə dəfə Samirlə razılaşmadan bəhs edir. Lakin hansı razılaşmadan söhbətin getdiyini izah etmir. Üstəlik, avtomobili vurulmuş bir şəxsin, onun avtomobilini vurmuş və onun avtomobilində ki, övladlarına zərər yetirən bir şəxsə necə bir razılaşması ola bilər ki, hələ ona 4700 manat borclu qalsın. Bu müəmmalı məqamın sirri, nə İddiaçı 2 il öncə verdiyi apellyasiya şikayətində açılmışdır, nədə ki, indi iddia ərizəsində işıqlandırılmamışdır. Hadisə nəticəsində, avtomobilə ümumilikdə 13.033 manat ziyan dəymişdi. Bunlardan 9.820 manatı avtomobilin dəmirçi, rəngsaz və digər vizual görünən detallarının təmirinə xərclənmiş, qalan 3.213 manat isə avtomobilin motor və gedişi üçün lazım olan detallarının təmirinə xərclənmişdir. 9.820 manat pul vəsaiti elə ilkin qiymətləndirilmədəki qüsür aktında üzə çıxmışdır. 3213 manat xərc isə avtomobilin sonrakı texniki yoxlaması vaxtı aşkara çıxmışdır. Qeyd olunan 9.820 manat məbləğin 4.200 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmiş, 1.700 manat İddiaçı tərəfındən nağd ödənilmiş, 600 manat dəyərində İddiaçı ehtiyyat hissəsi almış,qalan məbləği isə ödəməkdən imtina etmişdir. Sözügedən hadisə ilə bağlı, “RealMotorsLTD” şirkətinin 10 iyul 2018-ci il tarixli qüsür aktına əsasən “Volkswagen Tiguan” markalı **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği cəmi 9. 820 manat müəyyən olunmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfındəntəqdim olunan "Təmir Kartına” əsasən isə avtomobilə 07 iyul 2018-ci il tarixində baş vermiş qəzanəticəsində 3.213 manat ziyan dəymişdi. Cavabdehlə mübahisənin məhkəməyə qədər şifahi qaydada məlumat verilib, hətta əlavə olaraq polisə də şikayət olunub. Lakin, cavabdeh qeyd olunan zərər məbləğinin miqdarı ilə razılaşmadığını bildirmişdir. Beləliklə, cavabdeh İddiaçı 07 iyul 2018- ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş vermiş qəza nəicəsində Cavabdeh vurmuş ümumi zərər 13.033 manat təşkil edir. Bu məbləğdən 4.200 manatını sığorta şirkəti tərəfindən ödənilmiş, 1.700 manat İddiaçı tərəfindən nağd ödənilmiş, 600 manat dəyərində İddiaçı ehtiyyat hissəsi almış, qalan məbləği isə ödəməkdən imtina etmişdir. Beləliklə də, cavabdeh İddiaçı qəza nəticəsində vurduğu zərərə görə yaranmış borcun məbləği 6.533 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-666/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərin əvəzi kimi 2.457 manat və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 2.477 manatın cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 manat cavabdeh İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən Apellyasiya şikayəti vermiş və Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi onun xəbəri və iştirakı olmadan keçirilmişdir. Halbu ki, Məhkəmə onu bütün qanuni vasitələrlə xəbərdar etmiş, eləcədə o, bu onun barəsində şikayət olduğunu, hələ Polis Şöbəsinə dəvət etdiyi zaman, belə bir qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Eləcədə, İddiaçı, Apellyasiya şikayətində qeyd etmişdir ki, tərəfindən, iddianın əsassız və qanunsuz olmasını təsdiq edən sənədlər və sübutlar məhkəmə materiallarına əlavə edilməmişdir ona görə ki, iştirakı təmin olunmadığından iddianın tam rədd edilməsini təmin edə biləcək mötəbər sübutların məhkəməyə təqdim etmək hüququndan əsassız olaraq məhrum edilmişdir. Bu da hakimin qərar qəbul edərkən düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Eləcədə qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə arasında olan razılaşmaya əsasən cavabdeh olaraq üzərinə götürdüyü bütün öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam, vaxtında və layiqincə yerinə yetirmiş, lakin mülki iş üzrə iddiaçı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri ciddi şəkildə pozmuş və əsassız və qanunsuz olaraq məhkəmədə ona qarşı iddia qaldırmışdır. İddiaçı özünün Apellyasiya şikayətində də qeyd edirdi ki, güya iddiaçı Cavabdeh ərizəsində yol-nəqliyyat hadisəsinin 07 iyul 2018-ci il tarixdə baş verməsini düzgün göstərmişdir və güya Fəridin Samirdən şikayət etməməsinə dair xahiş etməyi yanlışdır. Fərid Xəzər rayonuna verdiyi iddia ərizəsində göstərdiyi bütün halları Apellyasiya şikayəti verən zamanda göstərmişdir. Eyni qayda da güya Samir həmin tarixdə hadisədən sonra ailə üzvlərini yola salıb, saat 15:30 radələrində Fəridlə bir yerdə Polis İdarəsinə gedərkən, Samir Fəriddən xahiş etmişdir ki, onun avtomobilini tez təmir etdirsin. Hətta güya soruşmuşdur ki, onun pulu varmı, çünki sığorta pulu həm gec verilir, həm də məbləğ təmirə kifayət etmir. İndi ki, iddia ərizəsində qeyd etdiyi kimi güya avtomobil qəzası zamanı heç kim xəsarət almayıb. İddiaçı sözlərinə görə, güya onunla Samir arasında razılaşmaları olmuşdur ki, Fərid, Samirin avtomobilini təmir etdirir, sonda sığorta pulu Fəridə verilir. Ona görə də Apellyasiya şikayətində, şikayət edirdi ki, Samir razilaşmaya əsasən nəinki üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və sığortadan aldığı məbləği ona vermədiyi halda hətta ondan əsassız olaraq pul tələb edir. Əksinə güya Samirin Fəridə 4.700 manat borcu var. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi qənaətini dəyərləndirmiş, Fəridin gətirdiyi dəlillərdə lazıcan nəzərdən keçirmişdir. Belə ki, Fərid etibarnamə əsasında idarə etdiyi “Toyota Prado minik” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 07 iyul 2018-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində hərəkətdə olan “Volkswagen Tiguan-minik” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini arxa hissədən vurmaqla sonuncu ilə toqquşmuşdur. Nəticədə, Cavabdeh idarə etdiyi “Volkswagen Tiguan-minik” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla əlaqədar İXP seriyalı, ******* nömrəli 07 iyul 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Cavabdeh İddiaçı təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) iddiaçı Cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Cavabdeh yol- nəqliyyat hadisəsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzi İddiaçı tərəfindən ödənilməlidir. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləği ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli həmin rəylə müəyyən edilmiş 8.957 manat vəsaitdən araşdırma zamanı müəyyən edilmiş və iddiaçı şəxsin özünün də müvafiq iddia ərizəsində qeyd etdiyi-sığorta şirkəti tərəfindən ödənilmiş 4.200 manat, cavabdeh İddiaçı tərəfindən nağd ödənilmiş 1.700 manat və 600 manat dəyərində aldığı ehtiyyat hissəsinin məbləği çıxıldıqdan sonra qalan 2.457 (8.957-4.200- 1.700-600=2.457) manat müəyyən edilərək, iddiaçı Cavabdeh maddi zərər tələbinə dair iddiası qismən - müəyyən edilmiş 2.457 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində - təmin edilmişdir. İddiaçı bu məhkəmədəki iddiasında gətirdiyi dəlilləri eyni qayda da Apellyasiya instansiyası məhkəməsində də demişdir. O vaxt məhkəmə onun dəlillərini qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. Bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki. belə bir sübutlar da onun tərəfindən təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi telefon danışıqları və “WhatsApp” yazışmaları da onun iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları bilavasitə təsdiq etmir. Belə ki. cavabdehin avtomobilin zədələnmiş hissələrinin təmir-bərpası üçün 6.221 manat vəsait xərcləməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. Lakin cavabdehin təmir üçün məhz həmin məbləği xərcləməsi açıq-aşkar təsdiq olunmur. Əksinə cavabdehin iddiaçıya məxsus avtomobilə maddi ziyan vurması və cavabdehin hansı həcmdə təmirlə əlaqədar iştirak etməsi işdə olan mötəbər sübutlarla, o cümlədən ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin qeyd olunan rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11953/2019 saylı qərarına əsasən görünür ki, İddiaçı dediklərində hüquqi və ya praktiki əsas yoxdur. Hazırda sözügedən hadisə ilə bağlı məhkəmə qərarları qüvvədədir, iş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 2(005)666/2019-008 saylı məhkəmə aktının nömrəsi ilə icraatındadır. Görüldüyü kimi İddiaçı sadəcə məhkəmə qərarı üzrə öhdəliklərindən məsuliyyətindən yayınmaq üçün Xəzər Rayon Məhkəməsinə, artıq 11.10.2019 tarixində Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında araşdırmış və qərar qəbul etdiyi eyni məsələyə dair yenidən iddia verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.04.2019-cu il tarixli 2(005)-666/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən ödənilməsinə dair iddia tələbi qismən təmin edilməklə İddiaçı 2457 manat vurulmuş maddi zərərin əvəzi kimi 2457 manat və 20 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2483 nömrəli 04.03.2019-cu il tarixli rəyinə əsasən cavabdehə məxsus avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.957 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, Cavabdeh əmlakına vurulmuş maddi ziyanın məbləğini ekspert rəyində müəyyən edilmiş məbləği əsas götürməklə, sığorta şirkəti tərəfindən ödənilmiş 4200 manat, İddiaçı tərəfindən nağd ödənilmiş 1700 manat və 600 manat dəyərində aldığı ehtiyyat hissəsinin məbləği çıxıldıqdan sonra qalan 2457 (8957-4200-1700-600= 2457) manat müəyyən etməklə həmin məbləğin İddiaçı tutularaq Cavabdeh ödənilməsi nəticəsinə gəlmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 11.10.2019-cu il tarixli 2(103)- 11953/2019 saylı qətnaməsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 04.04.2019-cu il tarixli 2(005)-666/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əvvəllər iş üzrə iddiaçının təqsiri nəticəsində cavabdehin avtomobilinə 8957 manat məbləğində ziyan dəymiş, 4200 manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən nağd şəkildə ödənilmiş 1700 manat məbləğində pul və tərəfindən 600 manat dəyərində alınmış ehtiyyat hissəsinin məbləği çıxılmaqla qalan 2457 manat məbləğində pulun (dəymiş zərərin əvəzi kimi) hazırki iş üzrə iddiaçıdan alınaraq cavabdehə verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcüddur. İddia tələbinin mahiyyəti isə ondan ibarətdir ki, yuxarıda qeyd olunan fakta baxmayaraq, iş üzrə Cavabdeh tərəfindən avtomobilin təmiri ilə bağlı çəkilmiş xərclər və alınmış, lakin avtomobilin təmiri üçün sərf olunmamış 4 ədəd detalların dəyəri nəzərə alınmaqla iddiaçıya ümumilikdə 4700 manat məbləğində zərər dəymişdir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 4700 manat məbləğində zərərin vurulmasını iddia etsə də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və onun qarşısında cavabdehin məsuliyyəti müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş üzrə iddiaçı, ona dəymiş 4700 manat məbləğində zərərin bir hissəsinin cavabdehə məxsus avtomobilin təmiri ilə bağlı çəkilmiş xərclərdən, digər hissəsinin isə cavabdehə məxsus avtomobilin təmiri ilə bağlı onun tərəfindən alınmış və cavabdehin təqsiri nəticəsində onda qalmış 4 ədəd detalların dəyərindən ibarət olmasını əsaslandırsa da, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin təqsiri nəticəsində onun tərəfindən alınmış cavabdehə məxsus avtomobilin təmiri ilə bağlı 4 ədəd detalların onda qalması ilə bağlı iddiaçıya ziyanın dəyməsini məhkəmə əsassız hesab edərək qeyd edir ki, həmin detallar cavabdeh tərəfindən ona qaytarılmamış, özünün də məhkəmə iclasında bildirdiyi kimi tərəfindən könüllü olaraq avtoservisdən götürüldüyü müəyyən edilmişdir. Bundan sonra da, cavabdeh həmin detalları özü əldə edərək avtomobilini təmir etdirmişdir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3153/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3153/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver