Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3410/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-71/2021 saylı 03 mart 2021-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişlər. Hökm qınuni qüvvəyə minmişdir. Sözügedən cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə ki, sözügedən hökmlə cinayət nəticəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona 28.000 manat məbləğində maddi ziyanın vurulduğu təsdiq edilmişdir. Ona dəyən maddi ziyan ümumilikdə 28.000 manat təşkil edir və həmin məbləği cavabdehlərdən tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, 17 saylı cəzaçəkmə müəssisəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Məhkəməsinin 03.03.2021-ci il tarixli 1(004)-71/2021 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 178.2.1 178.2.4-cü məddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 108 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubublikası Cənayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh1 Gulbala oğluna Bakı şəhəri Xəzər Rayon Məhkəməsinn 23 may 2019cu il tarixli hökmu idə təyin edilmiş 2 il 4 ay 10 gün möeddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qət olaraq 4 il 6 ay muddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini linm, törətməkdə təqsirli bilinib 02 (iki) il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Cavabdeh2 təyin edilmiş 03 il 03 ay muddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə 1144 cəzası təyin olunmuş, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi hökm edilmişdir. Həmin hökmdən həmçinin görünür ki, Cavabdeh1 Gulbala oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sulistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə Gülbala Məmmədcəfər oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumluq əlaqələrinə görə tanıdığı İddiaçı etibarından sui-istifadə etməklə sonuncuya X2 məxsus olmaqla kirayə götürərək yaşadıqları Bakı şəhəri Xəzər rayon, Qala qəsəbəsi, E.Hüsəynov küçəsindəki nömrəsiz ünvanda yerləşən 3 otaqlı evin guya özlərinə məxsus olması və həmin evin "xxxx" QSC-də qirovda saxlanması barədə həqiqətə uyğun olmayan məlumatlar verib həmin evi 28.000 manata İddiaçı satacaqlarına və girovdan çıxardıqdan sonra adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib aldadaraq atası Cavabdeh2 08.06.2018-ci il tarixində İddiaçı ünvan 2 ünvanda yerləşən 31 saylı notariat kontorunun ofisində 3000 manat özü isə sonuncudan 2018-ci ilin iyun ayının ortalarında Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 1033 ünvanda yerləşən Accessbank Bank QSC-nin inzibati binasının yaxınlığında 25000 manat cəmi 28 000 manatı ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Bakı şəhəri Yasamal Məhkəməsinin 03.03.2021-ci il tarixli 1(004)-71/2021 saylı hökmü məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 180.2 və 180.3-cü maddələrinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehlərin 28 000 manat məbləğində pul vəsaitinin iddiaçıdan almaları, həmin pulu qaytarmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, hazırkı iş üzrə cavabdehlərin iddiaçıdan pul vəsaitini alması hissəsində həmin hökm məhkəmə üçün məcburidir və göstərilənlər işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 28 000 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 28 000 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 28000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 28 030 (iyirmi səkkiz min otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-3410/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3410/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver