Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3195/2021 30.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə İddiaçı Unibank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.11.2019cu il tarixli kredit müqaviləsinə əsasən 2321,82 manat məbləğində əsas borc, 281,56 manat məbləğində faiz borcu, ümumilikdə isə 2603,38 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Unibank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini icra etməmiş və nəticədə cavabdehin 03.07.2021-ci il tarixinə Banka 2321,82 AZN məbləğində əsas borc, 281,56 AZN məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 2603,38 AZN məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan’’ın vəzifəsidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıəlmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 15841sİNSH/19 saylı nağd pul krediti müqaviləsindən görünür ki, Unibank ASC ilə Cavabdeh arasında 24 ay müddətinə, illik 26% ödəmək şərti ilə, 4000 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan BANK/PİKMD/978974 saylı 28.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.08.2021-ci il tarixə Cavabdehnn Unibank ASC-yə nağd pul krediti müqaviləsi üzrə 1815,04 manat məbləğində əsas borcu, 223,77 manat məbləğində faiz, cəmi 2038,81 manat borcu mövcuddur. İş materiallarında olan bildirişin surətindən görünür ki, Unibank ASC tərəfindən Cavabdeh kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı Unibank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə 2321,82 manat məbləğində əsas borc, 281,56 manat məbləğində faiz borcu, ümumilikdə isə 2603,38 manat məbləğində pulun tutulmasını xahiş etsə də, məhkəməyə təqdim etmiş olduğu BANK/PİKMD/978974 saylı 28.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.08.2021-ci il tarixə Cavabdehnn Unibank ASC-yə nağd pul krediti müqaviləsi üzrə 1815,04 manat məbləğində əsas borcu, 223,77 manat məbləğində faiz, cəmi 2038,81 manat borcu mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən kredit müqaviləsinin icra edilməməsi ilə bağlı cavabdehdən borc maliyyə arayışı əsasında tutulmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında (maliyyə arayışına əsasən) 1815,04 manat məbləğində əsas borc, 223,77 manat məbləğində faiz olmaqla icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar həmin hissədə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15841sİNSH/19 saylı 13.11.2019-cu il tarixli nağd pul krediti müqaviləsi üzrə 1815,04 manat məbləğində əsas borc, 223,77 manat məbləğində faiz borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15841sİNSH/19 saylı 13.11.2019-cu il tarixli nağd pul krediti müqaviləsi üzrə 1815,04 manat məbləğində əsas borc, 223,77 manat məbləğində faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 2068,81 (iki min altmış səkkiz manat 81 qəpik) manat alınaraq iddiaçı Unibank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3195/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3195/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver