Məhkəmə qərarları › İş №2(003)-318/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-318/2023

13.03.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-318/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs-ni maraqlı şəxs qismində cəlb etdiyi) xəbərsiz itkin düşməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs) məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1977-ci il tarixdə doğulmuş əri X7 xəbərsiz itkin düşməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 ilə xx.xx.2004-cü il tarixdə qanuni nikaha daxil olub ailə qurmuşdur. Həmin nikahdan * övladı vardır. X21 2* iyul 2018-ci il tarixdə vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Dispanserinə yerləşdirilmiş, 25 iyul 2018-ci il tarixdə həmin müəssisəni xəbərsiz tərk etmişdir. İndiyədək harada olması barədə məlumat yoxdur. Maraqlı şəxs-yə onun itməsi barədə məlumat versələr də indiyədək onun yerini müəyyən etmək mümkün olmamışdır. Ona görə də onun əri X7 xəbərsiz itkin düşməsi barədə ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi üzrə izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs-nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X11 izahatında bildirdi ki, o, ərizəçinin qaynıdır. X10 onun doğma qardaşıdır, vərəm xəstəsidir, xəstəxanada yoxa çıxıb. Qardaşının yoxa çıxması barədə 2018-ci ildə polisə məlumat vermişlər, lakin bir nəticə əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilən X* izahatında bildirdi ki, o, ərizəçinin qaynanasıdır. Aydın onun oğludur. O, vərəm xəstəliyindən əziyyət çəkirdi və xəstəxanada yoxa çıxdı. Aydın siqaret almaq adı ilə xəstəxanadan çıxmış və bir daha qayıtmamışdır. Gəlini hazırda * uşağa baxır və çox əziyyət çəkir. Oğlu bu vaxta qədər sağ olsa idi, gələrdi. Oğlu 2018-ci ildən yoxdur. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında bildirdi ki, o, ərizəçinin baldızıdır. X10 onun doğma qardaşıdır, vərəm xəstəsidir, xəstəxanada yoxa çıxıb. Qardaşı qaynatası ilə mübahisə etmişdir, lakin bu səbəbdən yoxa çıxması mümkün deyildir. Qardaşı indiyə qədər sağ olsa idi, gələrdi. Onun qardaşı barəsində polisdə də axtarış verilmişdir, lakin heç bir nəticə əldə olunmamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktubların sürətindən görünür ki, 1977-ci il təvəllüdlü X7 müalicə aldığı Buzovna qəsəbəsində yerləşən Vərəm Dispanserindən xəbərsiz çıxıb gedərək geri qayıtmayaraq itkin düşməsi ilə əlaqədar olaraq Maraqlı şəxs-si itkin düşmüş şəxs kimi tərəfindən axtarışa elan edilmişdir. X7 yerini müəyyən etmək məqsədi ilə tərəfimizdən müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunun sürətindən görünür ki, X7 2018-ci ilin avqust ayından müalicə aldığı Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 7 saylı X2 getməsi və bir daha gəri qayıtmaması ilə əlaqədar müraciətə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində baxılmışdır. Araşdırma zamanı X7 “təqsirləndirilən şəxs qismində axtarışa elan olunmasına dair” Xəzər rayon məhkəməsinin qərarına əsasən xx.xx.2018-ci il tarixdən axtarışda olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktubunun sürətindən görünür ki, Ərizəçi hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olan müraciəti baxılması və qanuni qərar qəbul edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 10/100 No-li əmrinin 50.5-ci bəndinin tələblərinə əsasən müraciət müəllifinin qəbul edilməsi, müraciətdə göstərilən xüsusatların tam, obyektiv və ətraflı araşdırılması, qanuna müvafiq tədbir görülməsini təmin edib nəficəsi barədə xx.xx.2018-ci il tarxədək Bakı şəhər prokurorluğuna arayış göndərilməsi və müraciət müəllifinə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktubunun sürətindən görünür ki, X7 25 iyul 2018-ci il tarixdə itkin düşməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciəti Maraqlı şəxs-nin 1-ci polis şöbəsində olan axtarış işinə əlavə edilərək, sonuncunun axtarışı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi üçün Maraqlı şəxs-nin 1-ci PŞ-nə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunun sürətindən görünür ki, X7 2018-ci ilin iyul ayından müalicə aldığı Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 7 saylı X6 getməsi və bir daha geri qayıtmaması ilə alaqadar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlanmış müraciətə Ərizəçi iştirakı ilə Bakı şəhər Baş Polis idarəsinin Cinayət Axtarış İdarəsində baxılmışdır. Araşdırma zamanı X7 Xəzər Rayon Məhkəməsinin təqsirləndirilən şəxs qismində axtarışa elan olunmasına dair” qərarına əsasən xx.xx.2018-ci il tarixdən axtarışda olması müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aidə Sahib qızı ilə xx.xx.2004-cü il tarixdə Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 795 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İmanov, arvada İmanova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, *1.07.2008-ci il təvəllüdlü İmanova Aylinin, xx.xx.2010-cu il təvəllüdlü İmanova Ayşənin və 1*.05.2007-ci il təvəllüdlü İmanova Lalənin atası İmanov Aydın oğlu, anası Ərizəçidir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 "Bakı Baş Səhiyyə Mərkəzi” X20 7 X14 Dispanser tərəfindən məhkəməyə sorğu əsasında ünvanlanmış 06.01.202*-cü il tarixli 02 saylı məktubundan görünür ki, 1977-ci il təvəllüdlü,Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi döngə 6,ev 4-də yaşayan xəstə X10 2*.07.2018-ci il tarixdə 18 saylı TTYŞ-nın müşahidəsi ilə saat 17:00 radələrində 7 saylı VƏD-ə müraciət etmişdir. “Sağ ağ ciyərin infiltirativ vərəmi, BK (- )mənfi,alkoqol psixozu” ilə stasionar müalicəyə cəlb edilmişdir. Xəstə aparılan tibbi yardımlara və köməkliyə baxmayaraq xx.xx.2018-ei İl tanxda saat 07 *0 radələrində yataqdan qalxmış, kiçik tibb işçisindən su istəmiş və “bayıra çıxım, hava istidir” demişdir. Sonra keçid məntəqəsinə gəlmiş və nəzarətçiyə "siqaret almaq istəyirəm” sözlərini demiş və xəstəxananın giriş qapısından çıxaraq bir daha geri qayıtmamışdır Beləliklə, xəstə özbaşına xəstəxananı tərk etmışdir. İş materiallarında olan stasionar xəstənin tibbi kartasından (№-AZS-00*) görünür ki, X8 ağ ciyərlərin infiltirativ vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan stasionardan çıxanın tibbi kartasından (№-AZS-066) görünür ki, X8 ağ ciyərlərin infiltirativ vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsinin xx.xx.2018-ci il tarixli müşayət vərəqindən görünür ki, X8 ağ ciyərlərin infiltirativ vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan №027 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, X8 ağ ciyərlərin infiltirativ vərəmi diaqnozu qoyulmuşdur. İş materiallarında olan *1.10.2022-ci il tarixli “material üzrə cinayət işinin başladılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X10 ölümü ilə bağlı cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başladılmasının rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 172 saylı 06.0*.202*-cü il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 5-12-7/2-40/202* saylı 10.0*.202*-cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X10, ünvan 4 ünvanında qeydiyyatdadır. Hal-hazırda qeyd olunan ünvanda yaşamır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X10 ərizəçinin əridir. xx.xx.2018-ci il tarixdə müalicə aldığı vərəm dispanserindən çıxaraq bir daha geri dönməmişdir. X7 yaşadığı yer məlum deyil, iki il ərzində o qeydiyyatda olduğu və yaşadığı ünvanda görünməmişdir. Azərbaycan Respublikası MPM-nin *05.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında olan mülki işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MM-nin 40.1-ci maddəsində göstərilmişdir ki, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2**, *57—ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin olunsun. xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan X10 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar