Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3209/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı doğum qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı doğum qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 153.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə hesab edir ki, ərizəçi hazırki iddia tələbi ilə müvafiq inzibati orqana müraciət etməlidir. Məhkəmə hesab edir ki, vəzifəli şəxsin üzərinə müvafiq öhdəliyin qoyulmasına dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılıb həll edilməli olduğundan hazırki işə Xəzər Rayon Məhkəməsində baxılıb həll edilə bilməz. Odur ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı müvafiq sənədlərin verilməsi üçün aidiyyəti orqana müraciət edə, onun ərizəsindən narazı qaldığı halda isə müvafiq icra hakimiyyəti orqanın hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı doğum qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3209/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3209/2022
12.09.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver