Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3285/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun vəkili X8 oğlunun, Cavabdeh “X6” ASC-nin nümayəndəsi Tağısoy Rukiyyə Elşən qızının, Cavabdeh2 nümayəndəsi Quliyev Rəşad Elşad oğlunun iştirakı ilə İddiaçı cavabdehlər “X6” ASC və Cavabdeh2 qarşı çıxarılma, qeydiyyatın və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X6” ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 1 ünvanında yerləşən 0,062 ha torpaq sahəsi və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxaırlmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə əsasən, ərizə ilə müraciət edərək, qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 1 ünvanında yerləşən 0.05288 ha torpaq sahəsi və üzərindəki yardımçı tikilinin sahibliyinə qaytarılması, həmin əmlaka sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən 0.05288 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, buna müvafiq olaraq ƏMDK yanında DƏDRX-dən 29.07.2021-ci il tarixində əldə edilmiş **********73-10301 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10 a nömrəli fərdi yaşayış evi ona məxsus olmuş, ata-baba evi olmuşdur, o, orada xx.xx.1959-cu ildə anadan olmuş, orada yaşamış, ailə qurmuş, övladları da orada anadan olmuş və boya başa orada çatmışlar. Atası X1 adına tərtib edilmiş 1973-cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” həmçinin həmin sənədin tərkib hissəsi olan “evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası”nda ata evinin tikililərinin və sahəsinin ölçüləri, eləcə də digər məlumatlar öz əksini tapmışdır. Sözügedən texniki pasportda cəmi tikintinin sahəsi 218,5 kv.m., cəmi “meydançanın” sahəsi 731,5 kv.m. olaraq qeyd edilmişdir. Sonralar orada yeni dizaynda təmir işləri aparmışdır. Rəhmətlik X12 həyətdə bərbərxana kimi istifadə etdiyi kiçik yardımçı tikili inşa etmişdir. Atası bərbər idi, uzun illər həmin tikilidə bərbər kimi fəaliyyət göstərmişdir. Sözügedən evə aid daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mövcud olmuşdur. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də istifadədə olan 0,02185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, -kv.m qeyri-yaşayış, 74.3 kv.m köməkçi sahədən ibarət 10 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuş, onun adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4182 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********73-10301, qeydiyyat nömrəsi: 110716187, qeydiyyat tarixi: 28.03.2007-ci il). Həmin çıxarış üzrə ona məxsus olan daşınmaz əmlakı kredit borcuna görə "xxxx" ASC-yə girov qoyulmuş, ipoteka borcuna görə həmin əmlak icra qaydasında hərrac vasitəsilə "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Daha sonra "xxxx" ASC-nin adına olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda (reyestr nömrəsi: **********73-10301 qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 30.10.2019) torpaq sahəsinin ölçüsü 0.01634 ha olaraq qeyd edilmişdir. Ondan əvvəl onun ümumi sahənin ölçüsü 0,078 ha olmuşdur. Çıxarış üzrə cavabdeh bankın mülkiyyətinə keçən sahə 0,01634 hektardır, qalan 0,062 (0,078- 0,01634=0,062) ha sahəni cavabdehlər zorla zəbt etmiş, onun əlindən zorla almışlar. 2021-ci ilin fevral ayının sonlarında cavabdehlər və nümayəndələri onun əşyalarını həmin evdən çıxarıb küçəyə atıblar və qapıları bağlayaraq onları içəri (0,062 ha sahəyə) buraxmayacaqlarını bəyan etdilər. O və ailə üzvləri etiraz etmiş, mübahisə etmişlər, lakin səyləri bir nəticə verməmişdir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə, hazırda cavabdehlər mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki tikiliyə qanuna zidd olaraq özbaşınalıqla sahiblik edir və ondan istifadə edir, hətta üzərində sərəncam verəcəyini bəyan edirlər. Cavabdehlər əlavə zəbt etdikləri əmlakla birlikdə evi sataraq 50-60 min manat qanunsuz gəlir əldə etmək niyyətindədirlər. Onun cavabdeh banka və keçmiş qudası X2 borcu olduğundan fərdi yaşayış evini və həyətyanı sahəsini satıb borcundan qurtulmaq istəyirdi. Cavabdeh bank ipoteka predmetinə yönəltməklə borcun ödənilməsini təmin etmişdir. Qalan sahəni də sənədləşməsini tamamlayıb sataraq digər borcundan da qurtulmaq niyyətilə X4 ilə aralarında saziş bağlamışdır. Beləliklə, ona məxsus fərdi yaşayış evi və həyətyanı sahəni satmaq və satışdan əldə edilən vəsaiti borclu olduğu iki tələbkar - "xxxx" ASC və X2 ödəməli idi. Buzovna qəsəbəsində torpaq sahəsinin 100 kv.m. qiymətinin 10 000 manat civarında olduğu hər kəsə məlumdur. Ev və həyətyanı sahəsi ilə birlikdə 100 000 (yüz min) manata satılması mümkün idi. Qeyd olunanları cavabdeh bankın nümayəndələri ilə müzakirə etmişlər, bütün bunlar banka və digər şəxslərə məlum olmuşdur. Lakin qəflətən cavabdehlər onun əmlakını zorakılıqla ələ keçirmişlər, onu aldatmışlar. Onları sahiblikdən məhrum edən, həmin sahəyə buraxmayan şəxslər arasında Bank nümayəndələrindən başqa Nizaməddin adlı şəxs və yaxınları da var idi. Məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə cavabdeh bank və Cavabdeh2 tərəfindən qanunsuz olaraq sahiblik edilir, onlar tərəfindən qanuni və faktiki sahib olan hüquqları pozulur. Onlar həmin sahəyə yaxınlaşanda qapıları bağlayan və zorakılıqla onları sahəyə buraxmayanlar cavabdeh bankla birlikdə Cavabdeh2 nümayəndəsi, atası Nizaməddin, yaxınları və qohumları da olmuşdur. Onlar əlbir olaraq ona məxsus olan, ata-baba torpağından evindən onu zorla çıxarmışlar, sahiblik və istifadə hüquqlarını qadağan edilmiş özbaşınalıqla, zorakılıqla pozmuşlar, onu torpağa və tikiliyə sahiblikdən özbaşına məhrum etmişlər. Cavabdehlərin hər ikisi əlbir hərəkət edərək ona məxsus əmlakı satmaq və asan yolla külli miqdarda haqsız qazanc əldə etmək niyyətindədirlər. Onun cavabdeh banka kredit borcu olmuş, bununla əlaqədar ona məxsus girov qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10 a nömrəli fərdi yaşayış evi (128,3 kv.m. ümumi sahə, 0,01634 ha torpaq sahəsi olmaqla) hərrac vasitəsilə cavabdeh bankın mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi ümumi sahəsi 128,3 kv.m. olan tikililərdən ibarətdir, evin qabağındakı 0,062 ha torpaq sahəsi də evlə birlikdə ona məxsusdur, uzun illərdir ki, sahiblik və istifadəsində olmuş, ata-baba evi və torpağı olmuşdur. O, həmin torpaq sahəsini banka verməmiş, girov qoymamış, bank da bu sahənin ona aid olmadığını bilmişdir. İpoteka qoyulmamış əmlak banka keçə bilməz, bank əlavə sahəni və tikilini zorla ələ keçirmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin satılmasına dair 15.01.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və alıcı adına çıxarış verilmişdir. O və ailə üzvləri dəfələrlə həmin ünvana getsələr də, cavabdehlər qarşılarını kəsmiş, içəri buraxmayacaqlarını, lazım gəlsə zor işlədəcəklərini bəyan etmişlər. Bununla da cavabdehlər onun ünvan 1 ünvanda yerləşən 0.062 ha torpaq sahəsi və üzərindəki yardımçı tikiliyə olan sahiblik hüququnu qadağan edilmiş özbaşınalıqla pozmuşlar. Cavabdehlər sözün həqiqi mənasında sözügedən torpaq sahəsini zorakılıqla zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə dair hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. Cavabdehlərin təqdim etdikləri bütün sənədlərdə, mülkiyyət sənədlərində, ipoteka, girov və hərracla bağlı sənədlərdə, məhkəmə sənədlərində, notarial qaydada bağlanan daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və ona əlavə edilən sənədlərdə, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarda 128,3 kv.m. ümumi sahə. 0,01634 ha torpaq sahəsindən ibarət Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanında yerləşən 10 a nömrəli fərdi yaşayış evi qeyd olunub, ümumi sahəsi 128.3 kv.m. olan, torpaq sahəsi 0.01634 ha olan daşınmaz əmlak xaricində olan əmlaka cavabdehlərin heç bir hüququ yoxdur. Qalan sahəni - ümumilikdə 0.062 ha torpaq sahəsi və üzərindəki yardımçı tikilini cavabdehlər zorakılıqla zəbt etmişlər. Beləliklə, ünvan 1 ünvanında 0,062 ha torpaq sahəsi və üzərindəki kiçik yardımçı tikilinin qanuni sahibi və istifadəçisi, eləcə də faktiki sahib olmuş, cavabdehlərin həmin əmlakdan istifadə etməsi, ona sahiblik etməsi, habelə onun üzərində sərəncam verməsinin heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Cavabdehlər zorakılıqla onu həmin əmlaka sahiblikdən məhrum etmişlər. Cavabdehlər hazırda mübahisələndirilən torpaq sahəsinə qanunsuz və əsassız olaraq sahiblik edir, ondan istifadə edir, hətta onu satacaqlarını bəyan edirlər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsinə əsasən, ünvan 1 çıxarışla banka girov qoyulmuşdur. İddiaçı borcunu qaytarmamış, tutma əmlaka yönəldilərək əmlak hərrac yolu ilə satılmışdır. Yeni mülkiyyətçi öz adına çıxrış almış və dövlətə məxsus torpaq sahəsini də xüsusi mülkiyyətinə çevirmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X6” ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpağa tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Müqaviləyə əsasən, ev torpaq ilə bir yerdə ipotekaya qoyulub. Həmin əmlak ipotekaya birlikdə qoyulmuşdur, odur ki, birlikdə satılmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbər edilmiş Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı 28.03.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də istifadədə olan 0.02185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m. yaşayış, - kv.m. qeyri-yaşayış, 74.3 kv.m. köməkçi sahədən ibarət 10a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan, iddiaçı "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 21.10.2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 1 Bank qarşısında qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y-130 nömrəli 08 may 2019-cu il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10a saylı fərdi yaşayış evi 31875 manata "xxxx" ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30.10.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş 15.01.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ünvan 1 ünvanında ümumi sahəsi 128.3 kv.m olan nömrəli fərdi yaşayış evini Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29.07.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanında yerləşən 0.05228 ha torpaq sahəsinin və onun üzərində yerləşən yardımçı tikilinin sahibliyinə qaytarılması, həmçinin həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi, çıxarışın isə həmin torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsini xahiş etmişdir. Lakin işin məhkəmə iclasında araşdırılan hallarından və iş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də istifadədə olan 0.02185 ha torpaq sahəsində yerləşən 10a nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş, həmin əmlak ipoteka ilə yüklü edilmiş, buna müvafiq olaraq açıq hərracda satılmış və hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 həmin fərdi yaşayış evini, eyni zamanda həmin evin yerləşdiyi torpaq sahəsinə dair öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Yəni iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ olmamış, fərdi yaşayış evi isə ipoteka müqaviləsinə əsasən satılaraq qanuni şəkildə özgəninkiləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından görünür ki, iddiaçı ona qaytarılmasını tələb etdiyi torpaq sahəsinə özünün mülkiyyət hüquqlarının olmasına dair tələbini sübuta yetirə bilməmişdir. İddia tələbi həmin hissədə əsassız olmaqla yanaşı, həmin ünvana dair cavabdehin adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvini tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində, lakin dövlətin mülkiyyətində olub. Evi alan yeni mülkiyyətçi isə qanuni şəkildə daşınmaz əmlakın Dövlət reyestrindən öz adına vahid çıxarış alaraq, torpağı da özəlləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “X6” ASC və Cavabdeh2 qarşı çıxarılma, qeydiyyatın və çıxarışın ləğvinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “X6” ASC və Cavabdeh2 qarşı çıxarılma, qeydiyyatın və çıxarışın ləğvinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3285/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3285/2021
27.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver