Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3403/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət qurğusunun ümumi dəyəri 2277,*0 manat pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-293/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkumun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. xx.xx.2023cü il tarixdə şöbənin icra məmuru müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd “attenti markalı” 3565*3*8 saylı mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor və 1 ədəd mobil qurğu üçün kabro hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli yoxlama zamanı Cavabdeh təhkim olunan elektron mobil qurğunun ana platasında elementlərin qoparıldığı, təmirə mümkün olmadığı, istifadəyə yararsız olduğu məlum olmuşdur. Hadisə ilə bağlı dərhal məhkumun izahatı alınmışdır. Müvafiq akt və protokol tərtib edilmişdir. Cavabdehin günahından elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq idarəsi tərəfindən verilmiş maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin ümumi dəyəri 2277,*0 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X* iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Cavabdeh iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-293/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ona yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirməsi öhdəliyi qoyulmuşdur. Hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. -azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd CES0275 nömrəli elektron qolbaq, 1 ədəd “Attenti” markalı 3565*3*8 mobil nəzarət qurğusu, 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı və 1 dəd telefon qoruyucu təhvil verilmiş və ona hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərinə elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. -azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, həmin tarixdə məhkum Cavabdeh verilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərkən ana platadan elementlərin qoparıldığı, istifadəyə yararsız olduğu müəyyən edilmişdir. -həmçinin məhkum Cavabdeh tərəfindən imzalanmış “attenti” markalı 3565*3*8 saylı mobil qurğunun istifadəyə yararsız olması barədə xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ona təyin edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilən zaman 3565*3*8 saylı elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platasında elementlərin qoparıldığı, təmirə mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edildiyindən bu barədə akt tərtib edilmişdir. -məhkum Cavabdeh Bakı şəhər Probasiya İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, elektron nəzarət qurğusu əlindən yerə düşmüş, deformasiyaya uğramışdır. Qurğu bu səbəbdən zədələnmişdir. -elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000236 nömrəli texniki rəydən görünür ki, Cavabdeh verilmiş “attenti V6” markalı mobil qurğusunun ana platada elementlər qoparılmış, təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. - Bakı şəhəri Probasiya İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, elektron nəzarət vasitəsinə dəymiş ziyan 2277,*0 manat dəyərində qiymətləndirildiyi bildirilmiş və ondan dəymiş ziyanın 03 gün ərzində ödənilərək müvafiq qəbzin Bakı Şəhər Probasiya idarəsinə təqdim edilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsitəyə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası – 1930 manat dəyərində, 3*7,*0 manat ƏDV daxil olmaqla cəmi 2277,*0 manat dəyərindədir. -Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Akşin Ziyadova ünvanlanmış Maliyyə və təminat idarəsinin rəisi Aslan Muradovun xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, probasiya qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğusunun, sadə elektron qolbağın, habelə ağıllı elektron qolbağın itirilməsi, zədələnməsi və ya digər üsulla yararsız vəziyyətə salınması hallarında həmin vasitələrin dəyəri olan 2277,* manat tutulmalıdır. Elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 hesabına köçürülməlidir. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-293/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277,*0 manat olan elektron nəzarət komplekti ilə təhkim olunmuşdur. Həmin elektron nəzarət komplekti məhkum Cavabdeh istifadəsində olan zaman yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 1*.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılmış hallarına əsasən Cavabdeh verilmiş ümumi dəyəri 2277,*0 manat olan elektron nəzarət vasitəsi onun istifadəsinə olduğu müddətdə ana platada elementlər qopaılmaqla yararsız vəziyyətə salınması iş üzrə təqdim edilmiş sübutlarla müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,* manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,* manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə (X3, müxbir hesab: AZ*1NABZ**********00000039**, VÖEN:1*01555071, kod: 210005, SWİFT: CTREAZ22, Bakı şəhər Maliyyə İdarəsi, hesab nömrəsi: AZ66CTRE********************, səviyyə kodu: 1, təsnifat kodu: 1*2330, VÖEN: 1700**6391) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-3403/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3403/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver