Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3239/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 10 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə qarşı qaldırdığı “vurulmuş zərərin ödənilməsi və ya bərpa edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Bundan başqa iş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 13460 saylı qəbzdən görünür ki, iddiaçı 35,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri aytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 13460 saylı qəbzlə ödənilmiş 35,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 260, 263-264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi və ya bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 13460 saylı qəbzlə ödənilmiş 35,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-3239/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3239/2022
10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver