Məhkəmə qərarları › İş №2(003)-3278/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3278/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3278/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş ziyana görə yaranmış 12199.87 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 12529.87 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 14.02.2014-ci il tarixli, 03/1173 saylı “Qaz aylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 150534 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazaan istifadə qaydalarf’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz oiaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktiar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktiar tərtib ediimişdir. Belə ki, cavabdehin İddiaçı İB-nə aktlar üzrə yaranmış borcla yanaşı 2012-ci dən bəri ödənilməmiş debitor və qalıq borclarla və sərfiyyata uyğun olaraq hesablanmış borclarla birlikdə ümumilikdə 12199,87 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında imzalanmış, "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, o, sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan 2019-cu il tarixdə istifadə etmişdir. Həmin xətt Azəriqaz İB-nin əməkdaşları tərəfindən aşkar edildikdə kəsilmiş və ondan sonra təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Ona görə də 2019-cu il tarixində tərtib edilmiş aktlar üzrə hesablanmış pulun tutulmasına etiraz etmədiyini bildirdi. İddia tələbini qalan hissəsinə münasibətdə qeyd etdi ki, 2019-cu il tarixindən sonra o, qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Bu barədə tərtib edilmiş aktlar həqiqətə uyğun deyildir və ümumiyyətlə xəbəri olmamışdır. Həmçinin qeyd etmişdir ki, sayğaca onun tərəfindən müdaxilə etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 14.02.2014-cü il tarixli 03/1173 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının yaşadığı ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna 12199.87 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar 09.01.2017-ci il tarixli ******* saylı akt əsasında 199 manat, 28.02.2017-ci il tarixli ******* saylı akt əsasında 366 manat, 27.03.2017-ci il tarixli ******* saylı akt əsasında 218 manat, 24.04.2017-ci il tarixli ******* saylı akt əsasında 265,60 manat, 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 801,60 manat, 13.02.2018ci il tarixli ******* saylı akt əsasında 237 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat, 26.04.2018-ci il-398 manat, 21.05.2018-ci il 63.2 manat, 13.06.2018ci il 133.2 manat, 26.07.2018-ci il t 133.2 manat, 28.08.2018-ci il 133.2 manat, 19.09.2018-ci il 133.2 manat, 31.10.2018-ci il -66.6 manat, 30.11.2018-ci il-142.2 manat, 28.12.2018-ci il-142.2 manat, 31.01.2019-cu il-142.2 manat, 28.02.2019-cu il-142.2 manat, 29.03.2019-cu il 142.2 manat, 30.04.2019-cu il tarixli-142.2 manat, 30.05.2019-cu il tarixli-32.4 manat, 28.06.2019-cu il -32.4 manat, 31.07.2019-cu il-32.4 manat, 30.08.2019-cu il 32.4 manat, 30.09.2019-cu il-32.4 manat, 30.10.2019-cu il-32.4 manat, 30.01.2020-ci il 295.2 manat, 28.02.2020-ci il-295.2 manat, 18.03.2020-ci il-177.1 manat, 30.04.2020-ci il-413.3 manat, 31.05.2020-ci il-194.4 manat, 30.06.2020-ci il-194.4 manat, 30.07.2020-ci il-194.4 manat, 31.08.2020-ci il-194.4 manat, 30.09.2020-ci il-194.4 manat, 30.10.2020-ci il-194.4 manat, 30.11.2020-ci il-295.2 manat, 30.12.2020-ci il-295.2 manat, 29.01.2021-ci il tarixli 295.2 manat, 26.02.2021-ci il-295.2 manat, 31.03.2021-ci il-295.2 manat, 30.04.2021-ci il-295.2 manat. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh qəbul edilən aktları (2019-cu il tarixdə tərtib edilmiş aktları) cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab edir ki, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan aktlardan və abonent saldosundan görünür ki, 2019-cu il tarixdə cavabdehin abonent hesabına 1200,60 manat borc hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb olunan məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş xərc kimi cavabdehdən 300 manat məbləğində pul tələb olunsa da, həmin məbləğdə pulun iddiaçı tərəfindən hüququ yardıma görə ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 15 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə dəymiş zərər görə 1200,6 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərər görə 1200,6 manat məbləğində pul və 15 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar