Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-335/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 774,0 manat məbləğində borc pulun və ödədiyi 30,0 manat dövlət rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Mərdəkan qəsəbəsində mağaza işlədir, orada müxtəlif çeşiddə mallar satılır. O, həmin malları camaata həm nağd həm də nisyə satır, çünki camaatın nağd almağa imkanı olmayanda xahiş eliyəndə, onları tanıdığına görə nisyə mal verir. İddiaçının yerliləri olan cavabdehlər, yəni Kürdəmirdən olan Gülnarə onun yanına gəlib, tanışlıq verdilər və qız köçürəcəklərini bildirərək ondan cehizlik nisyə mallar istədilər. Cavabdeh dükanda ona söz verdilər ki, borclarını vaxtlı vaxtında qaytaracaqlar, yəni danışdıqlarına görə hər ay 80,0 ya da 100,0 manat miqdarında borclundan gətirib verəcək. Təxminən 5-6 ay bu qaydada ödəniş etdi və ondan yenidən nisyə mal götürdülər. Bundan sonra heç bir ödəniş etmədbilər. Keçən ilin aprel ayında iddiaçı onların evinə gedib pulunu tələb edəndə, onun səhərisi günü, yəni aprelin 14-də Cavabdeh ona 100,0 manat göndərdi. Bundan sonra Cavabdeh 774,0 manat borcu qaldı. Yenidən ödəniş etmədiklərinə görə İddiaçı onlara zəng etdikdə telefonuna cavab verilmədi. Təzədən o onların evinə gedib pulunu tələb edəndə onu 102-yə zəng etməklə hədələdilər. Sözləri bu oldu ki, pulları olanda verəcəklər borcu. Bir neçə ay yenə keçdikdən sonra iddiaçı onların anasına qardaşına zəng edib bildirdi, onlar da söz verdilər ki, ödəyəcəklər. Daha sonra iddiaçı ərizə yazıb sahə müvəkkilinə müraciət etdi, sahə müvəkkili hər iki cavabdehin yazılı izahatını aldı, həmin izahatda cavabdehlər bildirdilər ki, yaxın zamanda gücləri çatan kimi borcu ödəyəcəklər. Onun bütün cəhdlərinə baxmayaraq bu gunə kimi pulunu qaytarmayıblar. İddiaçı dükanı işlətməklə ailəsini dolandırır. Dükana mal almaq üçün bu pula onun ehtiyacı var. O, neçə dəfə cavabdehin qapısına getmişdir. Bütün bunları şahidlər təsdiq edə bilərlər. Bugünə kimi cavabdeh borcunu ödəməyib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizənin sürətindən görünür ki, İddiaçı Cavabdeh ona olan borcunu ödəməsi barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2022-ci il tarixli arayışının sürətindən görünür ki, tərəflərin izahatı alınmış və Cavabdeh borcunu etiraf edərək yaxın zamanda ödəyəcəyini bildirmişdir. Borc tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilib. İş materiallarına əlavə olunmuş Cavabdeh Xəzər RPİ-nin 1-ci PŞ-nə verdiyi izahatın sürətindən görünür ki, o borcunu qəbul edir və ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan qəbzdən görünür ki iddiaçı hazırkı iddia ilə əlaqədar 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, Cavabdeh isə 774,0 manat borcu ödənilməmiş qalmışdır. O, Polis Şöbəsində vermiş olduğu izahatında borcu etiraf etmiş, qısa zamanda qaytaracağını bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqıya dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin əldə etdiyi əşyalara görə iddiaçıya ödənilməmiş 774,0 manat borcu vardır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqıya dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı izahatları həmin əşyaların sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin əşyaların verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin əşyaların dəyəri olan pul məbləğini ona qaytarmalıdır. Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 774,0 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 774,0 manat məbləğində pul vəsaiti və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 804,0 (səkkiz yüz dörd manat) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-335/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-335/2023
16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver