Məhkəmə qərarları › İş №2(003)-3324/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3324/2020

18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3324/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsiilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 280.30 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 310.30 manat borcun tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, mülki işin materiallarını və əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı iddia tələbindən imtina ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191 və 262-ci maddələrinin tələbləri iddiaçı tərəfə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a aldı: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar