Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3227/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3721.48 manat əsas borc, 392.59 manat faiz borcu, 0 manat cərimə, cəmi 4114.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin girovla yüklü edilmiş 750 əyar 18.44 qr 1 ədəd kolye+sep, 750 əyar 8.2 qr 1 ədəd sep, 750 əyar 7 qr 1 ədəd üzük, 750 əyar 4.75 qr 1 ədəd kulon, 750 əyar 27 qr 1 ədəd qarnitur dəst, 585 əyar 13.37 qr 1 ədəd sepdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qeyd olunan qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına cəmi 4114.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli MFLMB-1701 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 29 % hesabanmaq şərti ilə 4518 manat məbləğində kredit verilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərin icrasından qərəzli olaraq yayınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi xx xxxxxx 2020-ci il tarixli girov müqaviləsinə əsasən cavabdehə məxsus qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx xxxxxxxx 2018-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Mərkəz” filialına saxlanca verilmişdir. Həmin əşyalar 750 əyar 18.44 qr 1 ədəd kolye+sep, 750 əyar 8.2 qr 1 ədəd sep, 750 əyar 7 qr 1 ədəd üzük, 750 əyar 4.75 qr 1 ədəd kulon, 750 əyar 27 qr 1 ədəd qarnitur dəst, 585 əyar 13.37 qr 1 ədəd sepdən ibarətdir. Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Bundan başqa, müştəri bir dəfə kredit müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilərək, Cavabdeh 3721.48 manat əsas borc, 392.59 manat faiz borcu, 0 manat cərimə, cəmi 4114.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin girovla yüklü edilmiş 750 əyar 18.44 qr 1 ədəd kolye+sep, 750 əyar 8.2 qr 1 ədəd sep, 750 əyar 7 qr 1 ədəd üzük, 750 əyar 4.75 qr 1 ədəd kulon, 750 əyar 27 qr 1 ədəd qarnitur dəst, 585 əyar 13.37 qr 1 ədəd sepdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, qeyd olunan qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına cəmi 4114.07 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli MFLMB-1701 №-li kredit müqaviləsinin 1.1. bəndinə əsasən sonuncuya istehlak məqsədi ilə 12 ay müddətinə illik istifadə haqqı 29 % hesabı ilə 4518 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli MFLMB-1701 №-li saxlanc girovu haqqında müqavilənin 1.1 və 4.2-ci bəndlərinə görə, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı Cavabdeh məxsus 6694.66 manat dəyərində olan qızıl-zinət əşyalarıdır. Həmin müqavilənin 5.4 və 5.5-ci bəndlərinə əsasən, girov qoyan saxlanc girovu ilə təmin edilmiş öhdəliyi vaxtında və tam icra etmədikdə, qanunla müəyyən olunmuş digər əsaslar olduqda girov qoyanın saxlanc girovunun predmetinə dərhal tutma yönəldilməsi hüququ yaranır. Əsas kredit borcunun, yaxud onun bir hissəsinin vaxtında ödənilməməsi, bu müqavilədə nəzərdə tutulmuş kredit üzrə faizlərin ödənilməsi müddətinin iki dəfə pozulması girov saxlayanın girova tutma yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan, İddiaçı ASC-nın “Mərkəz” filialına girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısından görünür ki, girovun predmetini cəmi dəyəri 4518.365 manat, bazar dəyəri 6694.66 manat təşkil edən 750 əyar 18.44 qr 1 ədəd kolye+sep, 750 əyar 8.2 qr 1 ədəd sep, 750 əyar 7 qr 1 ədəd üzük, 750 əyar 4.75 qr 1 ədəd kulon, 750 əyar 27 qr 1 ədəd qarnitur dəst, 585 əyar 13.37 qr 1 ədəd sepdən ibarət qızıl-zinət əşyalarıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi və eyni tarixli saxlanc girovu haqqında müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yeni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə, bununla bağlı tərəflər arasında notarial qaydada təsdiq edilmiş razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə, Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci maddəsinə görə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 3721.48 manat əsas, 392.59 manat faiz olmaqla, cəmi 4114.07 manat məbləğində borcu yaranmış, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3721.48 manat əsas borc, 392.59 manat faiz borcu, cəmi 4114.07 manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalı, göstərilən tələb girov qoyulmuş əşyalara yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait 4114.07 (dörd min yüz on dörd manat yeddi qəpik) manat məbləğində borcun ödənilməsinə yönəldilməli, girov predmetləri olan qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait qətnamənin icrasına kifayət etməzsə, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 3721.48 manat əsas borc, 392.59 manat faiz borcu, cəmi 4114.07 (dörd min yüz on dörd manat yeddi qəpik) manat borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 4144.07 (dörd min yüz qırx dörd manat yeddi qəpik) məbləğində pul vəsaiti tutulsun. Göstərilən tələb Cavabdeh mülkiyyətində olan girov qoyulmuş əşyalara - 750 əyar 18.44 qr 1 ədəd kolye+sep, 750 əyar 8.2 qr 1 ədəd sep, 750 əyar 7 qr 1 ədəd üzük, 750 əyar 4.75 qr 1 ədəd kulon, 750 əyar 27 qr 1 ədəd qarnitur dəst, 585 əyar 13.37 qr 1 ədəd sepdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Qeyd olunan qızıl-zinət əşyaları açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait 4144.07 (dörd min yüz qırx dörd manat yeddi qəpik) manat məbləğində borcun ödənilməsinə yönəldilsin. Girov predmetləri olan qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait qətnamənin icrasına kifayət etməzsə, qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3227/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3227/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver