Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3283/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 198 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 24 iyul 2021-ci il tarixli MAS-5042 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 17 may 2023-cü il tarixli 2(003)- 1052/2023 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 978.63 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X6 tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: EQ 12237186 saylı protokola görə 45 manat, EQ 10590561 saylı protokola görə 9 manat, EQ 10590564 saylı protokola görə 9 manat, EQ 10590563 saylı protokola görə 9 manat, EQ ******* saylı protokola görə 18 manat, EQ 10590565 saylı protokola görə 9 manat, EQ 10590559 saylı protokola görə 45 manat, EQ 10590560 saylı protokola görə 45 manat, EQ ******* saylı protokola görə 9 manat. Qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 198 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırmışlar ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar asasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “X3” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da Lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş оlur. “X3” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin görə yol hərələfi qaydaları əleyhinə olan inzibati xətaların förədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlikəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. İddiaçının qanuni təmsilçisi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə məhkəmə bildirişi göndərilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-5042 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə müqavilə üzrə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “bu Müqavilənin qivvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da даха olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır”. -1 nömrəli əlavənin surətindən görünür ki, lizinq obyekti “Khazar LX” minik markalı, ağ rəngli, BAN:NVABAİHHFMF801905 nömrəli avtomobil olmuşdur. -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, BAN:NVABAİHHFMF801905 nömrəli avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1052/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-5042 saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 588,41 manat, mükafata görə 307,92 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 32,30 manat olmaqla, cəmi 978,63 manatın İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. -Daxili İşlər Nazirliyi-elektron xidmətlər portalından çıxarışın surətindən görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə görə X2 adına EQ 12237186 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ 10590561 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10590564 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10590563 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ ******* saylı protokol əsasında 20 manat, 2 manat endirim olmaqla 18 manat, EQ 10590565 saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat, EQ 10590559 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ 10590560 saylı protokol əsasında 50 manat, 5 manat endirim olmaqla 45 manat, EQ ******* saylı protokol əsasında 10 manat, 1 manat endirim olmaqla 9 manat inzibati qaydada qəbul edilmiş qərarlar əsasında cərimələr tətbiq edilmişdir. -**********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərdən görünür ki, yuxarıda qeyd olunan cərimələr, cəmi 198 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. -xx.xx.2023-cü il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən inzibati xəta haqqında protokollar əsasında ümumilikdə ödənilmiş 198 manat məbləğində pulun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarqlıq edilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış daxili lizinq müqaviləsi əsasında sonuncunun müvəqqəti istifadəsinə “Khazar LX” minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobil cavabdehin istifadəsində olan müddətdə yol hərəkəti qaydalarının pozulması səbəbindən inzibati xətalar törətmiş və nəticədə müvafiq protokollar əsasında inzibati qaydada cərimələr tətbiq edilmişdir. Həmin cərimələr iddiaçı tərəfindən ödənildiyindən ödənilmiş cəmi 198 manat məbləğində pul cavabdehdən tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi idarə olunarkən onun tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr, mülkiyyətində olan nəqliyyat vasitəsinin gələcəkdə istifadəsinin məhdudlaşdırılmasına səbəb olacağına görə həmin cərimələr əsasında cəmi 198 manat məbləğində pul iddiaçı tərəfindən ödənildiyindən məhkəmə hesab edir ki, iddiaçı həmin pul məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində barəsində inzibati qaydada cərimələr tətbiq edilməsi və həmin cərimələrin qanunda nəzərdə tutulmuş müddətdə ödənilməyəcəyi təqdirdə iddiaçıya məxsus nəqliyyat vasitəsinin istifadəsinin məhudlaşdırılması ilə nəticələnməsi halı iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla da, cavabdehin hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər vurulmuş, həmin zərər isə iddiaçı tərəfindən ödənildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 198 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 198 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3283/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3283/2023
06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver