Məhkəmə qərarları › İş №2(003)-3423/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3423/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3423/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 9804,70 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 10134,70 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, T/17351 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı–satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın “satış Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G–4 markalı, 1702AZ**********61 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5–ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB– in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018–ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 16200 kub metr dəyəri, 1620 manat, 31.01 .2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 8532 kub metr dəyəri, 853,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri, 142,20 manat, xx.xx.2019–cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat,xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri, 32,40 manat olmaqla cəmi:3061,80 manat borc hesablanmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müvafiq aktlara əsasən “Azəriqaz" İstehsalat Birliyinə cəmi 9515,70 manat ziyan dəymişdir. Yaranmış borcun könüllü olaraq ödənilməsi barədə cavabdehə pretenziya ünvanlansa da cavabdeh həmin borcu ödəməmiş və ümumiyyətlə pretenziyaya heç bir münasibət bildirməmişdir. Ona görə Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 9804,70 manat məbləğində əsas borc, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 10134,70 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1640/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1640/2020 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilsməsi, Cavabdeh İddiaçı xeyrinə 9804,70 manat məbləğində pulun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 10134,70 (on min bir yüz otuz dörd manat yetmiş qəpik) manat məbləğində pul tutularaq (ABB Sabunçu filialı kod:805573, VÖEN:**********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN:**********, İBAN: AZ72İBAZ********************) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 1640/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-3423/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1640/2020 saylı qiyabi qətnaməsinn ləğv edilməsi və mülki iş üzrə məhkəmə iclasının xx.xx.2024-cü il tarixə, saat 14:15-ə təyin edilməsi qərara alınmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında abonentin debitor borcunun olmadığını, ona ümumilikdə aktlar əsasında 9515,70 manat sayğacdan kənar qaz xətdindən istifadəyə görə cərimə yazıldığını bildirdi. İş materiallarına əlavə edilmiş və onun tərəfindən təqdim olunmuş aktlardan əlavə aktlar mövcud deyil. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən zaman Cavabdeh izahatında göstərmişdir ki, sözügedən aktlar tərtib olunan zaman onun iştirakı təmin edilməmiş, ümumiyyətlə həmin aktlardan məlumatsız olmuşdur. Aktlarda iddiaçının əməkdaşları tərəfindən atasının adı qeyd edilmişdir. Lakin atası dünyasını dəyişmişdir. Atası vəfat etdiyi günə kimi onunla birlikdə həmin ünvanda birlikdə yaşamışdır. Hal-hazırda qeyd olunan ünvanda yaşayır. Həmin aktları qəbul etmir. O sayğacdn kənar qaz xəttindən istifadə etməmişdir.Buna görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -İddiaçıilə Cavabdeharasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, T/17351 saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. -Abonentin saldosundan və “gasrep” məlumatlarından görünür ki, abonentin təbii qazdan qanunsuz istifadəsi nəticəsində cəmi 9515,70 manat borcu yaranmışdır. -X1 məxsus **********00020 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 00228523 saylı akt əsasında 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı aka əsasında 32,40 manat məbləğində dəymiş ziyan hesablanmış, aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. -Xəbərdarlıqdan aydın olur ki, yaranmış borc məbləğini ödəməsi cavabdehə təklif edilmişdir. -xx.xx.2020-ci il tarixli qəbzindən aydın olur ki, iddiaçı hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 24. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: Bənd 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; Bənd 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; Bənd 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.5 və 115.0. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Maddə 121.1. məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən Cavabdeh məxsus yaşayış evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdehin yaşadığı ünvanda sayğacdan kənar qaz xəttindən istifadəyə görə ümumilikdə 9515,70 manat borc hesablamışdır. Bundan başqa müəyyən edilmişdir ki, sözügedən aktlarda cavabdehin adı əvəzinə onun (cavabdehin özünün məhkəmə hazırlıq iclasında bildirməsinə görə atası dünyasını dəyişmişdir) atası X2 adına tərtib edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan aktlar cavabdehin atasının adına yazılsa da? əvvəki məhkəmə iclasında iştirak edən Cavabdeh sayğacın eyni ünvana məxsus olmasını və atasının vəfat etdiyi günədək onunla eyni ünvanda yaşamasını təsdiq emişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 məxsus **********00020 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 00228523 saylı akt əsasında 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasında 32,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, abonentə 2013-2019-cu il tarixlərdə ayrı-ayrı aylar üzrə aktlar əsasında ümumilikdə 9515,70 manat sayğacdan kənar qaz xəttinə görə cərimə yazılsa da, iddiaçı tərəfindən həm iddia ərizəsində xx.xx.2018-ci il tarixli, ******* saylı akt, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, 00228523 saylı,xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı aktlara istinad etmiş və iddia ərizəsinə həmin aktları əlavə etmişdir. Eyni zamandada məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən aktlardan başqa onlardan başqa akların mövcud olmadığını bildirmişdir. Lakin abonent saldosunda “qalıq və aktlar” bölməsində 2013-cü yanvar ayına 151,20 manat, 2015-ci ilin oktyabr ayına 64,80 manat, 2015-ci ilin noyabr ayına 83 manat, 2016-cı ilin fevral ayına 249,20 manat, 2017-ci ilin mart ayına 2400 manat, 2017-ci ilin aprel ayına 399,60 manat, 2017-ci ilin noyabr ayına 324 manat, 2018-ci ilin yanvar ayına 294,60 manat, 2018-ci ilin aprel ayına 255,80 manat, 2018-ci ilin may ayına 367,80 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019-ci ilin noyabr ayına 142,20 manat və 2019-cu ilin dekabr ayına 295,20 manat olmaqla ümumilikdə 4985,1 manat zərər hesablansada həmin dövrdə zərərin hesablanmasına əsas olunmuş aktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin mübahisli evdə qaz sayğacından kənar qaz xəttindən istifadə etməməsi dəlillərinə tənqidi yanaşaraq hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Belə ki, abonent saldosuna baxış keçirilən zaman cavabdehin ümumiyyətə təbii qazdan istifadəyə görə sayğac göstəriciləri olmamışdır. Həmçinin “Gasrep”ə baxış keçirilən zaman abonent tərəfindən 2013-cü il tarixdən 2020-ci il tarixədək təbii qzdan istifadəyə görə cəmi 86 manat ödəniş edilməsi müəyyən olunur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, xx.xx.2018-ci il tarixli, ******* saylı akt və xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablama aparılarkən aktlar üzrə orta günlük iş rejimi fərqli götürülməklə ziyan hesablanmışdır. Lakin aktların əksər hissəsindən görünür ki, cavabdehə ziyan hesablanarkən yaz-yay aylarına görə 32,40 manat, qış aylarına görə 142,2 manat ziyan hesablanmışdır. Məhkəmə yay aylarına görə 32,40 manat, yaz aylarına görə 142,2 manat zərərin hesablanmasını ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, 00228523 saylı akt əsasında 32,40 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı aka əsasında 32,40 manat məbləğində dəymiş ziyan hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan qış, yaz və yay ayları üçün tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, 00228523 saylı,xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə cavabdehə hesablanmış borc ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh 588,6 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddianın xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat zərəri hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz aktlarda qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrı-ayrılıqda hesablama aparılarkən xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlar üzrə orta günlük iş rejimi fərqli götürülməklə ziyan hesablanmışdır. Lakin iş materiallarında olan aktlardan görünür ki, cavabdehə ziyan hesablanarkən yaz-yay aylarına görə 32,40 manat, qış aylarına görə 142,2 manat ziyan hesablanmışdır. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktlar və həmin aktların tərtib edilməsinə əsas iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsinin göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə aktları tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən İddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 3240,0 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat hesablanmış borc ədalətli və ağlabatan deyildir. Yuxarıda göstərilənrə əsasən məhkəmə hesab edir ki, həmin 2 akt qış aylarına görə hesablandığından xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 142,2 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə 142,2 manat borcun hesablanmalıdır. Bu səbəbdən də, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh 284,4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə 2013-cü yanvar ayına 151,20 manat, 2015-ci ilin oktyabr ayına 64,80 manat, 2015-ci ilin noyabr ayına 83 manat, 2016-cı ilin fevral ayına 249,20 manat, 2017ci ilin mart ayına 2400 manat, 2017-ci ilin aprel ayına 399,60 manat, 2017-ci ilin noyabr ayına 324 manat, 2018-ci ilin yanvar ayına 294,60 manat, 2018-ci ilin aprel ayına 255,80 manat, 2018-ci ilin may ayına 367,80 manat, 2019-cu ilin avqust ayına 32,40 manat, 2019-ci ilin noyabr ayına 142,20 manat və 2019-cu ilin dekabr ayına 295,20 manat olmaqla ümumilikdə 4985,1 manat ziyan hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddiasının əsası kimi istinad həmin tarixlərə dair ziyanın hesablanmasına əsas olmuş aktları məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia təmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlə bağlı 300 manat məbləğində pul vəsait ilə bağlı hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 873,0 manat (588,6 manat + 284,4) pul və 30,0 manat dövlət rüsumu, cəmi 903,0 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 873,0 manat pul və 30,0 manat dövlət rüsumu, cəmi 903,0 manat məbləğində pul tutularaq (ABB Sabunçu filialı kod:805573, VÖEN:**********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN:**********, İBAN: AZ72İBAZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar