Məhkəmə qərarları › İş №2(003)-3186/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3186/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3186/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 6000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 1992-cü il ildə Ağdərə rayonu işğal olunduqdan sonra Xəzər rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Ailəlidir, 2 övladı vardır. Uzun müddətdir Binə qəsəbəsində yaşayan və qismən tanıdığı Cavabdeh Əmirulla oğlu ilə Binə qəsəbəsidə görüşmüşdür. Söhbət əsasında bildirmişdir ki, qızı orta təhsillidir. Müqavilə ilə işləmişdir müqavilə artıq bitmişdir. O isə ona bildirmişdir ki, onun prezident mühafizəsində yaxın adamları işləyir və onların köməkliyi ilə qızını işə düzəldə bilər. Bununla yanaşı Cavabdeh bildirmişdir ki, guya ona müalicəsi üçün 6000 pul lazımdır, lakin pulu tapa bilmir. Öz aralarında razılaşmışlar ki, onun müalicəsi üçün ona pul versin. O, da öz növbəsində onun uşağını işə düzəltsin. Odur ki, o, 29 iyun 2019-cu ildə borc aldığı 6000 pulu Cəlilov Mirzəbəyə vermişdir, ondan aldığı pul ilə əlaqədar hətta qəbz yazmışdır ki, həqiqətən ondan 6000 manat borc almışdır. 2 ay müddətində onun pulumu qaytaracaq, aradan 2-3 ay keçdikdən sonra Mirzəbəylə görüşmüşlər, verdiyi pulu ilə maraqlanmışdır. Ona bildirmişdir ki, narahat olmasın pulunu yaxın günlərdə qaytaracaq və qızı da işə düzəldəcək. Aradan 2 il keçməsinə baxmayaraq nə pulunu qaytarmış nə də ki, qızını işə düzəltmişdir. Əfsuslar olsun ki, o, aldadılmışdır. Dəfələrlə Cavabdeh müraciət edərək borc verdiyi pulları istəmişdir. Lakin, hər dəfə müxtəlif bəhanə gətirərək, pulu verməkdən imtina etmişdir. Hətta o, məcbur olub Xəzər rayon Polis İdarəsinə 3-cü polis bölməsinə müraciət etmişdir. Onlarda ona bildirmişlər ki, iş mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etməlidir. Üstündən 2 il keçməsinı baxmayaraq, pulu qaytarmır. Nə də ki, telefonuna cavab vermir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə etirazla müraciət etməklə, iddianı etiraf etməyərək onun təmin edilməməsini xahiş etmişdir, həmçinin qeyd edtmişdir ki, iddiaçıya 6000 manat pul borcu yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 29.06.2019-cu il tarixli qəbzdən görünür ki, Xəlilov X1 Muğani Kamal oğlundan 6000 manat pulun ehtiyacı olduğu üçün götürdüyünü və 2 ay ərzində tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (mıəhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki. tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, Cavabdeh bu borcun alınmasını etiraf etməsə də, onun tərəfindən imzalanmış qəbzdə onun tərəfindən iddiaçıdan 6000 manatın alınması öz təsdiqini tapır. Belə halda cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 6000 manat pul məbləğini sonuncuya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6000 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar