Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3272/2021 26.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 1291.7 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat xərcin, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1621.7 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməməklə izahatında bildirdi ki, iddiaçı tərəfindən eyni iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş və iddia tələbi təmin edilməmişdir. Bundan sonra həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 18.08.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni tələblə bağlı başqa məhkəmədə iş olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanır. Cavabdeh tərəfindən təqdim edilməklə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı 2203.2 manat borcun silinməsi barədə iddiası təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 18.08.2021-ci il tarixli 2(103)-6769/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi mövcud olsa da, həmin qətnamədən kassasiya şikayəti verilməsi hüququ nəzərədə tutulmuş və bu hüquq 2 ay müddətində hər iki tərəfə münasibətdə mövcuddur. Yəni hazırda iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minməməklə kassasiya instansiyası məhkəməsində mübahisəndirilə biləcəyindən hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı mövcud iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3272/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3272/2021
26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver