Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3279/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təbii X3nın pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 15058,90 manat məbləğində əsas borcun, pozulmuş hüquqların bərpası ilə bağlı cəkilən 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 15388,90 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 10.02.2017-ci il tarixli, 03/2540 saylı "Qaz aylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********01870 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1702A**********009 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək), “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbil qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən 10.01.2017-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 17.02.2017-ci il tarixli ******* saylı akt əsasında 360,40 manat, 13.03.2017-ci il tarixli ******* saylı akt əsasında 123,40 manat, 06.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 227,60 manat, 19.06.2017-ci il tarixli, ******* saylı akt əsasında 214,60 manat, 21.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 203 manat, 20.11.201 7-ci il tarixli, ******* saylı akt əsasında 166,20 manat, 27.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 577,20 manat, 27.02.2018ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, 16.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 293,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 21.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 27.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 20.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, 19.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 2160 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 282,60 manat, 30.05.2019-cu il tarixli, ******* saylı att əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019cu il tarixli, ******* saylı atk əsasında 32,40 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 13.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin 22.12.2021-ci il tarixli 2(003)-3279/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı iddiasının təbii qazdan qeyri-qanuni istifadəyə görə 10.01.2017-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 17.02.2017-ci il tarixli ******* saylı akt əsasında 360,40 manat, 13.03.2017-ci il tarixli ******* saylı akt əsasında 123,40 manat, 06.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 227,60 manat, 19.06.2017-ci il tarixli, ******* saylı akt əsasında 214,60 manat hesablanmış borcun tutulması hissəsində xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 10.02.2017-ci il tarixli 03/2540 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonent salidosundan görünür ki, ünvan 2 ünvanına qaz sayğacı quraşdırılması ilə bağlı **********01870 saylı abonent kodu verilmişdir. İş materiallarında olan 21.09.2017-ci il tarixli, ******* saylı, 20.11.201 7-ci il tarixli, ******* saylı, 27.12.2017-ci il tarixli, ******* saylı, 27.02.2018-ci il tarixli, ******* saylı, 16.03.2018-ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 21.07.2018-ci il tarixli, ******* saylı, 27.08.2018-ci il tarixli, ******* saylı, 20.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 19.11.2018-ci il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı, 13.04.2020-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin kəsilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarından görünüdüyü kimi İddiaçı İstehsalat Biriliyi Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək, 21.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 203 manat, 20.11.201 7-ci il tarixli, ******* saylı akt əsasında 166,20 manat, 27.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 577,20 manat, 27.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, 16.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 293,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 21.07.2018ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 27.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 20.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, 19.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 2160 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 282,60 manat, 30.05.2019-cu il tarixli, ******* saylı att əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı atk əsasında 32,40 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 13.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat olmaqla cəmi 15058,90 manat məbləğində pulun tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda iddiaçının 21.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 203 manat, 20.11.201 7-ci il tarixli, ******* saylı akt əsasında 166,20 manat, 27.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 577,20 manat, 27.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat, 16.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 293,80 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 21.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 27.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 20.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 31.10.2018ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, 19.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 2160 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 282,60 manat, 30.05.2019-cu il tarixli, ******* saylı att əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı atk əsasında 32,40 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 13.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat borcun tutulması hissəsinə münasibətdə də iddia rədd edilməlidir. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «X3»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Mülki işin materialarından görünüdüyü kimi İddiaçı tərəfindən abonentə 21.09.2017ci il tarixli, ******* saylı, 20.11.2017-ci il tarixli, ******* saylı, 27.12.2017-ci il tarixli, ******* saylı, 27.02.2018-ci il tarixli, ******* saylı, 16.03.2018-ci il tarixli, ******* saylı, 29.06.2018-ci il tarixli, ******* saylı, 21.07.2018-ci il tarixli, ******* saylı, 27.08.2018-ci il tarixli, ******* saylı, 20.09.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 19.11.2018-ci il tarixli, ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı, 13.04.2020-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktlarda abonentin aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın tələblərinə əsasən qaz qurğularına texniki baxış keçirilməsinin nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməli, həmçinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Lakin işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi qeyri-qanuni qaza qoşulma halları aşkar edilməsinə baxmayaraq, yenidən qazın verilməsi təmin edilmiş və abonentə növbəti aktlar tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 13990,70 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tutulması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 13990,70 manat məbləğində əsas borcun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 14320,70 manat borcun İddiaçı xeyrinə tutulması barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3279/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3279/2021
22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver