Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3241/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, Kreditor MMC-nin borclu Qanuni nümayəndə qarşı əmr icraatı qaydasında borc tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında borclu Qanuni nümayəndə qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 800 manat əsas, 768 manat cərimə, cəmi 1588 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinnin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, borclu Qanuni nümayəndə 800 manat əsas, 768 manat cərimə borcunun tələb olunmasına baxmayaraq həmin məbləğlərdə borcun olmasına dair sənəd (maliyyə arayışı) ərizəyə əlavə edilməmişdir. Eyni zamanda tələbdən görünür ki, borclunun cərimə üzrə ödəməli olduğu borc məbləğinin onun tərəfindən mübahisələndirilməsinin qanuni əsasları mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kreditorun tələbi mübahisə doğurduğundan və məhkəmə araşdırmasına zərurət olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor MMC-nin borclu Qanuni nümayəndə qarşı əmr icraatı qaydasında borc tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3241/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3241/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver