Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-34/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 10976 manat məbləğində zərərin, 5108,10 manat qalıq borc olmaqla 16084,10 manat pulun, hüquqi yardım üçün ödənilmiş 300 manat və iddiaçı tərəfindən ödənilmiş 139,15 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 16523,15 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulara iddiaçı "Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÕE **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN********** İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixind T/17307 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00200 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 markalı 1002AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "Qazdan istifade qaydaları"nın tələblərinə əməl etmək) və "X1"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habele cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1nın pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında;
1. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 606,80 manat;
2. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 216 manat;
3. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat;
4. xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 483,40 manat;
5. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 802,20 manat;
6. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 170,80 manat;
7. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat;
8. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 398 manat;
9. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 120,40 manat;
10. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat;
11. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat;
12. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat;
13. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat;
14. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat;
15. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat;
16. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat
17. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;
18. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;
19. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;
20. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;
21. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;
22. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat;
23. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat;
24. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat;
25. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
26. xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
27. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
28. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
29. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
30. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
31. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat;
32. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat;
33. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat
34. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat
35. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;
36. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat;
37. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat;
38. xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat;
39. xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat olmaqla cəmi 10976 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin "Azəriqaz İB"-yǝ 5108.10 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 16084.10 təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qiyabi qətnamə ləğv olunaraq məhkəmə baxışı təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddias tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, onun ünvanına smart tipli sayğac qoyulmuşdur. O, heç vaxt sayğaca müdaxilə etməmiş və ünvanına yerləşdirilmiş sayğaca müdaxilə olunması barədə heç vaxt məlumatı olmamışdır. Belə ki, onun istifadə etdiyi qazın dəyərini hər zaman ödəmiş, borcu yaranmamış və sayğacın istifadə etdiyi qazın sərfiyyatının düzgün qeydə almaması barədə şübhəsi olmamışdır. Həmin ünvanda daimi olaraq yaşayır. Onun istifadə etdiyi qaza görə hər zaman ödənişlər etdiyinə görə iddiaçıya borcu yoxdur. Ona görə də iddia tələbini əsassız hesab edir. 2017-ci ildən əvvəlki dövrıərə aid olan debitor borcla bağlı iddia müddətini tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli T/17307 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə, paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır; - Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat məbləğində müəyyənləşdirilir; - Cavabdehin adına olan abonent saldosundan ( abonent kodu **********00200) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2017-ci il üzrə 1536,60 manat, 2018-ci il üzrə 2574,20 manat, 2019-cu il üzrə 601,20 manat, 2020-ci il 1562,40 manat, 2021-ci il üzrə 4053,6 manat, 2022-ci ilin yanvar ayına 648 manat olmaqla, cəmi 10976 manat borc hesablanmışdır; -“Gasrep” hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh adına olan **********3300200 nömrəli abonent hesabına; 2012-ci ilin iyul ayı üzrə 3417 manat, 2013-cü ilin avqust ayı üzrə 230 manat, 2016cı ilin fevral ayı üzrə 884.60 manat, 2016-cı ilin oktyabr ayı üzrə 172.80 manat, 2016-cı ilin dekabr ayı üzrə 214 manat, 2017-ci ilin fevral ayı üzrə 189.7 manat olmaqla 2017-ci ilin fevral ayına cəmi 5108,20 manat qalıq borc hesablanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2/3/282-9/1149 saylı 17 aprel 2024-cü il tarixlirəyinə əsasən, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarnmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən müəyyən olunur ki, o, 2017-ci ilin fevral ayınadək olan borc məbləği barəsində iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (xx.xx.2023-cü il tarixədək olan redaksiyada). Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin akların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı sübuta yetirilməmişdir. Qanunsuz qaz sərfi nəticəsində itirilmiş qazın cavabdehin təqsiri ucbatından baş verməsini iddiaçı Birlik sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Bu səbəbdən qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsassızdır. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına, onda baş verən texniki problemlərin aradan qaldırılmasına cavabdehliyi isə qaz paylayıcısı daşıyır. Bununla da «X1» haqqında normativ aktın tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə etməsi hallarını sübuta yetirmədən həmin aktları tərtib etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının tələb etdiyi qalıq (debitor) borc məbləği (5108,10 manat) 2012-ci ildən - 2017-ci ilin fevral ayınadək aid olan borcdur. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir. Bu halda isə iddiaçı tərəfindən iddia ərizəsi qeyd edilən hissədə iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, aktlar əsasında iddia olunan 10976 manat borc məbləğinin hesablanması üçün əsas olmuş halları (hesablanmış borcun əsaslığını) və borcun mövcud olmasını sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Hazırda isə iddiaçı tərəfindən cavabdehn 10976 manat məbləğində zərəri vurması sübut edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, köhnə - qalıq borclarla bağlı (5108,10 manat) iddia tələbi iddia müddətinin keçməsi səbəbindən, eyni zamanda aktlar əsasında hesablanmış 10976 manat məbləğində vurulmuş zərərlə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bununla bağlı iddiaçı Birlik tərəfindən hər hansı sübut təqdim edilmədiyindən və iddia tələbi rədd olunduğundan iddia bu hissədə təmin edilə bilməz. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tam şəkildə onun özünə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə pul tutulmamalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ramilə Xəzri