Məhkəmə qərarları › İş №2(003)-3180/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3180/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3180/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə ödənilmiş 2724,22 manat əsas borc, 132,17 manat faiz borcu, 34,26 manat cərimə borcu, cəmi 2890,65 manat və 48,91 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və iş materiallarına əlavə edilmiş 22 aprel 2022-ci il tarixli, 20-Z1-2-0-601-22 nömrəli razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 5690 manat məbləğində kredit verilmişdir.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına və iş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun təminatı olaraq Cavabdeh2 xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsini imzalamışdır. Cavabdeh1 kredit üzrə cəmi borcu 2890,65 manat təşkil edir. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20-Z1- 2-0-601-22 nömrəli, 22 aprel 2022-ci il tarixli güzəştli şərtlərlə kreditin verilməsinə dair razılaşmadan görünür ki, cavabdehə 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 5690 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunan, 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə 20-Z1-2-0-601-22 nömrəli, 22 aprel 2022-ci il tarixli razılaşma əsasən 2724.22 manat əsas, 132,17 manat faiz borcu, 34,26 manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunan 20-Z1-2-0-601-22 nömrəli, 22 aprel 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki Cavabdeh2 ilə bağlanmış 20-Z1-2-0-601-22 nömrəli, 22 aprel 2022-ci il tarixli razılaşma üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatçsı qismində zamin kimi iştirak etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20-Z1-2-0-601-22 nömrəli, 22 aprel 2022-ci il tarixli razılaşmaya əsasən 36 (otuz altı) ay müddətinə, illik 17 (on yeddi) faiz dərəcəsi ilə 5690(beş min altı yüz doxsan ) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı ASC həmin məbləği Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdehin ümumi borcu 2890,65 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 48,91 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC xeyrinə Cavabdeh1 2724,22 manat əsas borc, 132,17 manat faiz borcu,34,26 manat cərimə borcu və 48,91 manat dövlət rüsumu olmaqla cəmi 2890,65 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC xeyrinə Cavabdeh1 və Cavabdeh2 2724,22 manat əsas borc, 132,17 manat faiz borcu, 34,26 manat cərimə borcu və 48,91 manat dövlət rüsumu olmaqla cəmi 2939,56 (iki min doqquz yüz otuz doqquz manat, əlli altı qəpik) manat məbləğində birgə qaydada pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar