Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3190/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavahdehlər Cavabdeh1 Əlisəttar oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavahdehlər Cavabdeh1 Əlisəttar oğlu və Cavabdeh2 müştərək qaydada “Hyundai Sonata” markalı minik avtomabilinə dəymiş zərərin əvəzi olaraq 2751,47 (iki min yeddi yüz əlli bir manat,47 qəpik), avtomobilə dəymiş ziyan nəticəsində onun dəyərindən duşməsinə görə amartizasiya xərcləri qismində 4550,53 (dörd min beş yüz əlli manat, 53 qəpik) məbləğində pulun, 93,02 (doxsan üç manat, 02 qəpik) dövlət rüsumun, ümumilikdə 7395,02 (yeddi min üç yüz doxsan beş manat, 02 qəpik) pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavahdehlər Cavabdeh1 Əlisəttar oğlu və Cavabdeh2 müştərək qaydada “Hyundai Sonata” markalı minik avtomabilinə dəymiş zərərin əvəzi olaraq 2751,47 (iki min yeddi yüz əlli bir manat,47 qəpik) manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında 21 oktyabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2022-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar:
1. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomabilə onun tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2751,47 (iki min yeddi yüz əlli bir manat,47 qəpik) manat məbləğində ziyanı qəbul edir.
2. 2751,47 manat məbləğində maddi ziyanı aylıq 500,0 manat olmaqla hissəhissə ödəməyi öhdəsinə götürür.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomabilə 2751,47 manat məbləğində maddi ziyanı Cavabdeh2 tərəfindən aylıq 500,0 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir.
4. Bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafələrini pozmamasına əmindirlər.
5. Mövcud iddia ərizəsi üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-nin 122.1ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.
6. MPM-in 191-ci maddəsinin və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-ə müvafiq olaraq tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 262.5). Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomabilə onun tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2751,47 (iki min yeddi yüz əlli bir manat,47 qəpik) manat məbləğində ziyanı qəbul edir.
2. 2751,47 manat məbləğində maddi ziyanı aylıq 500,0 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı minik avtomabilə 2751,47 manat məbləğində maddi ziyanı Cavabdeh2 tərəfindən aylıq 500,0 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir.
4. Bu Sazişin qanuna zidd olmamasına və ya hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafələrini pozmamasına əmindirlər.
5. Mövcud iddia ərizəsi üzrə iddiaçı tərəfindən çəkilən xərclər MPM-nin 122.1ci maddəsinə uyğun olaraq cavabdehdən tələb olunmur.
6. MPM-in 191-ci maddəsinin və 262.2-ci maddəsinin tələblərini başa düşürlər. İddiaçı Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Emin Məmmədli