Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3240/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı «İddiaçı Cavabdeh qarşı mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 18619,83 (on səkkiz min altı yüz on doqquz manat səksən üç qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 15.08.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. 18.01.2018-ci il tarixli 025-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 15.11.2019cu il tarixində öz ərizəsi əsasında 509-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 13.03.2019-cu il və 15.04.2019-cu H tarixində Oba-Şüvəlan 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 13.03.2019-cu il və 15.04.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 21389,88 (iyirmi bir min üç yüz səksən doqquz manat səksən səkgiz qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 2770,05 (iki min yeddi yüz yetmiş manat beş qəpik) manat güzəşt edilmişdir. Beləliklə cavabdehin cəmiyyət qarşısında 18619,83 (on səkkiz min altı yüz on doqquz manat səksən üç qəpik) manat borcu yaranmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı X5 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı X5 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı X5 nın nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı 15.08.2017-ci il 356-K saylı əmrdən görünür ki, Cavabdeh cəmiyyətin X2 OBA Marketlər Şəbəkəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış olan 15.08.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “X6” haqqında 15.08.2017-ci il tarixli müqavilədən görünür ki, sonuncu tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı 18.01.2018-ci il 025-K saylı əmrdən görünür ki, Nəcəfov X1 vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı 15.11.2019-cu il 509-K saylı əmrdən görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bənidinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı 02.03.2021-ci il tarixli DN-888 nömrli xəbərdarlıqdan görünür ki, cəmiyyət Cavabdeh 18619,83 manat borc barədə xəbərdar etmişdir. İş materiallarında olan İddiaçı sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışda qeyd edilmişdir ki, 13.03.2019-cu il və 15.04.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabından ümumi olaraq 21389,88 manat çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 2770,05 manat cəmiyyət tərəfindən güzəşt edildiyindən məbləğ qarşılanmışdır. Yekun olaraq şəxsin şirkətə 18619,83 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 15.08.2017-ci il 356-K saylı əmr ilə Cavabdeh cəmiyyətin X2 OBA Marketlər Şəbəkəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmiş, cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış olan 15.08.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “X6” haqqında 15.08.2017-ci il tarixli müqavilə imzalanmışdır. Sonradan İddiaçı 18.01.2018-ci il 025-K saylı əmri ilə Nəcəfov X1 vəzifəsinə keçirilmişdir. İddiaçı 15.11.2019-cu il 509-K saylı əmri ilə Cavabdeh Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bənidinə əsasən işdən azad edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, İddiaçı sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən 13.03.2019-cu il və 15.04.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı aparılmış təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabından ümumi olaraq 21389,88 manat çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 2770,05 manat cəmiyyət tərəfindən güzəşt edildiyindən məbləğ qarşılanmış və yekun olaraq cavabdehin şirkətə 18619,83 manat borcu qalmışdır. Qeyd edilən borcun ödənilməsi ilə bağlı cəmiyyət tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 18619,83 (on səkkiz min altı yüz on doqquz manat səksən üç qəpik) manat pul tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş 07.07.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 18619,83 (on səkkiz min altı yüz on doqquz manat səksən üç qəpik) manat pul tutularaq İddiaçı bank hesabına ödənilisin. İddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3240/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-3240/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver